Ermənilər atasını qətlə yetirdi, "Məşədi İbad"la məşhurlaşdı, gülərək can verdi - VİDEO

Ermənilər atasını qətlə yetirdi, "Məşədi İbad"la məşhurlaşdı, gülərək can verdi - VİDEOBaku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı atası ermənilər tərəfindən öldürülən, "Məşədi İbad"ı məşhurlaşdıran, güldüyü yerdə ürəyi dayanan aktyor, Xalq artisti Əliağa Ağayevə həsr olunub.

Əliağa Ağayev hələ iki yaşı olanda anasını itirir, beş yaşında (1918-ci il) ermənilər Tiflisdə yaşayan azərbaycanlılara qarşı soyqırımı törədəndə qaçıb Azərbaycana gəlirlər. Onlar eyni hadisələrin Bakıda da cərəyan etdiyini bilmirdilər. Elə həmin il atasını ermənilər qətlə yetirir.

7-ci sinfi bitirən Əliağa gəmi təmiri zavodunda işə düzəlir, eyni vaxtda zavodun dram dərnəyinə də yazılır. Oynadığı obrazlar zavod kollektivinin, daha sonra Bakı camaatının diqqətini çəkir, onlarda maraq oyadır. "O olmasın, bu olsun" filmindən sonra onu hamı tanıyırdı, amma adi ilə deyil, oynadığı obrazla - "Məşədi İbad" kimi.
Bu obrazı oynayanda Əliağa Ağayevin qara, gur saçları var idi. Film təbii alınsın deyə saçlarını dibindən qırxdırıb, saqqalının üstündə isə günlərlə özü işləyib. Nəhayət, təbii göründüyünü hiss etdikdən sonra çəkilişə razılıq verib. Deyib-gülməyi, yeyib içməyi çox xoşlayırmış. 70 yaşı ərəfəsində, 13 noyabr 1983-cü ildə dostları ilə kafedə oturub deyib-gülürmüşlər. Danışdığı lətifəyə ətrafdakılarla birlikdə gülərkən ürək damarı partlayıb və həyatını itirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1080   Tarix: 17 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

"Məni o rola Heydər Əliyev seçmişdi" - Həmidə Ömərova

Xalq artisti Həmidə Ömərova 1982-ci ildə lentə alınan "Nizami" filmində Afaq roluna dəvət almasının maraqlı tarixçəsindən söz açıb. -ın xəbərinə görə, bu barədə teleproqramlardan birində danışıb. Aktrisa qeyd edib ki, həmin rola onu Heydər Əliyevin tövsiyəsi ilə çəkiblər. "Bu filmə məndə

1 may
.

Gülhüseyn Kazımlı VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. Bu barədə -a mərhumun qohumları məlumat veriblər. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbayca

25 fevral
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan "oğurlayıb"

Pop kralı Maykl Cekson özünün yaratdığı "Ay yerişi" (moonwalk) rəqsi ilə xüsusilə sevildi. Hər kəsin "Cekson rəqsi" adlandırdığı bu qəribə breq-dans nümunəsi onun ən böyük uğuru və kəşfi hesab olunurdu. Lakin -ın araşdırmasına görə, bu rəqsi əslində ondan illər öncə İranda oynayıblar

9 may
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral
.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel