""Yolumuz Ağdama" və "Füzuli-Xocavənd" layihələri hazırlanır" - AÇIQLAMA

""Yolumuz Ağdama" və "Füzuli-Xocavənd" layihələri hazırlanır" - AÇIQLAMA"Şanlı qələbəmiz tarixi ədalətin bərpası ilə yanaşı, Qarabağın turizm potensialından faydalanmaq imkanlarını açdı. Dövlət Turizm Agentliyi olaraq, digər dövlət qurumları ilə birlikdə Qarabağda turizmin inkişaf etdirilməsi planları üzərində işləyirik".

Bu sözləri Sonxeber.az-a açıqlama verən Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

O bildirib ki, işğaldan azad olunan ərazilərdə turizmin inkişafı mərhələli şəkildə davam etdirilir:

"Yeni turizm destinasiyası kimi Qarabağın turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılması bizim üçün olduqca qürurverici və sevindirici haldır. İnanırıq ki, pandemiya bitdikdən sonra ölkəmizə gələn xarici turist sayı yenidən artacaq. Həmçinin, Azərbaycana üz tutan xarici qonaqlar Qarabağa da mütləq səfər edəcəklər. Lakin buradakı turistik potensialı səmərəli istifadə etmək, regionu milli və regional səviyyədə tanıdaraq təhlükəsiz turizm destinasiyasına çevirmək üçün uzunmüddətli turizm strategiyasının hazırlanmasına və mərhələli şəkildə icrasına zərurət var".

Kənan Quluzadə Qarabağda turizmlə bağlı görülən işlər barəsində bunları qeyd edib:

"İlkin mərhələdə Qarabağda mövcud turizm resursları, turizm potensialı qiymətləndirilməli, məskunlaşma təmin edilməli, müvafiq infrastruktur yaradılmalıdır. Bunlara əsasən Qarabağ üzrə turizm klasterlərinin yaradılması nəzərdə tutulur. Şuşa, Laçın, Kəlbəcər, Hadrut, Ağdam, Füzuli-Cəbrayıl, Suqovuşan destinasiyaları üzrə turizm klasterləri formalaşdırmaq potensialı mövcuddur.

Eyni zamanda Qarabağda mədəniyyət, təbiət, sağlamlıq, dağ-xizək turizmi istiqamətləri üzrə zəngin turizm resursları olduğundan müvafiq tematik turizm məhsullarının hazırlanması istiqamətində işlər gedir.

Məsələn, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı qələbəni bizə yaşadan ordumuzun rəşadətli mübarizəsinin, qəhrəmanlığının daha canlı təsəvvürü və daimi olaraq xatırlanması üçün həm daxili, həm xarici turistlərin marağına səbəb olacaq "Zəfər marşrutları" konsepsiyası çərçivəsində "Yolumuz Ağdama" və "Füzuli-Xocavənd" kimi turizm marşrutlarının layihələri hazırlanır. Ağdam, Füzuli istiqamətində, ciddi təhlükəsizlik tədbirlərinə əməl olunması şərti ilə, hələlik kütləvi səfərlər üçün nəzərdə tutulmayan turizm marşrutlarının hazırlanması planlaşdırılır. Ermənistan işğalından əvvəl bu torpaqlarda mövcud olan, lakin düşmən təcavüzü nəticəsində dağıdılmış infrastruktur və potensial haqqında məlumatlar marşrutlar üzrə əyani olaraq ziyarətçilərə çatdırılacaq.

Qarabağdakı turizm əhəmiyyətli irsin hazırda mövcud olan "İpək Yolu", "Alban irsi" və bu kimi digər turizm marşrutlarına inteqrasiya etdirilməsi də nəzərdə tutulur".

Aytəkin Cəlali


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 1151   Tarix: 09 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycana nə qədər turist gəlib? -STATİSTİKA

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib. xəbər verir ki, ölkəmizə gələnlərin 32,

26 may 2021
.

Avropada səyahət qaydalarını yumşaldan ölkələr - SİYAHI

Koronavirusun yayılması səbəbindən bir çox Avropa dövləti səyahət qadağaları tətbiq edir. Ancaq buna baxmayaraq, turistlər üçün giriş qaydalarını yumşaldan ölkələr də var. - a istinadən xəbər verir ki, "TRT Haber" həmin ölkələrin siyahısını təqdim edib. Danimarka 26 iyun tarixinə qədər Avrop

19 may 2021
.

Istanbula möhtəşəm Mega tur !

Istanbula möhtəşəm Mega tur Mart ayında sizi unudulmaz Istanbul turu gözləyir. Novruz bayramının yadda qalan olmağını istəyirsiniz ? Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini - məkanlarını gəzəcəksiniz. Azərbayca

4 fevral 2020
.

Ukraynaya səfər etməyə hazırlaşanların NƏZƏRİNƏ!

Dekabr ayı ərzində "SkyUp" və "Ukrayna Beynəlxalq Hava Yolları" (UBHY) aviaşirkətləri tərəfindən Bakı-Kiyev marşrutu üzrə dörd aviareysin həyata keçirilməsi planlaşdırılır. xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Xüsusilə də, "SkyUp"

5 dekabr 2020
.

Tbilisidə ana və körpəsi koronavirusdan ÖLÜB

Tbilisidə Bokeriya adına klinikada 34 yaşlı qadın koronavirusdan vəfat edib. "Report"a istinadən xəbər verir ki, un yerli bürosu xəbər verir ki, o, ötən gün vaxtından əvvəl doğuşa görə xəstəxanaya daxil olub. Həkimlər ana ilə yanaşı körpənin də həyatını xilas edə bilməyiblər

7 may 2021
.

Ramazan ayına özəl endirilmiş qiymətlərlə gözəl və zövqlü mebel dəstlərinə sahib olun!

İlk dəfə azərbaycanda rəsmi distributor sti̇lmebel sizlərə rusiyanın və belarusiyanın fabrikasında hazırlanmış gözəl və zövqlü mebel dəstlərinin anbardan satışını təqdim edir. Mebellərinizi ikinci əldən deyil birinci əldən alınki qiymət fərqini görəsiniz. Sizdə evinizi belə əsrarəngiz və gözəl mebellərl

5 may 2020
.

Bu ölkədə dincələn turistlər 360 manat kompensasiya alacaqlar

Rusiyada dincəlmək qərarına gələn turistlər turların alınmasına çəkdikləri xərclərə görə 5-15 min rubl (120-360 manat) həcmində kompensasiya alacaqlar. -ın məlumatına görə, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin Dövlət Dumasında hökumətin gördüyü işlər barədə məruzə ilə çıxış edərkən danışıb

23 iyul 2020
.

Bakıdan Tel-Əvivə getmək istəyənlərə ŞAD XƏBƏR - Xüsusi uçuşlar başlayır

20 iyun 2021-ci il, Bakı - 11 iyul tarixindən "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı – Tel-Əviv – Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayır. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən -a verilən məlumata görə, qeyd olunan marşrut üzrə uçuşlar hər həftəni

20 iyun 2021
.

Koronavirusdan sağaldıqdan sonra tətilə yollanmaq istəyənlər üçün MÜHÜM XƏBƏR

Koronavirusdan sağalan insanlar uzaq ölkələrə yollanmaqdan çəkinməlidir. -ım TASS-a istinadən məlumatına görə, bu barədə rusiyalı infeksionist Vladislav Jemçuqov yay mövsümünün gəlişi ilə tətillərin planlaşdırılmasına münasibət bildirərkən tövsiyə verib. Onun sözlərinə görə, koronavirusa yoluxmuş insanları

13 iyun 2021