Hindistan aviaşirkəti ilk dəfə Bakı-Dehli marşrutu üzrə birbaşa uçuşlara başlayıb

Hindistan aviaşirkəti ilk dəfə Bakı-Dehli marşrutu üzrə birbaşa uçuşlara başlayıbHindistanın "IndiGo Airlines" şirkəti Dehli-Bakı-Dehli istiqamətində ilk dəfə avqustun 11-dən birbaşa uçuşlara başlayıb.

"Report"un əldə etdiyi məlumata görə, Hindistan aviadaşıyıcısı Bakı ilə Dehli arasında həftənin bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri olmaqla dörd reys həyata keçirəcək.

Əks istiqamətdə uçuşlar isə bazar ertəsi, çərşənbə, cümə və bazar günləri reallaşdırılacaq. Azərbaycan paytaxtı "IndiGo" şirkətinin uçuş həyata keçirdiyi 30-cu istiqamətdir.

Bu ilin I yarısında Hindistandan Azərbaycana 47 670 nəfərdən çox şəxs səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1,7 dəfə artım deməkdir.

Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş "e-visa" sistemi tətbiq olunur. Onlar ölkəmizə indiyədək "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Dehli-Bakı-Dehli istiqamətində həyata keçirdiyi birbaşa uçuşlar vasitəsilə gələ bilirdilər.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq uçuşlar müvəqqəti olaraq dayandırılmışdı və ötən ilin avqust ayından Azərbaycan aviadaşıyıcısı Bakıdan Dehliyə və əks istiqamətdə uçuşları bərpa etdi. AZAL Bakıdan Dehliyə həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri olmaqla həftədə üç reys həyata keçirir


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 730   Tarix: 12 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Viza dəstəyi xidməti, viza almaq

Viza dəstəyi xaricə getmək istəyən insanlar üçün çox vacibdir. Viza dəstəyini profesional şirkətə etibar etməyəndə xaricə getmək imkanını itirə bilərsiz. saytı ilə viza dəstəyi almaq çox asan və ucuz qiymətə başa gəlir. Sizə xarici ölkələrin viza rəsmiləşdirilməsində dəstək göstərə bilərik. Əsas, məqsədimi

4 noyabr 2023
.

AZAL Tel-Əvivə reysləri bərpa edəcək

Oktyabrın 10-dan etibarən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, uçuşlarla bağlı hər hansı dəyişikli

8 oktyabr 2023
.

AZAL-ın Moskva-Gəncə təyyarəsi hava şəraitinə görə Bakıya enməli olub

"Azərbaycan Hava Yolları" aviaşirkətinin Vnukovo hava limanından J2-5829 nömrəli Moskva-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb. Bun

16 fevral
.

Türkiyədə Papillon otellərini ziyarət etmək üçün TOP 5 səbəb

"Welcome back - Geridönüşünüz xoşdur" şüarı altında Papillon Hotels qonaqlarını unudulmaz təcrübələr və emosional anlar yaşamağa zəmanət verən unikal səyahətə dəvət edir. Papillon Hotels komanda heyəti hər bir qonağı hörmətlə qarşılayır və onları ailənin birhissəsi hesab edir. Otuz illik fəaliyyə

11 aprel
.

Bakı-Naxçıvan aviareysləri gecikir, iki reys birləşdirilib

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir. Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib

17 dekabr 2023
.

Azərbaycandan BƏƏ-yə vizasız gediş-gəliş rejimi tətbiq olunur

Bu gündən Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) vizasız gediş-gəliş rejimi tətbiq olunur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, iki ölkə arasında vizasız yaşamaq üçün 90 gün vaxt verilir

8 iyul 2023
.

Toy turizminin cəlbedici tərəfləri - ARAŞDIRMA

Öz xoşbəxt günlərini xaricdə keçirmək istəyənlərin sayı artmaqdadır. Əgər 200-ci illərin əvvəllərində hamı füsunkar çimərlik mənzərələrinin dalınca gedirdisə və toy üçün məkan kimi Maldiv adalarını seçirdisə, bu gün cəlbedici ölkələrin siyahısı dəyişib. Toy etmək üçün məkan kimi Azərbaycanı seçənlə

30 iyul 2023
.

LOT Varşavadan Bakıya uçuşların sayını artırmaq istəyir

Polşanın LOT aviaşirkəti Varşavadan Bakıya, Tbilisiyə, İrəvana, Tokioya və Seula uçuşların sayını artırmağı planlaşdırır. LOT aviaşirkəti bu il, həmçinin bir neçə istiqamət üzrə reysləri bərpa etməyə hazırlaşır. Bu istiqamətlər Afinaya, Ər-Riyada, Pekinə və Daşkəndədir. Qeyd edək ki, LOT aviaşirkət

3 yanvar
.

Xarici turistlərin yolunu hökumət, bizimkini isə qiymətlər kəsib - COVID-in gətirdiyi "bərəkətsizliyi" necə DƏF ETMƏLİ?

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. 2020-ci ilin mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül olub. Rəsmi statistikaya əsasən, ötən il ərzində ölkəmizə 1 602 600 xarici vətəndaş səyahət edi

22 iyul 2023