TƏCİLİ ! Türkiyə tankları sərhədi keçdi-Cerablusda döyüşlər gedir(YENİLƏNİB)

TƏCİLİ ! Türkiyə tankları sərhədi keçdi-Cerablusda döyüşlər gedir(YENİLƏNİB)Son məlumatlara görə Türkiyə tanklarının Suriya sərhədini keçməsindən sonra İŞİD-in nəzarətindəki Cerablus qəsəbəsində döyüşlər gedir. Sərhədin bu tayından baş verənləri izləyən jurnalistlər qəsəbədən tank atışlarının eşidildiyini deyirlər. Cerablusda olan bir Türkiyə vətəndaşı isə telefonla qohumuna bildirib ki, tankların sərhədi keçməsindən sonra İŞİD yaraqlıları qaçmağa başlayıb.

Əməliyyatlara Azad Suriya Ordusunun 2 minlik dəstələri də qatılıb. Həmin qüvvələrin Türkiyə istiqamətindən Suriyanın içərilərinə doğru 3 kilometr irəlilədiyi və Kekilce kəndini mühasirəyə aldıqları bildirilir. Azad Suriya Ordusu hücumda məqsədin Cerablus bölgəsini azad etmək olduğunu bəyan edib. Türkiyə ordusunun Suriya ərazisində gedən döyüşlərdə itki verib-vermədiyi məlum deyil. Lakin sərhədin bu tərəfində PKK yaraqlıları ilə döyüşlərdə azı 4 əsgər həlak olub.

PKK-nın sərhədin Türkiyə tərəfində fəallaşması təsadüfi deyil. Çünki Türkiyənin Suriyaya quru müdaxiləsində əsas məqsəd YPG və PYD kürd birliklərinin Fırat çayını keçərək birləşməsi, nəticədə Türkiyə ilə sərhədi nəzarət altına almasına imkan verməməkdir. Çünki Suriyanın şimalındakı Menbiç qəsəbəsi YPG qüvvələrinin nəzarətinə keçəndən sonra kürdlər Cerablusu da İŞİD-dən azad etmək üçün irəliləməyə başlamışdı.

Əgər bu plan baş tutsaydı PYD-nin nəzarətindəki Afrin bölgəsi ilə YPG-nin nəzarətindəki ərazilər birləşəcək, nəticədə Türkiyənin Suriya ilə 911 kilometrlik sərhədinin hamısı kürdlərin nəzarətinə keçəcəkdi. Hansı ki, rəsmi Ankara buna yol verməyəcəyini dəfələrlə bəyan edib. Kürdlərin Suriyanın Türkiyə ilə sərhəd bölgələrini ələ keçirməməsi üçün vaxtilə İŞİD-ə dəstək verib.

***
Türkiyə ordusunun tankları bu gün səhər saatlarından etibarən başlayan artilleriya hazırlığının və hava zərbələrinin ardınca Suriyanın Cerablus bölgəsini İŞİD terrorçularından təmizləmək üçün sərhədi keçib.

Bu haqda "Sözçü" qəzeti hərbi qaynaqlara istinadən yazıb. "Fırat Qalxanı" kod adı altında keçirilən hərbi əməliyyat çərçivəsində Türkiyə təyyarələri Kekilcə və Cerablus bölgəsindəki hədəflərə zərbələri davam etdirir.

Tank birlikləri Bakı vaxtı ilə saat 12.00-d sərhəd xəttini keçməyə başlayıb. Əməliyyatın məqsədi Cerablus bölgəsini İŞİD-dən təmizləmək və eyni zamanda Suriyanın şimalında YPG v PYD kürd birliklərinin qüvvələrinin birləşdirilməsinə imkan verməməkdir.

Əməliyyatlara ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya havadan dəstək verir. Hələb bölgəsində Suriya ordusunun hücumlarına dəstək verən Rusiya hələlik Türkiyənin müdaxiləsini şərh etməyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3474   Tarix: 24 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel