Niyə "Ağzına su alıb oturmaq" deyirik? - Belə yaranıb

Niyə "Ağzına su alıb oturmaq" deyirik? - Belə yaranıbÇox susan, hansısa məsələyə fikir bildirməyən adamlar haqqında "niyə ağzına su almısan?", "ağzına su alıb oturub" kimi ifadələr işlədirik. Mənası susmaq, dinməmək anlamına gəlir. Bəs nə üçün susan adama bu sözü deyirlər, susmaqla suyun nə əlaqəsi var?

Lent.az "Belə yaranıb" rubrikasında bu ifadənin yaranma tarixçəsindən bəhs edir.

Əslində bu sözün kökü öncə qədim türklərə, onlardan da Novruz bayramına keçmiş bir inanca dayanır.

Novruz bayramında insanlar ağızlarına bir udum su alar və yol kənarında qulaq falına çıxardılar. Susub oturardılar, gəlib keçən adamların dilindən çıxan ilk kəlmə, ilk cümlə ilə niyyətlərinin fal olub-olmayacağına inanardılar. Falın çin olması üçün əsas iş susaraq gözləmək, heç kəsə bu barədə bir kəlmə deməmək idi.

Bu ənənəni qadınlar bir qədər fərqli şəkildə edərdilər. Küçəyə, qonşuya keçmək imkanı olmayanda, evdə süfrə başında ağızlarına su alıb oturduqdan sonra ilk danışan adamın dediyi kəlmələrlə fal tutardılar.

Bəzən evdən, məclisdən uzun müddət səs çıxmaz, kimsə danışmaz, ağzına su alıb oturan adam da xeyli susmalı olardı. Bax beləcə bu frazeoloji ifadə də dilimizə düşüb.

Nə itirirsiniz ki, bu Novruz çərşənbələrində siz də sınayın, ağzınıza su alıb, fal tutun.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 355   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20 aprel
.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14 aprel
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21 aprel
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20 aprel
.

85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO

Sosial şəbəkədə yayılan video maraq yaradıb. xəbər verir ki, 85 yaşlı amerikalı ilə 65 yaşlı azərbaycanlı kişinin dialoqu gündəm olub. Xarici qonağın yaşını öyrənən kişi qulaqlarına inanmayıb. Sözügedən görüntünü təqdim edirik:

14 aprel
.

Siz də telefonsuz qala bilmirsiniz? - Deməli, bu xəstəliyə tutulmusunuz

Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: nomofobiya. Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda gücl

14 aprel
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25 aprel
.

Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO

Bir kiloqramı üç, dörd, hətta beş manata təklif olunur. Xəzər TV-yə istinadən bildirir ki, paytaxt bazarlarında Şəmkir kartofu müxtəlif qiymətlərə təklif olunur. Elə satıcılar var ki, sözügedən kartofu üç manata, bəziləri isə beş manata satışa çıxarırlar. Alıcılar isə kartof alan zaman onun hansı bölgədə

14 aprel
.

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

"Gaia" kosmik teleskopundan istifadə edən beynəlxalq astronomlar qrupu Yerə nisbətən yaxınlıqda nəhəng qara dəlik aşkar ediblər. Obyekt "Gaia-BH3" adlandırılıb. "Ölkə.az" xəbər verir ki, tədqiqat "Astronomy & Astrophysics" (A&A) elmi jurnalında dərc olunub

17 aprel