Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 91.3372 (12.0000%) və 101.4832 AZN (6.2000%) olan 32 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9237 AZN (6.5000%), orta ölçülmüş qiyməti 100.9323 (6.4953%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 228 milyon 738 min 400 manat yerləşdirilmiş həcmi isə 60 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 16 may 2023-cü ildir.

Hərrac iştirakçıları 19 may 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1713   Tarix: 18 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun xalis mənfəəti 312,7 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 16,7% və ya 44,8 milyon manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 267,9 milyon manat təşkil edib. Bu ilin ilk rübündə sektorun əməliyya

20 aprel
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ AÇIQLAMA/VİDEO

Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir. Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub. Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə

26 fevral
.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Qızıl qiymətinə satılan meyvələr: Bahaçılığın səbəbi nədir? - ARAŞDIRMA + VİDEO

Hər il mart ayında bazarlarda meyvə-tərəvəzin qiyməti əl yandırır. Bəziləri isə sözün həqiqi mənasında qızıl qiymətinə satılır. Mövzu ilə əlaqədar Baku TV-nin əməkdaşı paytaxtdakı bazarlardan birində olub. Satıcıların sözlərinə görə, istehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymət

14 mart
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart