Zeytun yağı niyə BAHALAŞIB?

Zeytun yağı niyə BAHALAŞIB?Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,50 manat aralığında təklif olunan birlitrlik zeytun yağları isə son günlərdə 17-18 manata təklif olunur.

Bəs qiymətin bu qədər artması nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bizim.media-nın suallarını cavablandıran iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, əvvəllər Azərbaycanda istehsal edilən zeytun yağlarının yarımfabrikatları xaricdən idxal olunurdu:

"Artıq bir ildir ki, ölkəmizdə də bu yarımfabrikatların istehsalına start verilib. Ola bilsin ki, bahalaşma bununla əlaqədardır. Yəni yerli xammaldan əldə edilən məhsulun baha baş gəlməsi səbəbindən qiymət artımının baş verməsi mümkündür.

Onun sözlərinə görə, son vaxtlar ölkəyə idxal olunan zeytun yağlarının dəyərində də artımlar nəzərə çarpmaqdadır:

"Bahalaşma bütün dünyada baş verməkdədir ki, bu da özünü soyuq sıxılma ilə əldə olunan yağlarda göstərir. Marketlərdə satılan şəffaf yağlar isə rafinə edilib".

Ekspert zeytun yığımının bir neçə ay əvvəl başa çatmasının qiymət artımının səbəblərindən biri olmadığını qeyd edib:

"Yığım ötən il oktyabrın axırı, noyabrın əvvəlində başa çatıb və bundan cəmi 3-4 ay keçib. Növbəti mövsümə isə hələ 8-9 ay vaxt qalıb. Bu baxımdan da xammalın tez tükəndiyini və zeytun yağının buna görə bahalaşdığını düşünmürəm. Xammal tükənsə belə, istehsalçılar bunu idxalla kompensasiya edə bilərlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 943   Tarix: 08 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021