Evlərini satıb dünyanı gəzən məşhur cütlük Bakıda

ABŞ-ın Vaşinqton ştatında yaşayan Maykl və Debbi Kempbell təqaüd yaşı yaxınlaşdığı üçün 2013-cü ildə dünya səyahətinə çıxmaq, yeni macəralar yaşamaq qərarına gəlib.

Bu səbəbdən cütlük əllərində olan hər şeyi: ev, maşın, qayıq satıb səyahət planı qurmağa başlayıb. Əvvəlcə, Amerikanın ştatlarını gəzən Kempbell ailəsi səyahətdə olduqları 3 il boyunca 55 ölkə və 100-dən çox şəhər gəzib. Amerkan cütlüyün budəfəki dayanacağı isə Azərbaycan olub.

"Qafqazinfo" oxucularına onlar haqqında daha ətraflı məlumat vermək və yaxından tanış etmək üçün dostlarımız vasitəsilə Kempbell ailəsi ilə əlaqə saxlayıb, müsahibə üçün vaxt təyin etdik.

Mayklın 71, sevimli həyat yoldaşı Debbinin isə 60 yaşı var. "Senior Nomads" adlı bloqlarında gəzdikləri ölkələr barədə yazılar yerləşdirdikləri üçün onlar haqqında az-çox məlumatımız var idi. Ancaq bizi daha çox maraqlandıran Kempbellərin ölkəmiz haqqında ilk təəssüratları idi. Deddi deyir ki, Bakıda hər kəs onlara qarşı çox xeyirxah və diqqətlidir. Bu hal səyahətçiləri çox təəccübləndirib:

"Hələ 2 gündür ki, ölkənizdəyik. Ancaq az-çox müşahidə apara bilmişik. Çox qəribədir, insanlarınız bizi tanımadığı təqdirdə kömək etməyə çalışır, bizə qarşı çox mehribandırlar. Bu, aptekdə də belədir, mehmanxanada da, küçədə də. Bundan başqa, ölkədə ingilis dilini bilənlərin sayının belə çox olacağını gözləməzdik. Demək olar ki, yaxınlaşdığımız hər yerdə sualımıza rahatlıqla cavab ala bilirik".

Maykl da sevimli həyat yoldaşının fikirlərini təsdiqləyərək əlavə edir ki, sakinləri kimi Bakını da çox bəyəniblər:

"Düzdür, hələ Bakını tam gəzmək şansımız olmayıb. Ancaq şəhərinizdə ən çox bəyəndiyimiz məqam müasirliklə tarixin sintezidir. Olduğumuz ölkələrin tarixi ilə yaxından maraqlanır, daha sonra bloqumuzda bu barədə ətraflı məlumat paylaşırıq. Düzü, bloqumuzu ilk açanda fikirləşirdik ki, heç kimə maraqlı olmarıq və bizi oxuyan olmaz. Sonradan gözləmədiyimiz dərəcədə çox adam bizi izləməyə, fikirlərini bölüşməyə başladı. Biz də bundan ruhlanıb instaqram və feysbukda da səhifə açdıq. Bizə yazırlar ki, kaş onların da təqaüd yaşına çatan zaman dünyanı gəzmək şansı ola. Biz şansımızı özümüz yaratdıq. Fikirləşirdik ki, təqaüd yaşımız artıq yaxınlaşır, nəsə etmək lazımdır. Övladlarımız da bizə dəstək oldu və əlimizdə olan hər şeyi satıb dünya səyahətinə çıxdıq".

Səyahətə çıxan zaman qızları onlara getdikləri ölkələrdə daha sərfəli gecələmək üçün airbnb.com saytını məsləhət görüb. Maykl artıq xanımı Deddinin "airbnb" haqqında kitab yazdığını və bu ilin noyabr ayında ABŞ-da təqdimat mərasimi olacağını söylədi.

Kempbell ailəsinin ilk dəfə Azərbaycan haqqında məlumat alması da maraqlı bir təsadüfün nəticəsidir. Belə ki, idmanla yaxından maraqanan Maykl 2 il əvvəl "Atletiko Madrid"in oyununa baxmağa gedib. Bu zaman futbolçuların köynəyində yazılan "Azerbaijan land of fire" sözlərini oxuyur. Daha sonra ölkəmizlə maraqlanan Maykl dünya səyahəti zamanı ölkəmizə də gəlməyi qərara alıb. Maykl I Avropa Oyunları və Formula 1-in də ölkəmizdə təşkil olunduğunu bilir:

"Düzü, Avropa oyunlarının Azərbaycanda keçirilməsi bizə bir az qəribə gəldi. Axı Azərbaycan Asiya ölkəsidir. Ancaq Formula 1 kimi böyük bir oyuna ev sahiblik etmək uğurlu marketinqdir".

Kempbell ailəsi Avropa tarixi ilə, xüsusilə də II Dünya Müharibəsindən sonrakı Post-sovet ölkələri ilə maraqlanır. Maykl burada insanların necə yaşamasını, yaxından müşahidə etmək istəyir. Azərbaycan gəzdikləri 7-ci keçmiş MDB ölkəsidir.

Buradan sonra da Gürcüstana getməyi planlaşdırırlar:

"Bizə keçmiş Sovet ölkələrindəki hazırki mühit çox maraqlıdır. Bilmək istəyirik ki, bu ölkələr özləri üçün hazırda hansı istiqaməti seçib. Azərbaycanı bu cəhətdən müasirləşmiş və inkişaf etməkdə olduğunu gördük".
Deddidən övladları, yaşadıqları ölkə üçün darıxıb darıxmadığını soruşuruq.

Ailəsi haqqında maraqla bəhs edən Deddinin səsi növbə nəvələrinə çatan zaman dəyişir:

"Mayklla 35 ildir ki, evliyik. 4 övladımız, 5 nəvəmiz var. Əlbəttə ki, onlar üçün çox darıxırıq. Ancaq skayp və feysbuk vasitəsilə daim əlaqədə oluruq, danışırıq. Fransada olanda görüşmüşdük. Təqdimat üçün ABŞ-a qayıdanda yenidən görüşəcəyik. Biz onsuz da, səyahət planlaşdırırdıq. Hər bir amerikan vətəndaşı təqaüd yaşı çatanda səyahətə çıxa bilmək üçün müəyyən qədər pul yığır. Əlimizdə olan hər şeyi də satmışıq. Evim üçün darıxıram, ancaq birlikdə olduğumuz hər yer bizim üçün evdir. Onu da deyim ki, evimizdən sadəcə 2 yastıq götürmüşük. Bu, qaldığımız yerlərdə bizə ev ab-havası yaradır".

Cütlük gəzdikləri ölkələr içərisində ən çox Danimarka və Niderlandı bəyənib. Azərbaycanı isə bu gündən gəzməyə başlayacaq. Cütlüyün ölkəmizdə getmək istəyi ilk yerlər Dağüstü park və İncəsənət muzeydir. Biz də öz növbəmizdə Atəşgah, Qobustan və digər görməli yerləri məsləhət gördük. Yeməklərimizdən isə quzu kababı (xüsusilə də, antrikot), dolma və bozbaşı dadıb çox bəyəniblər.

Cütlükdən səyahətlərinin nə vaxta kimi davam edəcəyini soruşuruq. Maykl Deddiyə baxıb "pulumuz, sevgimiz və öyrənəcəyimiz yeni şeylər bitənə kimi" cavabını verir.
Evlərini satıb dünyanı gəzən məşhur cütlük BakıdaEvlərini satıb dünyanı gəzən məşhur cütlük BakıdaEvlərini satıb dünyanı gəzən məşhur cütlük BakıdaEvlərini satıb dünyanı gəzən məşhur cütlük BakıdaEvlərini satıb dünyanı gəzən məşhur cütlük Bakıda


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1530   Tarix: 24 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO

Sosial şəbəkədə yayılan video maraq yaradıb. xəbər verir ki, 85 yaşlı amerikalı ilə 65 yaşlı azərbaycanlı kişinin dialoqu gündəm olub. Xarici qonağın yaşını öyrənən kişi qulaqlarına inanmayıb. Sözügedən görüntünü təqdim edirik:

14 aprel
.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20 aprel
.

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

"Gaia" kosmik teleskopundan istifadə edən beynəlxalq astronomlar qrupu Yerə nisbətən yaxınlıqda nəhəng qara dəlik aşkar ediblər. Obyekt "Gaia-BH3" adlandırılıb. "Ölkə.az" xəbər verir ki, tədqiqat "Astronomy & Astrophysics" (A&A) elmi jurnalında dərc olunub

17 aprel
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14 aprel
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14 aprel
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21 aprel
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21 aprel
.

Pensiya sistemindəki boşluqlar: Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA

Statistik məlumatlara əsasən, ölkəmizdə il ərzində vəfat edən kişilərin təxminən yarısı pensiya yaşına çatmayanlardır. Bu statistika yenidən pensiya yaşına çatmadan vəfat edənlərin pensiya kapitalının taleyi məsələsini gündəmə gətirir. Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib. Statistik məlumatlar

21 aprel