Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?

Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur.

Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizli inkişaf edə bilir, ona görə ona "Səssiz qatil"də deyilir.

Əgər iltihabı proses ağciyər toxumasının ayrıca bir hissəsini və ya seqmentini zədələyibsə, o zaman pnevmoniya sakit, yəni gizli başlayacaq.

Adətən bu hal immuniteti zəif insanlarda baş verir.

İl ərzində kontrolsuz antibiotik qəbulu da pnevmoniyaya səbəb olur.

Atipik pnevmoniyanın günahkarları yarasalardır

Ümumiyyətlə, pnevmoniya yaradan mikrobların insana yarasadan keçməsi sübut olunub.

Bu patologiya çox ciddi diaqnostik tədbirlər tələb edir. Çünki ən peşəkar həkim belə ağciyərlərə qulaq asmaqla pnevmoniyanı aşkar edə bilməz. Ona görə də xəstə ağırlaşma olmadığına görə evdə qalır, terapevt hərarət və güclü öskürək görmədikdə adi müalicə yazır və nəticədə xəstə 10 gün ərzində letal nəticə – ölümlə üz-üzə qalır.

Zəif immunitet, antibiotik qəbulu və bronxlarda olan bakterial fəsadın nəticəsi olan bəlğəmin təbii yolla çıxmasının qarşısını almaq pnevmoniyanı aktivləşdirir.

Gizli pnevmoniyanın əlamətləri:

– Yanaqlarda ağrılı, qırmızımtıl ləkə, qızartının əmələ gəlməsi

– Tənəffüsün fitverici olması

– Təngnəfəslik- pilləkən çıxanda belə hiss olunur

– Ürəkdə ağırlıq, nəbzin sürətlənməsi

– Dərin nəfəs alma zamanı ağrı

– Bədəni beldən çevirəndə döş qəfəsində ağrı

– Daim susuzluq hissi, ümumi zəiflik, gecələr tərləmə

Uşaqlarda əsas əlamətləri:

– Uşağın aktivliyinin azalması, oynamır, yemir, yatmaq istəyir

– Tərləmənin artması

– Səbəbsiz ağlaması

– Kürəyinə, sinəsinə, yanaqlarına toxunduqda ağrı hiss etməsi, narahat olması

Bu əlamətləri indiki virus və qrip aktivliyi ərəfəsində uşaqda görsəniz, bir saat belə gözləmədən uşağı pediatra aparıb, ağciyərlərinin yoxlanmasını tələb edin.

Bu xəstəlikdə istənilən özünü sağaltmaq cəhdi, xalq təbabəti, hansısa dərman, kompres vaxt itirməkdir və ölümə yaxınlaşmaqdır.

Diaqnostikası:

Ağciyərlərin rentgeni, bronxoskopiya, kölgə və ocaq aşkarlananda KT, sidik, qan analizi, bəlğəmdən yaxma analizi, bakterioloji müayinə xəstəxanaya daxil olan kimi aparılmalıdır.

Pnevmoniyanı sadəcə ağciyərlərə qulaq asmaqla təyin etmək olmaz. Xəstə öskürmürsə də bu pnevmoniyanın olmaması demək deyil.

Müalicəsi:

Əgər pnevmoniya təsdiq olunsa, 4-6 saat ərzində antimikrob müalicəsinə başlanmalıdır. Xəstənin bronxlarındakı bəlğəmdən bakterioloji analiz götürülməli, hansı bakteriyaların törədici olması aşkarlanmalı və dərhal mikrob əleyhinə müasir müalicə metodları tətbiq olunmalıdır.

Xəstənin xilası üçün lazım olan vaxt əldən çıxsa, toksiki şok, miokardit, sepsis və sonda ölüm baş verir.

Müalicə dövründə xəstə fizioterapiya prosedurlarından, inhalyasiyadan keçməli, qidası sağlam, vitamin və zülalla zəngin olmalı, çoxlu maye qəbul etməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5219   Tarix: 11 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021