Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMABildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasında yaş fərqi ailə qurduqdan sonra problemlər yarada bilər. Bəs evlənən cütlüklər arasında yaş fərqi neçə olmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, bu məsələ çox insanın dünyaya baxış tərzi ilə bağlıdır. Əgər tərəflərdən biri yetkinlik yaşına çatmamış insandırsa və həddindən artıq yaşca böyük insanla evləndirilsə bunun qarşısını almaq lazımdır:

" Əgər qızın 16 yaşı varsa və 35-40 yaşında bir kişi ilə evləndirilirsə, bu normal qarşılanacaq hal deyil. Lakin 25 yaşında bir qız 40 yaşında kişi ilə evlənməyi düşünürsə, biz buna görə onu qınaya bilmərik. Çünki o, yetkinlik yaşına çatmış bir insandır. Onun azad seçmək hüququ var. Yetkinlik yaşında olan şəxslər orta yaşlı insanları evlilik üçün məqbul hesab edə bilər. Buna görə həmin şəxslər qınanılmamalıdır. Amma bütün hallarda, yaş fərqinin həddindən artıq çox olması uyuşmazlığa və ailə daxili problemlərə gətirib çıxara bilər. Əgər bir-birindən 20 yaş fərqlə tərəflər evlənirsə, gələcəkdə ailələr arasında problem yaranma ehtimalı var. Biri ahıl dövrünə qədər qoyanda, digəri orta yaşda olacaq. Təbii ki, dünyagörüşü tərəflər arasında uyğun olmayacaq. Bu tək yaşla əlaqədar deyil. Ümümiyyətlə yaşından asılı olmayaraq bir gün belə bizim düşüncəmizə və qərarlarımıza təsir edə bilir. Bu baxımdan hesab edirəm ki, gələcəkdə problem yaşamamaq üçün tərəflər ailə quranda aralarında maksimum 7-8 yaş bir-birindən fərqlənməlidir. Əgər tərəflər yetkinlik çağındadırsa, bu qərar onların seçimlərinə buraxılmalı olan məsələdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1609   Tarix: 26 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İcarəyə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər TUTULDULAR

İcarəyə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində axtarışda olan Gəncə şəhər sakin

6 may
.

Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO

"İl boyu bu barədə heç vaxt danışmadım. Mənə olunan zənglərin hamısından imtina etdim. Heç bir zəngə cavab vermədim, heç bir televiziya kanalına bu haqda danışmadım. Yəqin ki, mən də çox böyük şok keçirtdim, bunu analiz edirdim özlüyümdə". Bu sözləri İctimai TV-nin efirində yayımlanan verilişlərdə

6 may
.

Şəhid qardaşı: "Otuz ildir ki, gözümüz yollarda idi"

"Düz otuz ildir ki, gözümüz yollarda idi. Qardaşım Elşad Qayımov Birinci Qarabağ müharibəsinə 18 yaşında əsgər kimi yollanmışdı. Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhramanlıqla döyüşüb. 1994-cü ildə valideynlərimə Elşadın yaralandığı barədə məlumat verilib. Amma bütün hospitalları, xəstəxanalar

6 may
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

6 may
.

Bakıda Rusiya vətəndaşı intihar edib

Bakıda Rusiya vətəndaşı intihar edib. APA xəbər verir ki, Rusiya vətəndaşı, 1966-cı il təvəllüdlü Güman İbadullayev yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsindəki evdə turnikdən özünü asaraq öldürüb. Faktla bağlı araşdırma aparılır

6 may
.

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. "Report"un məlumatına görə, onlardan biri - Gülalı Məhəmməd oğlu Dadaşov Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. Elşad Şirin oğlu Qayımo

6 may
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

6 may
.

Qaradağda 24 yaşlı oğlanın meyiti tapıldı

Bakıda 24 yaşlı oğlan evin həyətində ölü aşkarlanıb. APA xəbər verir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan, 200-ci il təvəllüdlü Fərhad Cəlilli evinin həyətində asılmış vəziyyətdə aşkar edilib. Onun intihar etdiyi ehtimal edilir, araşdırma aparılır

6 may
.

"Azərbaycan Beynəlxalq Bankı" gecə yarısı da kredit verirmiş? – ŞİKAYƏT

Vətəndaş Rübabə Əliyeva "Azərbaycan Beynəlxalq Bankı" ilə "Rabitəbank"ın onun başına açdığı oyuna görə hər ikisini məhkəməyə verməyə hazırlaşır. -a istinadən xəbər verir ki, bu barədə şikayətçi özü yazıb və hüquqşünaslardan kömək istəyib. O bildirib ki, "Rabitəbank"dak

6 may