Ukraynaya səfər etməyə hazırlaşanların NƏZƏRİNƏ!

Ukraynaya səfər etməyə hazırlaşanların NƏZƏRİNƏ!Dekabr ayı ərzində "SkyUp" və "Ukrayna Beynəlxalq Hava Yolları" (UBHY) aviaşirkətləri tərəfindən Bakı-Kiyev marşrutu üzrə dörd aviareysin həyata keçirilməsi planlaşdırılır.

Sonxeber.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Xüsusilə də, "SkyUp" aviaşirkətinin Bakı-Kiyev bortu 28 dekabr tarixində saat 22:55-də (Bakı vaxtı ilə) yola çıxacaq. Təyyarə Kiyevə növbəti gün saat 00:40-də (Kiyev vaxtı ilə) çatır.

Biletləri bu link üzrə əldə etmək olar: https://skyup.aero/ru/best#special.

"Ukrayna Beynəlxalq Hava Yolları" Aviaşirkətinin Bakı-Kiyev bortu 14 dekabr, 21 dekabr və 28 dekabr tarixlərinə planlaşdırılır. Bakıdan uçuş saat 06:10-da (Bakı vaxtı ilə) baş tutacaq. Təyyarə Kiyevə həmin günü saat 08:00-da (Kiyev vaxtı ilə) çatır.

Biletləri bu link üzrə əldə etmək olar: https://book.flyuia.com/EN/default/flights.

Diqqətə çatdırırıq ki, UBHY aviaşirkətinin çarter reyslərindən yararlanmaq üçün qeydiyyat zamanı son 48 saat ərzində verilmiş koronavirus üzrə neqativ test cavabını təqdim etmək lazımdır.

"SkyUp" və UBHY aviaşirkətlərinin reyslərindən Ukrayna vətəndaşları və COVİD-19 müalicəsi, observasiya ilə bağlı sığorta xərclərini qarşılayacaq polis (şəhadətnamə, sertifikat) əldə etmiş əcnəbilər yararlana bilər. Bu tələb yalnız Ukraynada daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, qaçqın və əlavə müdafiəyə ehtiyacı olan şəxs kimi tanınmış şəxslərə şamil olunmur.

Eyni zamanda bildiririk ki, Ukrayna Nazirlər Kabinetinin 20.05.2020-ci il tarixli, №392 "SARS-CoV-2 koronavirusunun yaratdığı COVID-19 kəskin respirator xəstəliyinin Ukrayna ərazisində yayılmasının qarşısının alınması məqsədilə karantinin təyin edilməsi haqqında" qətnaməsinə dəyişikliklərinə edilməsinə dair Ukrayna Nazirlər Kabinetinin 25.06.2020-ci il tarixli, № 522 qətnaməsinə müvafiq olaraq, Ukraynada qeydiyyatda olan sığorta şirkəti və ya Ukraynada nümayəndəliyi olan və ya Ukrayna ərazisində tərəfdaş-sığorta şirkəti ilə müqavilə münasibətləri olan xarici sığorta şirkəti tərəfindən verilmiş və COVID-19 müalicəsi və observasiyası ilə bağlı xərcləri ödəyən və Ukraynada qalma müddətində etibarlı olan polis (şəhadətnamə, sertifikat) olmadan əcnəbilər və vətəndaşı olmayan şəxslər (Ukraynada daimi yaşamağa icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, qaçqın statusunda tanınmış və əlavə müdafiəyə ehtiyacı olan şəxslərdən başqa) dövlət sərhədini keçə bilməz.

Həmçinin, bildiririk ki, Ukraynada yaşamağa icazəsi olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və Ukrayna vətəndaşları arasında ailə üzvü olmayan şəxslər aşağıdakı hesablamanı diqqətə alaraq, maddi vəziyyətinin təsdiqini təqdim etməlidir: 1 sutka – 1 412 qrn + 7060 qrn; 5 sutka – 7060 qrn +7060 qrn; 10 sutka 14 120 qrn + 7060 qrn; 15 sutka – 21 180 qrn + 7060 qrn; 30 sutka 42 360 qrn + 7060 qrn.

Maliyyə təminatının mövcudluğu aşağıdakı yollarla müəyyən edilir:

– Əcnəbilərdə və vətəndaşlığı olmayan şəxslərdə Ukraynanın milli valyutasında və ya Ukraynaya giriş günü Milli bankın məzənnəsinə əsasən konvertasiya edilmiş xarici valyutada vəsaitlərin olub-olmamasının əyani yoxlanışı;

– Vəsaitlərin olduğu qeyd olunan və əsasında Ukraynanın bank müəssisəslərində vəsait əldə etmək mümkün olan sənədin yoxlanılması;

– Beynəlxalq ödəmə sistemlərinin ödəmə kartının vizual yoxlaması və ərizəçinin şəxsi bank hesabından mövcud vəsait məbləğini təsdiq edən çıxarışın öyrənilməsi (ATM çıxarışı);

– Ukraynada yaşayış yerinin və qidalanma bronu və ya ödənilməsini təsdiq edən sənədin öyrənilməsi;

– Turizm servisi haqqında müqavilənin (vauçer) öyrənilməsi;

– Əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi Ukraynaya dəvət edən şəxsin zəmanət məktubu. Bu məktubda həmin şəxsin əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Ukrayna ərazisində qalması və onun sərhədlərindən kənara getməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürməsi barədə öhdəliyi qeyd olunur.

– Vətəndaşı olduğu və ya daimi yaşadığı və ya üçüncü ölkəyə qayıtdığı tarixin də qeyd olunduğu gediş biletinin yoxlanılması.

Ətraflı məlumat Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmi saytında bu link üzrə yerləşdirilib: https://dpsu.gov.ua/…/dokumenti-dlya-peretinannya…//

Hava limanı və təyyarədə fərdi müdafiə vasitələrinə – maska, tibbi əlcək, antiseptik məhlul – səfərinizi rahat və virusun şansını azaldacaq hər şeyi nəzərə almağınızı xahiş edirik.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 2822   Tarix: 05 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranda daha 432 nəfər koronavirusdan öldü

Son 24 saat ərzində İranda 9 min 450 nəfər koronavirusa yoluxub, 423 nəfər isə həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə bununla da İranda virusa yoluxanların ümumi sayı 673 min 250 nəfər, ölənlərin sayı is

8 noyabr 2020
.

Bakıdan Tel-Əvivə getmək istəyənlərə ŞAD XƏBƏR - Xüsusi uçuşlar başlayır

20 iyun 2021-ci il, Bakı - 11 iyul tarixindən "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı – Tel-Əviv – Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayır. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən -a verilən məlumata görə, qeyd olunan marşrut üzrə uçuşlar hər həftəni

20 iyun 2021
.

Türkiyədə "hər şey daxil" sistemi ləğv edilməyəcək

Yeni növ koronavirus infeksiyasının yaratdığı risklərin hələ də davam etdiyi üçün Türkiyə kurortlarındakı hotellərdə "hər şey daxil" sistemi 2021-ci ildə də tətbiq ediləcək. "Report" xəbər verir ki, bunu Türkiyənin turizm agentlikləri birliyinin rəhbəri Firuz Balıkaya "TASS"

20 dekabr 2020
.

Azərbaycanda mehmanxanaların gəlirləri əvvəlki illərə görə artıb.

Cari ilin birinci yarısında Azərbaycanda mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 mln. manat olub. "Report"-a istinadən xəbər verir ki, onun da 66,1%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8%-i içkilər də daxil olmaql

29 iyul 2019
.

Bakı-Batumi aviareyslərinin sayı artırılır

"Buta Airways" aşağıbüdcəli şirkət Bakı-Batumi istiqaməti üzrə uçuşların sayını artırır. "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi şirkətə müvafiq icazəni təqdim edib. Aviaşirkət iyulun 17-dən sentyabrın 18-nə qədər Bakıdan Batumiyə həftəd

29 iyul 2019
.

Avropada səyahət qaydalarını yumşaldan ölkələr - SİYAHI

Koronavirusun yayılması səbəbindən bir çox Avropa dövləti səyahət qadağaları tətbiq edir. Ancaq buna baxmayaraq, turistlər üçün giriş qaydalarını yumşaldan ölkələr də var. - a istinadən xəbər verir ki, "TRT Haber" həmin ölkələrin siyahısını təqdim edib. Danimarka 26 iyun tarixinə qədər Avrop

19 may 2021
.

""Yolumuz Ağdama" və "Füzuli-Xocavənd" layihələri hazırlanır" - AÇIQLAMA

"Şanlı qələbəmiz tarixi ədalətin bərpası ilə yanaşı, Qarabağın turizm potensialından faydalanmaq imkanlarını açdı. Dövlət Turizm Agentliyi olaraq, digər dövlət qurumları ilə birlikdə Qarabağda turizmin inkişaf etdirilməsi planları üzərində işləyirik". Bu sözləri -a açıqlama verən Dövlət Turiz

9 iyul 2021
.

Gürcülərin Bolqarıstana səfərinə qadağa qoyuldu

Bolqarıstan hökuməti koronavirusla bağlı Gürcüstan vətəndaşlarının ölkəyə səfərinə qadağa qoyub. xəbər verir ki, Bolqarıstan səhiyyə nazirinin 24 iyul tarixli əmrinə əsasən, iyulun 26-dan Gürcüstan vətəndaşları Bolqarıstana səfər edə bilməz. Hazırda Bolqarıstana koronavirusun yayılma səviyyəsinə gör

25 iyul 2021
.

Ramazan ayına özəl endirilmiş qiymətlərlə gözəl və zövqlü mebel dəstlərinə sahib olun!

İlk dəfə azərbaycanda rəsmi distributor sti̇lmebel sizlərə rusiyanın və belarusiyanın fabrikasında hazırlanmış gözəl və zövqlü mebel dəstlərinin anbardan satışını təqdim edir. Mebellərinizi ikinci əldən deyil birinci əldən alınki qiymət fərqini görəsiniz. Sizdə evinizi belə əsrarəngiz və gözəl mebellərl

5 may 2020