XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTOİyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub. Məktubda deyilir:

"Xanımlar və cənablar! Sizi – XII Qəbələ Musiqi Festivalının bütün iştirakçılarını və qonaqlarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə ən xoş arzularımı çatdırıram. 2009-cu ildən etibarən ənənəvi olaraq təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfəsini verən musiqi bayramı kimi ölkəmizin hüdudlarından kənarda da şöhrət qazanmışdır. Bütün dünyanın mübarizə apardığı koronavirus pandemiyası səbəbi ilə festivalın təşkil olunmadığı 2020-ci il xalqımızın yaddaşına və tarixinə 44 günlük Vətən müharibəsi və müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə əbədi həkk olundu. 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqları azad olundu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi! Qarabağın tacı olan Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ilin may ayında "Xarıbülbül" Musiqi Festivalı bərpa olundu. Əfsanəvi Cıdır düzündə Azərbaycan musiqisini dinləmək arzusunda olan sənətsevərlərin uzunillik həsrətinə son qoyuldu.

Əziz dostlar!

Qloballaşan dünyada müxtəlif sivilizasiyalar və xalqlar arasında mədəniyyətlərarası dialoqun qurulması və inkişafı dövrümüzün ən vacib tələblərindən biridir. Beynəlxalq aləmdə mövcud olan problemlərin, münaqişələrin həll edilməsində, ayrı-ayrı xalqlar arasında qarşılıqlı hörmətin təşviqində dialoq ən gözəl vasitədir. Əsrlər boyu mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan da tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Bu baxımdan, artıq illərdir ki, təşkil olunan Qəbələ Musiqi Festivalının rolunu yüksək qiymətləndirirəm. Builki festival müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı olan Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf edir. Milli musiqi sənətimizi bütün dünyada uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının yetirmələridir. Təsadüfi deyil ki, XII Qəbələ Musiqi Festivalının iştirakçıları da, əsasən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin öyrənilməsinə xidmət edən Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti və onun məzunlarıdır.

Mən festivalın bütün iştirakçılarına uğurlar arzu edirəm! Əminəm ki, tamaşaçılara maraqlı və rəngarəng musiqi proqramı təqdim olunacaq XII Qəbələ Musiqi Festivalı hər zaman olduğu kimi qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır"

Sonra mərasimdə Bakı Musiqi Akademiyasının rektoru, festivalın bədii rəhbəri, xalq artisti Fərhad Bədəlbəyli, təhsil naziri Emin Əmrullayev çıxış edib. Bildirilib ki, builki musiqi festivalı əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub. Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biridir. Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Avqustun 4-dək davam edəcək festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunacaq. Festivalda respublika və beynəlxalq müsabiqələr laureatı olan musiqiçilər çıxış edəcəklər. Festival günlərində musiqisevərlər Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Bakı Kamera orkestri"nin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin, muğam ifaçılarının, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə tanınmış musiqiçilərin çıxışlarını izləmək imkanı əldə edəcəklər. Festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Rəsmi hissədən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Orkestrin dirijoru ömrünün 50 ilini bu işə həsr edən və ölkədə hərbi orkestr məktəbini yaradan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin rəisi, general-mayor, xalq artisti Yusif Axundzadə olub. Konsertdə Azərbaycan Respublikasının Dövlət Himni, "Koroğlu" uverturası, "Sarı gəlin" mahnısı və digər musiqi əsərləri səsləndirilib.
XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTOXII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTOXII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTOXII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTOXII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTOXII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTOXII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTOXII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTOXII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1303   Tarix: 31 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məhəbbət Kazımovun oğlu atasından danışdı: "Ən böyük arzusu Laçına getmək idi"

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. O, 2014-cü ilin bu günündə vəfat edib. Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamların müəllifi , "Laçın" instrumental ansamblının rəhbəri olub. Onun səsləndirdiyi "Laçınım" mahnısı dillə

28 yanvar
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Səkinə İsmayılova aparıcılardan narazıdır: "Dəhşətdir, ayıbdır"

"Efirə az çıxıram. Özümü harada görürəmsə ora gedirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcılardan gileylənib. O bildirib ki, sənətkarları yeni oxumağa başlayanlardan fərqləndirmirlər. S.İsmayılov

27 fevral
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

Onlar 40 yaşından sonra iş tapa bilmirlər...

"Tanınmış bir balet ustası ilə söhbət edirdim, dəhşətə gəldim. Əvvəllər balet artistləri 40 yaşında təqaüdə çıxırdı, onu da 65 ediblər. Ay camaat, ayaqları artıq 40 yaşında şikəst olan 65 yaşına qalar?" . "Qafqazinfo" xəbər verir ki, bu məsələni gündəmə jurnalist İlqar Əlfioğlu gətirib

2 fevral
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Azərbaycanda cizgi filmlər niyə çəkilmir? - SƏBƏB

"2023-cü ildə 3 peşəkar film çəkilib. Bu isə çox azdır. Bu filmlər əsasən yerli və beynəlxalq festivallarda nümayiş olunub". Bu sözləri -a animator Rəşid Ağamalıyev deyib. O bildirb ki, milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədi ilə "Azərbaycan Animasiya Assosiasiyası"

24 yanvar
.

Kemeron yeni "Avatar"la bağlı şayiələri təkzib edib

Məşhur rejissor Ceyms Kemeron "Avatar"ın üçüncü hissəsinin ilkin montajdan sonrakı versiyasının doqquz saat olduğu ilə bağlı şayiələri təkzib edib. "Əgər qaralama montajdan sonrakı materialın doqquz saatlıq olsaydı, mən ov tüfəngini götürüb başıma atəş açardım. Yox, mən dedim ki, ümumilikd

17 fevral
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar