Deputat torpaqların azad olunacağı tarixdən DANIŞDI

Deputat torpaqların azad olunacağı tarixdən DANIŞDIDağlıq Qarabağ probleminin həllində kənardan bizə nə təzyiqlər olursa-olsun, hesab edirəm ki, Azərbaycan ciddi şəkildə toparlanmalıdır. Bütün daxili qüvvələr və siyasi spektrlər milli güc kimi bir yerdə olmalıdır. Azərbaycan son dəfə xəbərdarlıq etməli və müəyyən vaxt verməlidir ki, əgər onadək problem həll edilməzsə, o zaman biz ərazilərimizi düşməndən təmizləməyə başlayacağıq və buna hazırıq.

Sonxeber.az bildirir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.

Millət vəkilinin fikrincə, Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqların effekt verməsi çox az inandırıcıdır: "Çünki aprel döyüşlərindən sonra bütün beynəlxalq təşkilatlar Azərbaycana "dur" dedi, Azərbaycan da "yaxşı, biz məsələni hərb yolu ilə həll etmirik, əgər siz dinc yolu bilirsizsə, onda tətbiq olunsun" mesajını verdi. Amma ötən müddət ərzində göründüyü qədər real nəticələr yoxdur. Ortada yalnız bəyanatlar var. Bu da təbii ki, Azərbaycana sərf etmir. Azərbaycan aprel savaşı zamanı göstərdi ki, imkanı var idi ki, həm beynəlxalq konvensiyalara, həm də Konstitusiyamıza uyğun olaraq, məsələni hərbi yolla həll eləsin. Bu onun hüququ, haqqıdır. Amma açığı, böyük güclər, beynəlxalq təsisatlar Azərbaycana mane oldular və guya ki, məsələnin dinc yolla həllində səy göstərəcəklərini bildirdilər. Amma hələ də heç bir nəticə yoxdur və ermənilər də öz işlərindədirlər. Ermənilər Dağlıq Qarabağa kənardan əlavə insanlar köçürməklə, oraya gətirilənlərin məskunlaşmasını həyata keçirməklə, yeni obyektlər inşa edib işə salmaqla göstərirlər ki, işğalçılıqdan əl çəkmək və Azərbaycan torpaqlarından çıxmaq fikirləri yoxdur".

F.Quliyev hesab edir ki, danışıqlar müddətsiz uzana bilməz. Əgər belə davam edərsə, Azərbaycan məsələnin hərbi yolla həlli üçün səfərbər olacaq: "Azərbaycan aprel döyüşlərindən sonra hərbi əməliyyatları saxlamaqla o dönəmdə doğru addım atdı və beynəlxalq ictimaiyyətə də göstərdi ki, biz daha güclü olmağımıza baxmayaraq, çağırışa əməl edərək dayanırıq, siz isə məsələni həll eləməlisiz. Azərbaycan prezidenti də dəfələrlə bəyan edib ki, bu danışıqların bir müddəti olmalıdır. Xarici İşlər Nazirliyi tərəfindən də verilən son bəyanat göstərir ki, danışıqlar sonsuz davam edə bilməz. Ermənistanın hansı mərhələdən başlayaraq ordusunu Azərbaycan ərazilərindən çıxarması, danışıqların hansı mərhələdə bitməsi konkret müddətə bağlı olmalıdır. Bu proses qeyri-müəyyən vaxta qədər uzana bilməz.(milli.az)

Əgər Azərbaycana təzyiqlər olacaqsa və bunun qarşısında bölgədə qeyri-sabitliyi istəyəmən qüvvələr də məsələyə əl qoyacaqlarsa, onda məsələnin həlli dinc vasitələrlə mümkündür. Yox, əgər proses bu formada uzanacaqsa və hər kəs "öhdənizə buraxırıq", "kompromis axtarın", "razılaşın" deyəcəksə, bu yanaşma ilə heç nə əldə etmək mümkün olmayacaq. Mən də hesab edirəm ki, Azərbaycanın səbrinin bir yerə qədər həddi var. Azərbaycan haqlı tərəfdir və məncə, artıq bütün imkanlarından istifadə etmək üçün səfərbər olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2078   Tarix: 07 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qisas əməliyyatı" nəticəsində öldürülən erməni hərbçilərin sayı ARTDI

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Hələlik Ermənistan tərəf

13 fevral
.

Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların

9 mart
.

Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar

Ötən gün Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar. Məlumatı Ermənistan mətbuatı yayıb. Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənista

13 fevral
.

Müharibə başlayandan bəri Qəzzada ölən fələstinlilərin SAYI AÇIQLANDI

İsraillə Fələstin arasında münasibətlərin kəskinləşməsindən bəri indiyədək 32 782 fələstinli həlak olub. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. "Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 32 782 nəfərə çatıb, ən azı 75 298 nəfə

31 mart
.

İsrail ordusunun itkiləri 604 nəfərə çatıb

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz

7 aprel
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel
.

İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. "Report"un məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən "The Times of Israel" qəzeti yazıb. Onun sözlərinə görə, İran İsrailə doğru 17

14 aprel
.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel