SON DƏQİQƏ! Bu tarixdə benzin və dizel bahalaşacaq

SON DƏQİQƏ! Bu tarixdə benzin və dizel bahalaşacaqHazırda güclü tələb fonunda qlobal neft hasilatı imkanları məhduddur. Böyük Britaniyanın BP şirkətinin rəhbəri Mutrrey Okinklossun investorlarla söhbət zamanı deyib ki, dünyada dizel istehsalı güclərində çatışmazlıq var, gələcəkdə benzin istehsalı ilə bağlı da eyni vəziyyət yaranacaq. BP rəhbəri həmçinin, neft emalı sahəsində bir çox zavodların fəaliyyətini dayandırdığını bildirib. Bəs görəsən bu proqnozların fonunda dünyada və Azərbaycanda yanacaq məhsullarının qiymətində bahalaşma gözlənilirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Pərviz Heydərov bilidirib ki, dünyada neft hasilatına əvvəlki kimi investisiya qoyulmur:

"Dünya bazarında özünü göstərən istənilən dəyişik təbii olaraq Azərbaycana da təsiri edir. "BP" rəhbərliyinin benzin və dizellə bağlı açıqlamasında müəyyən həqiqət var. 2021-ci ildən bəri neft hasilatına və neft ehtiyatlarının müəyyən edilib üzə çıxarılması üçün həyata keçirilən kəşfiyyat işlərinə çox az səviyyədə investisiya qoyulur. Ümumiyyətlə, məlum olduğu kimi, hər hansı bir sahəyə investisiya qoyulmadıqda həmin sahənin tənəzzülü başlayır. Əvvala, neftin qiyməti son vaxtlar çox tez-tez dəyişir və bu sahədə olan iri şirkətlər əllərindəki maddi imkanı istehsalata o qədər də yönləndirmir".

Ekspert yaxın gələcəkdə benzin və dizelin qiymətində bahalaşmanın olacağını istisna etməyib:

"Məsələn, elə "BP" şirkətinin özü Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə neft sahəsində investisiya qoyurdu. İndi isə dünyadakı geosiyasi vəziyyətə görə neft hasilatı ilə məşğul olan transmilli şirkətlər əvvəlki kimi gedib hansısa ölkədə investisiya yatırmağa həvəsli deyil. Bu isə bütün dünyada neft sənayesinə ciddi zərbə vurur. Neft emalı müəssisələri azalır. Əgər bu davamlı xarakter alarsa, bazarda neftdən alınan məhsulların, o cümlədən benzin, dizel kimi yanacaqların qiymətinin qalxması qaçılmaz olacaq. Belə bir ehtimal gözlənilir. Digər tərəfdən alternativ enerji mənbələri sayılan "yaşıl enerji"yə investisiya daha çox qoyulur. Avropada bir çox ölkələr artıq öz enerji tələbatlarını məhz alternativ enerji mənbələri hesabına ödəyir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 17614   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı

30 mart
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun xalis mənfəəti 312,7 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 16,7% və ya 44,8 milyon manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 267,9 milyon manat təşkil edib. Bu ilin ilk rübündə sektorun əməliyya

20 aprel
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd

20 aprel
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart