Qeyri-neft ixracımızın bu ilin ilk ayında azalmasının səbəbləri nədir? - İqtisadçılar izah edirlər

Qeyri-neft ixracımızın bu ilin ilk ayında azalmasının səbəbləri nədir? - İqtisadçılar izah edirlərBu ilin yanvar ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 222 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 faiz azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir. Qeyri-neft sektoru üzrə ixracın belə ciddi şəkildə azalması təbii ki, narahatlıq doğurmalıdır. Bəs bu azalmanın səbəbləri nədir?

"Kaspi" qəzeti növbəti məqaləsində bu suala cavab tapmağa çalışıb.

Mövsümi faktorlar

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, qeyd edilən azalma aylıq göstəricidir: "Nəticə çıxarmaq üçün daha çox yarım illik və illik dövrlərə baxılması vacibdir. Aylıq azalma daha çox mövsümi faktorlarla bağlıdır. Mövsümi faktorlar müəyyən aylarda qeyri-neft ixracatının həcminə təsir edir. Həm də nəzərə almalıyıq ki, regionda əvvəlki illərdə müşahidə olunan inflyasiya səviyyəsi ümumi qeyri-neft ixracının dəyərinə təsir göstərirdi".

Ötən il on faiz artım müşahidə etdik

Millət vəkilinin fikrincə, qeyri-neft ixracının artırılması ölkəmiz üçün çox vacibdir: "Azərbaycanda qeyri-neft ixracının artırılması əsas prioritetlərdəndir. Çünki 2026-cı ilədək qeyri-neft ixracının həcminin 5 milyard dollara çatdırılması hədəflənib. Həmçinin qeyri-neft ixracı ölkəmizə daha çox valyutanın daxil olmasına zəmin yaradır. 2023-cü ilin yekunlarında qeyri-neft ixracında 10 faizə yaxın artım müşahidə etdik. Azərbaycana ixracdan daxil olan vəsaitin əhəmiyyətli hissəsi neft sektorunun payına düşür. Bu baxımdan qeyri-neft ixracının artırılması çox vacibdir. Qeyri-neft məhsullarının ixracındakı əsas hədəf illik artıma nail olmaqdır. Xüsusən də nəzərə almalıyıq ki, qeyri-neft ixracının bir hissəsi kənd təsərrüfatı məhsullarıdır. Ona görə də düşünürəm ki, mart ayından etibarən bu istiqamətdəki artımları müşahidə edəcəyik".

Beynəlxalq standartlar tətbiq edilməlidir

V.Bayramov bildirdi ki, bu sektorun inkişafı üçün müəyyən addımların atılmasına ehtiyac var: "Qeyri-neft ixracının artırılması üçün beynəlxalq standartların tətbiqinə ehtiyac duyulur. Azərbaycanda aqrar sektorda çalışan sahibkarlar məhz standartların tam olaraq tətbiq edilməməsinə görə ixracda müəyyən çətinliklər yaşayırlar. Xüsusən bunu nəzərə almalıyıq ki, Azərbaycanda qeyri-neft ixracının təxminən 60 faizi iki ölkənin payına düşür. Standartların tətbiq edilməsi həm də qeyri-neft ixrac bazarlarının şaxələndirilməsi baxımından vacibdir. Ümumdünya Ticarət Təşkilatına üzvlüyün sürətləndirilməsi məqsədəuyğundur. Bu, yalnız daxili bazar deyil, həmçinin ixrac baxımından yeni imkanlardır. Eyni zamanda, ixrac üçün baryerlərin minimumlaşdırılması da qeyri-neft sektorunda çalışan sahibkarların ixrac imkanlarının genişləndirilməsinə gətirib çıxara bilər".

Üfüqi deyil, şaquli diversifikasiya

İqtisadçı Rəşad Həsənov düşünür ki, azalma qeyri-yeyinti sənayesi məhsulları üzrə baş verib: "Bu kateqoriyaya əsasən elektrik enerjisi, mədən sənayesi, eyni zamanda polimer tərkibli məhsullar daxildir. Düşünürəm ki, bu, xroniki hal deyil. Müəyyən müəssisənin fəaliyyətində müşahidə olunan texniki nöqsandan da qaynaqlana bilər. Eyni zamanda, hansısa müəssisənin məhsullarına idxalçı ölkədən gələn tələbin azalmasını da səbəb kimi görmək mümkündür. Yaxud sifarişin gecikməsi halları azalmaya gətirib çıxarar".

R.Həsənov dedi ki, bu sahədə imkanlar azdır: "Bu azalma növbəti dövrlərdə, aylarda da təkrarlanacaqsa, əlbəttə, bu, artıq narahatedici məqamdır. Qeyri-neft ixracının şaxələnməsi üçün böyük baza yoxdur. Son dövrlərdə kənd təsərrüfatı, yeyinti sənayesi məhsulları, sənaye parklarında yaradılmış xüsusi iqtisadi zonalarda istehsal olunan məhsullar və xammal olaraq neftdən istifadə olunmuş məhsullardan istehsal edilən mallar ixrac olunur. Bu hallar bizə orta və uzunmüddətli dövrdə böyük iqtisadi ixrac bazasının formalaşması ehtimalının aşağı olduğunu göstərir. Bu istiqamətdə üfüqi deyil, şaquli diversifikasiya müşahidə olunur və neft sənayesinin müəyyən qədər şaxələndirilməsi ilə bu sahədə nəticələrin əldə edilməsinə çalışılır".

Xarici iqtisadi bloklara qoşulmalıyıq

Ekspertin sözlərinə görə, belə davam edərsə, iqtisadiyyatımız üçün təhlükə yarana bilər: "Azərbaycanın qeyri-neft ixracının azalması arzuolunan deyil. Çünki bu azalmanın kifayət qədər böyük fəsadları ola bilər. Xüsusilə nəzərə alsaq ki, karbohidrogen bazarında qiymətlər sabit deyil və rəqəmlər Azərbaycanın iradəsindən kənarda formalaşır. Bu, ölkə iqtisadiyyatını xarici hücumlara açıq edir. İşğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar olaraq dövlət xərcləmələri də artıb. Belə bir şəraitdə iqtisadiyyatımızda fundamental islahatların aparılmasına ehtiyac var. İqtisadiyyat açılmalı, liberallaşdırılmalıdır. Azərbaycan xarici iqtisadi bloklara qoşulmalıdır. Xarici investisiya üçün cəlbedici ölkələrdən birinə çevrilməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1138   Tarix: 17 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel
.

Qızıl qiymətləri rekord səviyyəyə qalxdı

Qızıl qiymətləri cümə günü tarixi zirvəyə yüksəlib. "Ölkə.Az"ın məlumatına görə, spot qızıl 0,5% bahalaşaraq bir unsiya üçün 2 min 384,34 dollar olub. ABŞ-nin qızıl fyuçerslərinin dəyəri isə 1,2% artaraq 2 min 401,80 dollara çatıb. Sessiyanın əvvəlində külçə qızılın dəyəri rekord həddə bahalaşara

12 aprel
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Azərbaycanda yağ niyə ucuzlaşmır?

Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər?. Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir:. "Xaricdə

22 fevral
.

Azərbaycanda siqaretin qiyməti yenidən BAHALAŞACAQ - AÇIQLAMA

Son olaraq bir yanvar 20224-cü il tarixində siqaretlərin qiyməti bahalaşıb. Bu bahalaşmadan sonra bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb. "Sobranie" siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 manat qiyməti artırılıb. Bəs yenidən tütün məmulatlarınd

23 aprel