Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVABVətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər.
Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki plastik butulkalara doldurulan yanacağın müxtəlif rənglərdə olduğu görünür. Sürücülər anlaşılmazlığın səbəbini öyrənmək üçün yanacaqdoldurma məntəqəsinə gələrək etiraz ediblər. 

Yanacağa su qataraq vətəndaşların aldadıldığı iddia edilib. 

"İST Petrol" yanacaqdoldurma məntəqəsi ilə bağlı irəli sürülən iddialara cavab olaraq "SOCAR Petroleum" QSC-dən Ölkə.Az-a bildirilib ki, məsələ ilə bağlı operativ şəkildə araşdırma aparılıb:

"Belə ki, "SOCAR Petroleum" QSC 11 aprel 2024-cü il tarixində "İST Petrol" MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürüb. Bizim üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan, araşdırma aparılıb. Aparılan araşdırmanın nəticəsində sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyi müəyyən olunub. Yaranmış texniki problem səbəbindən "SOCAR Petroleum" QSC sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb. Belə ki, 11 aprel 2024-cü il tarixdə "İST Petrol" MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir neçə saat ərzində yanacaq dolduran sürücülərin problemləri qeydə alınıb. Hər bir sürücü ilə fərdi qaydada danışıqlar aparılıb. Onların problemləri dinlənilib və həmin problemlərin qısa müddətdə aradan qaldırılacağı bildirilib".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1193   Tarix: 11 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Azərbaycanda hotellər üzrə orta qiymət azalıb

Cari ilin aprel ayında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət öncəki ayla müqayisədə bir qədər azalaraq 131,67 manat təşkil edib. -ın xəbərinə görə, yanvarda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət 87,50, fevralda 102,67, ötən ay isə 134,3

6 aprel
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun xalis mənfəəti 312,7 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 16,7% və ya 44,8 milyon manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 267,9 milyon manat təşkil edib. Bu ilin ilk rübündə sektorun əməliyya

20 aprel
.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd

20 aprel
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Azərbaycan Türkiyədən tütün alışını azaldıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 % azdır. Təkcə martda isə Azərbaycan Türkiyədən 4 milyon 156 min ABŞ dolları dəyərind

28 aprel
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel