"Mənə də qaranlıq qalıb ki, kinomuzun keyfiyyəti niyə aşağı düşüb"

"Mənə də qaranlıq qalıb ki, kinomuzun keyfiyyəti niyə aşağı düşüb"Azərbaycanda film sektoru demək olar ki, iflic vəziyyətindədir. Mütəxəssislər bildirir ki, Azərbaycanda kifayət qədər gənc, bacarıqlı, peşəkar aktyor və aktrisalar olsa da, kino sahəsindəki keyfiyyət olduqca aşağıdır.

Bəs bunun səbəbi nədir?

Xalq artisti, aktrisa Səidə Quliyeva Bizim.Media-ya bildirib ki, Azərbaycanın film sektorunda sanki hamı gözləmə mövqeyindədir:

"Mən təkcə respublikada yox, dünyada tanınmış məşhur rejisorlarla işləmişəm. Onlardan biri də Vaqif Mustafayevdir. Təəssüflər olsun ki, ondan sonra mən heç bir film rejisoru ilə çalışmamışam. Deməzdim ki, Azərbaycanda bacarıqlı gənc kadrlar yoxdur. Sadəcə onlara istiqamət verilməli, maliyyə köməkliyi göstərilməlidir.

Film sahəsi bizdə pərakəndə halını alıb.

Mənə də qaranlıqdır ki, Azərbaycanda kino sektorunda keyfiyyət niyə aşağı düşüb. Bunu bu sahəylə məşğul olan rəhbər şəxslərlə danışıb öyrənmək lazımdır. Çünki bizdə Sovet dövründə və ondan sonra film sahəsi çox yaxşı inkişaf etmişdi. Hazırda isə çəkilən bir və ya iki filmlə biz deyə bilmərik ki, Azərbaycanda kino sahəsi inkişaf edib və ya geri qalıb.

Hal-hazırda bu sahədə durğunluq yaşanır. Biz sənət adamları istəyərdik ki, yaxşı filmlər çəkilsin, ssenarilər yazılsın, maddi durum yaxşı olsun və biz də dəvət olunaq. Elə bil ki, hamı gözləmə mövqeyindədir. Lakin bizlər nəyi, nə vaxt gözləyirik, bilmirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1393   Tarix: 11 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin"

17 fevral
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

5 may
.

Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə QAYTARDI

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb. xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib. "Flor

10 fevral
.

Boşboğazdırlar, rus dili düşmən dilidir? - Aqil Abbas torta görə əsəbiləşdi

Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub. Ölkə.Az xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər. Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb. Sosial şəbəkə istifadəçilərindən biri deputatın nəvələrinin onu doğm

2 aprel
.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel
.

Əməkdar artist 48 yaşında vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

20 aprel
.

Sabiq rəisə 10 il həbs - General rütbəsi alınacaq

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Tofiq Həsənov külli miqdard

3 aprel