Yumurta bahalaşacaq? - Tələbat 3 milyondur, istehsal isə...

Yumurta bahalaşacaq? - Tələbat 3 milyondur, istehsal isə...Yaxın günlərdə Azərbaycandan Rusiyaya quşçuluq məhsullarının, xüsusilə də ərzaqlıq yumurtanın ixrac olunmasına başlanılacaq. Səbəb bu ölkədə yumurta qıtlığıdır ki, nəticədə quş əti və yumurtanın qiyməti bahalaşıb.

Ölkədə qiymət artımının qarşısının alınması üçün idxalın artırılması tapşırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında əldə edilmiş razılaşmaya görə, Azərbaycandan Rusiyaya yumurta ixrac olunacaq. Bu yeni qərarın Azərbaycanın yumurta bazarı üçün mənfi və müsbət tərəfləri nələrdir?

"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli dedi ki, hazırda bizim günlük yumurta istehsalımız 4,6-4,9 milyon ədəddir: "Onun 3,2-3,6 milyon ədədi gündəlik tələbat üçündür. Bir milyonun üzərində yumurta artıq qalır. Bu zamana qədər yumurtanı Yaxın Şərq ölkələrinə ixrac edirdik. Oktyabr ayının əvvəlinə olan məlumata görə, Yaxın Şərq ölkələrinə 40 milyon ədəddən çox süfrə yumurtası göndərmişik".

Günlük 360 min yumurta

M.Həsənli bildirdi ki, Rusiyaya ixrac üçün hazırlıqlar görülür: "Rusiya hazırda bizim beş quşçuluq müəssisəmizi reyestrdən keçirib və sənədləşdirib. Bu da o deməkdir ki, yaxın günlərdə Rusiyaya da yumurta ixrac etməyə başlayacağıq. Ehtimal edirik ki, Rusiyaya günlük 360 min ədəd civarında süfrə yumurtası göndərəcəyik. Qalan tələbatı ödəmək üçün də müəssisələrimiz böyüyür. İnkişaf etdikcə Rusiyanın tələbatının müəyyən qismini ödəyə biləcəyik".

İstehsal daha da artacaq

Sədrin fikrincə, Azərbaycan quşçuları həm Rusiyanı, həm də özümüzü süfrə yumurtası ilə təmin edə biləcəklər: "Hazırda ölkəmizin yumurtaya olan tələbatından 130 faiz çox məhsul istehsal edirik. Düşünürəm ki, yaxın altı ay müddətində istehsalımız 170 faiz olacaq. Beləliklə, bizim gündəlik artıq yumurtamız üç milyon ədəddən çox olacaq. Bu, aylıq 90-120 milyon süfrə yumurtası deməkdir".
Müsahibimizin sözlərinə görə, Rusiya ilə əldə edilən anlaşma həm müəssisələrimiz, həm də ölkəmiz üçün faydalıdır: "İstənilən halda bu addımdan gəlir əldə edəcəyik. Ölkəmiz üçün bir faydası da budur ki, yumurta sahəsində Rusiya kimi bazarımız yaranmış olur. Rusiya bazarına çıxış imkanından sonra həmin istehsal müəssisələrində işləyən işçilərin sayı da artacaq. Ölkəmizə əlavə valyuta gələcək".

Yumurtanın qiyməti qalxmayacaq

M.Həsənli qeyd etdi ki, hazırda yumurta qiymətlərinin yüksəlməsi üçün ciddi əsas yoxdur: "Düşünmürəm ki, bu addım daxili bazarda süfrə yumurtasının qiymətinin artmasına səbəb olsun. Çünki yumurtanın qiymətinin qalxması toyuğun yediyi yemdən asılıdır. Nə qədər ki, yemin qiyməti aşağı olacaq, o zamana qədər yumurta qiymətlərində artım gözlənilmir".

Yeni yaranan ixrac məhsulu

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirdi ki, quş əti və yumurta istehsalında illər üzrə artım mövcuddur: "Azərbaycanda 2022-ci ildə iki milyard ədəd süfrə yumurtası istehsal olunub. Onun təqribən 900 milyonunu sənaye üsulu ilə quşçuluq müəssisələri istehsal edib. O cümlədən, bu ilin doqquz ayı ərzində 1,7 milyard yumurta istehsalı həyata keçirilib. Onun 760 milyonu sənaye quşçuluq müəssisələri tərəfindən istehsal edilib".

F.Fikrətzadənin sözlərinə görə, süfrə yumurtası ixracımız illər üzrə müxtəlif göstəricilərə malik olub: "Məsələn, 2018-ci ildə 44 milyon ədəd yumurta ixrac etmişdik. Bu rəqəm 2019-cu ildə 35 milyon, 2022-ci ildə isə 12 milyon ədəddir. Amma nəzərə alaq ki, bu sahədə ixrac bizdə yeni yaranıb. Bu, quşçuluq müəssisələrinin potensialı hesabına baş verib".

Müsahibimiz düşünür ki, yeni anlaşmadan sonra yerli bazar üçün ciddi bir təhlükə yoxdur: "Rusiyanın quş əti idxalında bazar tələbatı artıb. Bizim müəssisələrdən bu sahədə istifadə edilməsi olduqca məqsədəuyğun addımdır. Bizim 35-45 milyonluq yumurta ixracı göstəricilərimizin bir o qədər də artırılması gözlənilir. Amma bunun daxili bazara heç bir mənfi təsiri olmayacaq. Bizdə əvvəllər də yumurta ixracı təcrübəsi mövcud idi. İxrac varsa, demək, daxili bazarın tələbatından artıq yumurta istehsal edə bilirik. Bizim quşçuluq müəssisələrinin istehsal potensialı yerli tələbatımızın ehtiyacından üstündür. Ona görə də, bu potensialdan istifadə edərək ixracı artırmağın daxili bazara hər hansı bir mənfi təsiri olmayacaq".

Mənbə: "Kaspi" qəzeti


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1547   Tarix: 09 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 90 % azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın qoyu

28 aprel
.

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nd

18 may
.

SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev "Neft və Qazın Dekarbonizasiyası Xartiyası"nın (OGDC) Rəhbər Komitəsinin sədri seçilib. xəbər verir ki, bu barədə SOCAR-ın "X" sosial şəbəkəsindəki hesabında bildirilir

17 may
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Bu məhsullar bahalaşıb

Bu ilin aprel ayında istehlak qiymətləri indeksi ötən ilin aprel ayına nisbətən 100,0 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,0 faiz təşkil edib. 2024-cü ilin aprel ayında istehla

13 may
.

Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib. "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verir ki, 2024-cü ilin 4 ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətini

11 may
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel