Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar".

Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:

"Atamın vəsiyyəti vardı. Sözün düzü, mənim atamın qəbrini köçürmək kimi fikirim yoxdur. Çünki biz Laçından atamın qəbrinin üstünə həm torpaq, həm də su gətirib tökmüşük. Məhəbbət Kazımov təkçə Laçın rayonun sənətkarı deyil, o bütün Azərbaycanın sevdiyi bir insandır. Biri var, qəbir mərkəzdə olsun, biri də Laçında. Arada məsafə böyükdür, insanların ziyarətə gəlməsi-getməsi var. Düşünürəm ki, Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar. Məhəbbət Kazımov sənətkardır, bir dənə qəbri olmalıdır, insanlar da onu orada ziyarət etməlidir. Kənddə də atamın xatirəsi ilə bağlı planlarımız var. Köçüb yerləşək, ondan sonra reallaşdıracağıq".

Rəşid Kazımov Laçına səfər etmək istədiyini də dilə gətirib:

"Tez-tez Qarabağa səfərlər olunur. Mən də getmək istəyirəm. Bəzi yerlərə müraciət edəcəm, Laçına səfərlər olanda bizi də yada salsınlar. Amma hələ Laçında bəzi məsələlər həllini tapmayıb. Hərbidə işləyən şəxslər var ki, onların özü də hələ Laçına getməyi məsləhət bilmir, minalar təmizlənməlidir, tam təhlükəsizlik bərpa olunmalıdır. Bunlar bir az uzun çəkən proseslərdir. Özüm də həsrətdəyəm, qismət olsun, biz də Laçına səfər edək. Laçınla bağlı planlarımız çoxdur. Orada təhlükəsizlik təmin edilib, yaşayış təmin ediləndən sonra biz də hamı kimi burdan köçüb gedəcəyik. Öz elimiz, öz obamız var, biz də getməyəndə daha kim getməlidir? Laçında dövlətin insanları yerləşdirməsi ilə bağlı planları var. Həmin plan məlum olmalıdır ki, görək hərə öz kəndinə gedir, yoxsa ümumi kəndlər yaranacaq. O vaxt xırda-xırda kəndlər çox olub. Gözləyək, görək nə olacaq. Biri var dövlət xətti ilə köçürülənlər, bir də var evi özün tikəsən. Əgər dövlət ev tikərsə, lap yaxşı, kim istəməz ki. Belə bir təklif olsa, qəbul edəcəm. Yox olmasa da, vəsaitim hesabına ev tikəcəyəm".
Rəşid Kazımov Laçına qayıdandan sonra həmişəlik orada yaşayacaqlarını açıqlayıb:

"Bakıda işlərim var, arada gəlib-gedəcəyəm. Amma məkan olaraq Laçında olacağıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 4183   Tarix: 03 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Cavanşir Məmmədovun ölümündən əvvəlki SON GÖRÜNTÜSÜ - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov toyda çıxıış edərkən videosu yayılıb. bildirir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının birində toyda ifa edib. Həmin görüntünü təqdim edirik:

20 aprel
.

"Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi"

Aparıcı Sərxan Kərəmoğlunun mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşımı diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin bir qadın tərəfindən haqsızlığa uğradığını yazıb. O, həmin şəxsin adını açıqlamayıb. "Bir ay öncə mənə təşəkkür etdi. Bir qadın var, onu Allaha həvalə etdi

21 aprel
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

25 aprel
.

Mələkxanım Eyubovanın qızının toyundan - Video

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. Axşam.az xəbər verir ki, xanəndənin övladı müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində qeyd olunur. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvə

22 aprel
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19 aprel
.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22 aprel
.

Cavanşir Məmmədovun vəsiyyəti: "Mən öləndə..." - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, 2 ay öncə iştirak etdiyi verlişdə qalmaqallı fikirlər səsləndirib. O, deyib: "Vəsiyyət etmişəm ki, məni kostyumda dəfn edin". Daha ətraflı videoda:

20 aprel
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18 aprel
.

Cavanşir Məmmədovun dəfn YERİNDƏN VİDEO

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub. report-a istinadən xəbər verir ki, mərhum sənətçi bu gün "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, həmkarları və mədəniyyət nümayəndələri iştirak ediblər

20 aprel