Alçanı duza batırıb yeyənlər oxusun - XƏBƏRDARLIQ

Alçanı duza batırıb yeyənlər oxusun - XƏBƏRDARLIQQarpızdan üzümə, ərikdən şaftalıya, əncirdən armuda, böyürtkənə kimi... Yay meyvələrinin tərkibindəki fruktoza qan şəkərində yüksəlmə, tez-tez acmaq, qaz və qarın ağrısı, kökəlmə, insulin artımı və hətta piylənməyədək bir çox şikayətə, xəstəliyə yol aça bilər.

Qidalanma mütəxəssisləri qarpızı nümunə gətirərək bildiriblər ki, bu nəhəng giləmeyvənin yüzdə 95-i sudan ibarət olduğu üçün onu çox yemək bədəndə şəkər yüklənməsinə səbəb olur, həm də kökəldir.

Sonxeber.az lent.az-a istinadən 10 yay meyvəsinin faydalarını və onları yeyərkən diqqət etməli olduğunuz detalları təqdim edir.

Gilasın qan sulandırıcı təsiri var: A, C, K vitaminləri, potasium, fosfor, kalsium mineralları ilə zəngin olan gilas köpü aradan qaldırmaqla yanaşı, bədəni zəhərli maddələrdən də təmizləyir, böyrək daşı və qum yaranmasının qarşısını alır, menopauza dövründə stressə yaxşı təsir edir.

Ancaq gilas qanı durulandırdığından qan sulandırıcı dərman istifadə edənlər diqqətli olmalıdır. 1 pors gilas 15 ədəddirsə, gün ərzində bu miqdarı keçmək olmaz.

Qarpız şəkər qaynağıdır. Yüzdə 95-i su olan qarpız antioksidan təsirlidir. Alzehmirdən (unutqanlıqdan) xərçəngə, infarktdan iflicə qədər bir çox xəstəliyə qarşı faydalıdır. Ancaq qlisemik təsiri yüksək olduğundan qan şəkərini anidən yüksəldə bilər və tez acdırar.

Gün ərzində 3 dilimdən çox yemək bədəndə şəkər yüklənməsinə səbəb olur və kökəldir. Şəkər xəstələri qarpızı pendirlə yeyə bilər.

Şaftalının qabığına diqqət edin. Yay aylarında tərlə atılan potasiumun qarşılanmasına yardımçı olmaqla yanaşı, sərinlədici təsiri də olan şaftalı antioksidan özəlliyə malikdir. Ancaq qabığı nazik olduğundan bakteriyaların meyvənin içərisinə yerləşmə riski böyük olduğu üçün dərmanlamağa məruz qala bilər. Sağlamlığa ciddi zərərləri olan həşərat dərmanları isə sinir sisteminə zərər verə, əlilliyə və xərçəngə səbəb ola bilər. Qabığını mütləq soyun, gündə bir ədəd yeyin.

Bir porsu yarım stəkanla eyni ölçülən böyürtkən güclü antioksidan təsirə malikdir. Xərçəng və şiş hüceyrələrinin yaranmasını əngəlləyir, hətta kiçildir. Araşdırmalardan da bəlli olub ki, böyürtkən tənəffüs yolu xəstəliklərinə də faydalıdır. Ancaq böyürtkənin tərkibində olan "salisilat" adlı kimyəvi maddə var. Odur ki, aspirinə qarşı allergiyası olanların böyürtkən yeməməsi məsləhət görülür. Yaxşı yuyulmadığında isə ishala səbəb olur.

Alçanı duza batıranlar, diqqət! Alçanın ürək və böyrək xəstəliklərindən qaraciyərədək bir çox faydası olsa da, tərkibindəki asitli toxuma həzm sistemi həssaslığı olanlar üçün zərərlidir. Diş çürükləri olan uşaqlar da diqqət etməlidir.

10 ədədi bir porsa bərabər olan alçanı çox yeməyin. Alçanı duza batıraraq yeməyi sevənlər də diqqət etməlidir. Duza batırılaraq yeyilən alça yüksək təzyiq riskini artırır.

Bir əncir bir pors meyvəyə bərabərdir. Dəmir, maqnezium, kalsium, fosfor və liflə zəngin olan əncir digər meyvələrdən fərqli olaraq, daha çox lif tərkiblidir. Qansızlığa və qəbizliyə qarşı yaxşı təsir edən, hüceyrələri yeniləyən, xərçəngə qarşı "savaşan" əncir, həm də qlisemik indeksi yüksək olan meyvələrdən biridir. 1 ədədi 48-50 kaloridir. Çəki problemi yaşamamaq üçün diqqətli yemək lazımdır.

Yemiş mədəsində xora olanlar üçün təhlükəlidir! Möhtəşəm qoxusu sakitləşdirici təsir edir, həm də hüzur verir. Yay aylarında tərləmə probleminə qarşı faydalıdır. Bədəni sərinlədən yemiş quru dəriləri də nəmləndirir.

Bununla yanaşı mədəsində xorası olanlar yemiş yeməklə faydasından çox zərərini görə bilər. Qlisemik indeksi yüksək olan yemişi şəkər xəstələri də yeyərkən diqqətli olmalıdır. Gündə bir nazik dilimdən artıq yemək olmaz.

Ərikdə şəkər təhlükəsi var! A, B, C, P vitaminləri və zəngin mineralları ilə immuniteti gücləndirir, qəbizlik, qansızlıq, miqrenə qarşı faydalıdır, bədəndən zərərli maddələri bayıra atmağa yardımçı olur. 3 ədəd ərik bir porsa bərabər sayılır. Çox yeyildiyində qan şəkərinin yüksəlməsinə və ishala səbəb ola bilər.

Şəkər xəstələri də əriyi diqqətli yeməlidir. Potasiumla zəngin olan ərik özəlliklə potasium dəyəri yüksək olan böyrək xəstələri tərəfindən yeyilməməlidir.

Armudda aşağı təzyiq təhlükəsi! Ürək xəstəliklərindən xərçəngə qədər bir çox xəstəlik üçün faydası olan armud yayın şəfalı meyvələrindən biridir. Ürək döyünməsi, həzm sistemi, hamiləlik bulantılarından qəbizliyə qədər bir çox faydası olan armud eyni zamanda zehni də dincəldir.

Ancaq təzyiqi aşağı salmaq kimi təsiri olduğundan, xüsusən, təzyiqi aşağı olanların armudu diqqətli yeməsi məsləhətdir. Gündə bir armud bəs edir. Çox yemək ishala səbəb olur.

Üzümün qlisemik indeksi yüksəkdir. Sağlamlığa çox faydası olan üzüm yaşlanmanın qarşısını alır və yorğunluğu yox edir. Üzüm çəyirdəyində olan "resveratrol" çox güclü antioksidan olduğundan ara-sıra çəyirdəyini dişlərinizlə əzərək yemənizdə fayda var. Bununla yanaşı, qlisemik indeksi yüksək olan meyvədir.

Fruktoza tərkibli olması unudulmamalıdır. Bir pors üzüm 15 ədəd iri üzüm giləsindən ibarətdir və gün boyu bu miqdarı ötmək olmaz. Qaraciyər yağlanması problemi olanlar, hamilələr, şəkər xəstələri üzümü diqqətli yeməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3618   Tarix: 13 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021