Eşşək südü qızılcanın DƏRMANIDIR?

Eşşək südü qızılcanın DƏRMANIDIR?Son günlər sosial şəbəkələrdə və bəzi KİV-lərdə eşşək südü ciddi şəkildə təbliğ edilir. Hətta bəziləri eşşək südünün qızılcanın yeganə dərmanı olduğunu iddia edirlər. Ona görə də bir çox insanlar sosial şəbəkələrdə eşşək südünün axtarışına çıxıb.

Nəzərə alaq ki, eşşək südünün xərçəng xəstəliyinin, o cümlədən sədəf, serroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malik olduğu ilə bağlı iddialar kifayət qədərdir.

Dünyanın bir çox ölkələrində eşşək südü və pendiri istehsal edilir. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və digər ölkələrin adlarını qeyd etmək olar. Eləcə də qardaş Türkiyədə artıq bir müddətdir ki, eşşək fermaları yaradılıb.

Eşşək südünü bu cür məşhurlaşmasından istifadə edən işbazlar da eşşək südünü "ceyranın belinə qaldırıblar". Araşdırmamız nəticəsində məlum olub ki, eşşək südünün stəkanı - 20 manata, litri isə 100 manata təklif olunur.

Eşşək südü qızılcanın müalicəsində effektiv ola bilər?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, qızılca bu gün əvvəlki dövrlərdən fərqli bir davranış göstərir:

"Yəni virus müəyyən bir dəşişikliyə uğrayıb. Ona görə də qızılcanın tüğyan etməsi vaksinasiya olunmamaqla bağlı deyil. Sadəcə qızılcanın yeni xassəsi yaranıb. Əslində bu identi daşıyıcı virus olduğu üçün bu gözləniləndir. Ona görə vaksinasiya əsas çıxış yolu olaraq qalır. Bununla paralel digər mübarizə vasitələri də önəmlidir".

Adil Qeybulla eşşək südünün xalq təbabətindən gəldiyini qeyd etdi:

"Əslində bu məsələnin həlli deyil. Düzdür, müxtəlif ağciyər xəstəliklərində anti-təsirinə görə bu süd müəyyən önəm daşıyır. Amma "eşşək südü yüz faiz qızılcanı aradan qaldırır" demək düzgün deyil. Bu cür şayiələrlə insanlar COVİD-19 pandemiyası zamanı vaksindən uzaqlaşdı.
Nəticədə xeyli problem yarandı. İnfeksiya bütün dünyaya yayıldı və qlobal bir pandemiyaya çevrildi. Ona görə də elmin göstərdiyi yolla getmək lazımdır. Təbabətdə panasiya yoxdur ki, hansısa bir dərman hansısa xəstəliyin tam əlacı olsun. Yaxşı olar ki, insanlar şayiələrə yox, elmin göstərdiyi yola inansınlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 374   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qan təzyiqini tez aşağı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. Hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıran xüsus

7 aprel
.

Masaj faydaları və sağlamlığa təsiri

Masaj sağlamlığımıza hələ kəşf edilməmiş bir çox faydaları var. Sağlamlıq və rahatlıq baxımından əvəzsiz olan bu xidmət, müxtəlif növləri ilə hər kəsin ehtiyaclarına cavab verə bilir. masaj xidməti, gündəlik stress və gərginlikdən uzaq durmaq, fiziki və mənəvi sağlamlığı qorumaq üçün ideal bir seçimdir

24 mart
.

İnfarktdan necə qorunmaq olar? - 8 sadə qayda

Sağlamlıq problemlərini uzun müddət müalicə etməkdənsə, qarşısını almaq daha yaxşıdır. -a istinadən bildirir ki, xəbər verir ki, düzgün qidalanma, müntəzəm fiziki fəaliyyət və pis vərdişlərdən imtina ürək xəstəliklərinin qarşısının alınmasında ən yaxşı tədbirdir. Genetik və yaş kimi bəzi faktorlar bizi

7 aprel
.

Plastik butulkalardan istifadənin TƏHLÜKƏLƏRİ: Uşaqlarda hormonal...

Plastik butulkalar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib, lakin onların törədə biləcəyi potensial risklər barədə düşünənlər azdır. -a istinadən bildirir ki, Bisfenol A (BPA) plastik butulkaların istifadəsi ilə bağlı əsas narahatlıqlardan biridir. Bu kimyəvi komponent, xüsusən də, düzgün saxlanmadıqd

3 mart
.

Bişmiş qarğıdalının orqanizmə 12 faydası – Bu xəstəliklərdə effektivdir

Qarğıdalı insanın yetişdirdiyi ən faydalı bitkilərdən biridir. Amerika, Avropa və Rusiyada qarğıdalı yetişən kimi onu müxtəlif variantlarda bişirib süfrəyə qoyurlar və ailəlikcə yeyirlər. Qarğıdalının faydaları və zərərləri barədə ətraflı məlumat almaq üçün məqaləni oxuyun. Bizdə isə qarğıdalı az xörəkd

23 mart
.

50 yaşdan aşağı ən çox xərçəngə tutulma qeydə alınan ÖLKƏLƏR - SİYAHI

Britaniyanın vəliəhd şahzadəsi Uilyamın həyat yoldaşı Şahzadə Keytin keçən həftə xərçəng xəstəsi olduğunu və müalicə aldığını açıqlaması 50 yaşdan aşağı şəxslərdə də xərçəngin geniş yayılması məsələsini gündəmə gətirib. -a istinadən xəbər verir ki, aparılan bir araşdırma gənc yaşlarda xərçəngə tutulmanı

30 mart
.

Süni ət təbii ətdən daha sağlamdır?

Sinqapurlu alimlər bitki mənşəli ət əvəzedicilərinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalardakı boşluğu doldurmaq üçün klinik sınaq keçiriblər. -a istinadən xəbər verir ki, onlar iki növ pəhrizin kardiometabolik parametrlərinə təsirini - heyvan ətinin və ya onun bitki analoqlarının istehlak

14 aprel
.

Səhərlər niyə isti su içməliyik? - 5 SƏBƏB

Bir çox insan acqarına bir stəkan təmiz suyun faydaları haqqında bilir, lakin əksər hallarda insanlar bu ritualı unutmamaq üçün gecələr yatağın yanında qoyduqları suyu içirlər. Ancaq həkimlərin fikrincə, bu səhvdir. Axı, isti su sağlamlıq üçün maksimum fayda gətirəcək. xəbər verir ki, isti su detoksifikasiy

9 mart
.

Təhlükəli xəstəliyin yeni ştammı aşkar edildi: Pandemiyaya səbəb ola bilər

Konqo Demokratik Respublikasında kanadalı tədqiqatçılar "pandemiya potensialına" malik olan və buna görə də dünya üçün təhlükə yaradan yeni "meymun çiçəyi" ştammını aşkar ediblər. -ın xarici mediaya istinadən xəbərinə görə, ekspertlər indi virusla bağlı məlumatları nəzərdən keçirirlə

21 aprel