"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVABXəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub.

Məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Konstantin Zatulin davamlı olaraq Azərbaycana qarşı müxtəlif vaxtlarda fikirlər səsləndirib:

"Zatulin kimi "marionet"lər gərgin zamanlarda Azərbaycana qarşı hansısa iradlar səsləndirərək, iki ölkə arasındakı əlaqələrə xələl gətirmək istəyir. Zatulin daha çox şovinist və millətçi kəsimi təmsil edir. Eyni zamanda, onun mövqeyində ermənipərəstlik müşahidə olunur. Həmişə Azərbaycana qarşı kəskin və sərt fikirlər səsləndirir. Lakin onun fikirləri böyük mənada heç nəyi dəyişmir. Zatulin davamlı olaraq bu tip fikirlər söyləmək əvəzinə, daha çox obyektivliyin qorunması istiqamətində çıxışlar etsəydi, zənnimcə, daha yaxşı olardı. Digər tərəfdən, Azərbaycan öz silah seçimində, eyni zamanda silah təchizatı ilə bağlı həyata keçirdiyi siyasətdə heç kimdən məsləhətləşməməlidir. Bu, Azərbaycanın suveren və müstəqil hüququdur. Azərbaycan Rusiya tərəfindən də silahlar alır və ölkəmizin silah arsenalında Rusiyanın da qabaqcıl silah modelləri var. Lakin Vətən müharibəsi göstərdi ki, bu günün, çağdaş dövrün müharibəsini aparmaq üçün süni intellektə əsaslanan müasir texnologiyaların tətbiqi uğur qazandırır və bu uğur 44 gün ərzində Azərbaycanın işğal altında olan torpaqlarının qısa zaman kəsimində işğaldan azad olunulması ilə nəticələndi. Qələbəmiz həmin silahların sayəsində başa gəldi. Silahların təkmilləşdirilməsi, beynəlxalq praktikada daha çox istifadə olunan bu silahların müasir standartlara cavab verməsi nəticəsində Azərbaycan da böyük zəfərə imza atdı. Ona görə də Azərbaycan Rusiya, Belarusiya, Ukrayna, Türkiyə, İsrail və digər dövlətlərdən silah alma siyasətini həyata keçirə bilər. Bu siyasətdən heç bir tərəf narazı qalmamalı, narahat olmamalıdır. Əgər Rusiyanın istehsal etdiyi, müasir tələblərə cavab verən silahlar olarsa, Azərbaycan o silahları da alacaq. Əsas məsələ ölkəmizin təhlükəsizliyi, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü qorumaqdır. Ona görə də burada Rusiya Dumasında çıxış edən hansısa deputatların narahatlığının heç bir əsası yoxdur. Çünki Azərbaycan öz xarici siyasət strategiyasına və hərbi-siyasi standartlara cavab verən kursuna uyğun olaraq mövqe irəli sürür. Bu mövqe Azərbaycan xalqının həm də siyasi iradəsidir. Ona görə də daha çox Ermənistan tərəfi narahat olmalıdır ki, bu silah alış-verişində Qafqazda təhlükəsizliyə, sülhə və sabitliyə təhdid törətmək istiqamətində birgə addımlar atırlar. Buna görə də Azərbaycanın həyata keçirdiyi siyasət daha çox sülhün qorunmasına və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasına yönəlib".

Rafi Müslümov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2933   Tarix: 31 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel