Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMAXəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün kompromislərə gedəcəyi ilə bağlı yazılar dərc olunur. Bu sülh müqaviləsi imzalansa, sonrakı mərhələdə hansı proseslər baş verəcək? Azərbaycan özünü sonrakı illərdə panermənizm millətçiliyindən necə qoruya biləcək?

Məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycan həmişəki kimi öz xoşməramını ortaya qoyub:

"Biz Ermənistanla sakit qonşuluq münasibətlərində yaşamaq istədiyimizi dəfələrlə bəyan etmişik. İndi seçim Ermənistanındır. Onlar seçməlidir ki, Azərbaycanla hansı münasibətlərdə yaşamaq istəyirlər? İndi ermənilər bizimlə ikitərəfli əlaqələrin olduğu, mehriban qonşuluq siyasətində yaşamağı seçəcəklər, yoxsa daimi gərginlikdə olaraq, resurslarını silahlanmaya və təxribata xərcləməyi?"

Aydın Mirzəzadə qeyd edib ki, Ermənistanın indiyədək apardığı siyasət, onun bir dövlət kimi böhranda yaşamağına gətirib çıxardıb:

"Azərbaycanla qarşıdurmalar isə o böhranı daha da dərinləşdirəcək. Bu baxımdan, seçim onlarındır. Azəbaycan isə öz üzərinə düşən qonşuluq vəzifələrini yerinə yetirir. Dünən qeyri-qanuni erməni silahlıları tərəfindən saxlanılmış əsgərimizin yerinə 2 erməni hərbçisinin qaytarılması, xoşniyyətli münasibətimizi göstərir.

İlk növbədə onu qeyd edim ki, sülh müqaviləsi çox uzun bir prosesdir və bunun qısa zamanda baş verəcəyinə inanmıram. Həmin sülh müqaviləsində tərəflər sadəcə olaraq qarşıdurmanın dayandığını bəyan etmirlər, onlar, həmçinin, bir-birinin daxili işlərinə qarışmamağı, beynəlxalq hüquq normalarını üstün tutmağı, mehriban qonşuluq siyasəti yürütməyi və s. amilləri də bildirirlər. Bunlar arzuolunan və bu istiqamətdə gedilməsi vacib olan bir məsələdir. O ki, qaldı Ermənistanın bundan sonra özünü necə aparacığına, deyərdim ki, onlar özlərini necə aparacaqlarsa, o cür də cavablarını alacaqlar.

30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlamaq Ermənistana hansı inkişafı verdi? Nələr qazandırdı? Əhalisi artdı, yeni obyektləri tikildi, müasir texnologiya gəldi, yoxsa beynəlxalq aləmdə nüfuzu artdı?! Heç biri!

Azərbaycan hər zaman beynəlxalq hüququn və mehriban qonşuluğun tərəfdarıdır. Mən bir daha qeyd edirəm, Ermənistan Azərbaycana qarşı necə olacaqsa, biz də onlara qarşı elə olacağıq".

Rafi Müslümov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1379   Tarix: 08 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel