"Heyvandarlıq artıq rentabelli deyil" - ARAŞDIRMA

"Heyvandarlıq artıq rentabelli deyil" - ARAŞDIRMAXaricdən həm ət idxalımız, həm də ixracımız əvvəlki illərlə müqayisədə xeyli artıb. Xaricə daha çox at əti satıb, ölkəyə isə daha çox ətlik heyvanlar idxal edirik.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2024-cü ilin yanvar ayında Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 410 ton ət idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin həcmi 63,8 faiz və ya 1 718 ton, dəyəri isə 75 faiz və ya 3 milyon 660 min dollar artıb. Həmçinin cari ilin yanvarında Azərbaycan 32,66 min ABŞ dolları dəyərində diri heyvan ixrac edib. Bu isə dəyər ifadəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz daha çox deməkdir. Yanvarda ölkəmizə 3 634,65 min ABŞ dolları dəyərində diri heyvan idxal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 43,9 faiz artım deməkdir. Ölkəmizə ət idxal olunması normaldır. Amma burada bir sual yaranır. Ölkəmizdə ətin qiymətinin bahalaşması fonunda digər ölkələrə ət və diri heyvan ixracı nə dərəcədə doğrudur?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ətlik heyvanları ixrac etmirik

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, xarici ölkələrə ixrac etdiyimiz diri heyvanlar istifadəyə yararsızdır: "Ölkəmizdə təsərrüfatlardan çıxdaş olunmuş yük atları mövcuddur. Çıxdaş olunduqdan sonra sahibkarlar onları Orta Asiya respublikalarına ət məhsulu olaraq ixrac edirlər. Statistikada qeyd olunan diri heyvanlar dedikdə həmin yük atları nəzərdə tutulur. Yəni bizim istifadə etdiyimiz ətlik heyvanlar öz istifadəmiz üçündür. Amma ölkəmizə müxtəlif növ ətlik heyvanlar idxal edilib".

Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, həqiqətən də ölkəmizə müxtəlif növ iri və xırdabuynuzlu heyvanlar idxal edilsə də, ixrac olunmayıb: "Safqanlı cins diri iribuynuzlu ev heyvanları, düyələr, inəklər 5653 ədəd, digər diri iribuynuzlu heyvanlar 86 520 ədəd, diri qoyunlar 320 543 ədəd, iribuynuzlu heyvan əti, təzə sümükdən ayrılmamış 920 ton, sümükdən ayrılmış 12 ton, cəmdəklər və şaqqalar 46 ton, dondurulmuş və sümükdən ayrılmamış 1137 ton, sümükdən ayrılmış yarımşaqqalar 6022 ton, donuz əti və dondurulmuş digər hissələri 1276 ton idxal edilib. Diri atlar 2793 ədəd, təzə və dondurulmuş ət 14 ton ixrac edilib".

Müxtəlif məqsədlərlə ixrac edilməsi mümkündür
İqtisadçı Pərviz Heydərovun fikrincə, ət ixracımız ərəb ölkələrinə və Rusiyaya da ola bilər: "Kənara ət, xammal satmırıq. Yalnız diri çəkidə heyvan satışı həyata keçiririk. Diri çəkidə ölkəmizdən xaricə heyvan ixracı ərəb ölkələrinə və Rusiya istiqamətində ola bilər. Ərəb ölkələrində səhralıq, qumluq sahələr çoxluq təşkil etdiyi üçün digər ölkələrdən örüş sahələrini icarəyə götürürlər. Qoyun, mal-qara ehtiyaclarını ödəyə bilirlər. Ərəb ölkələri Yeni Zelandiya kimi ölkələrdən örüş sahələri icarəyə götürürlər. Oraya öz heyvanlarını göndərirlər, onlara qulluq olunur, sayı artırılır. Beləliklə, ölkənin ətə olan ehtiyacını da ödəmiş olurlar".

Örüş sahələri azalıb, yem bahalaşıb

Ekspert bildirdi ki, hazırda öz tələbatımızı da ödəməkdə çətinlik çəkirik: "Azərbaycanın heyvandarlıq sahəsində vəziyyəti bir neçə il bundan öncə ilə müqayisədə mənfiyə doğru dəyişib. Örüş sahələri azalıb, yem bahalaşıb. Artıq fərdi şəkildə heyvanların saxlanılması, heyvandarlıq təsərrüfatı ilə məşğul olmaq tamamilə aradan qalxmaq üzrədir. Fermer təsərrüfatlarında da vəziyyət qeyri-qənaətbəxşdir. Ümumiyyətlə, hazırda ölkədə heyvandarlıqla məşğul olmaq rentabelli və səmərəli deyil. Bu da özünü ölkəyə ət idxalının artması ilə büruzə verir. Halbuki bir neçə il öncə biz bu sahədə tələbatımızı 90-95 faiz həcmində ödəyə bilirdik. Bununla əlaqədar həyəcan təbili çalmaq lazımdır".

Bu ətlər keyfiyyətsizdir

P.Heydərov qeyd etdi ki, yaxın zamanda ət istehsalı sahəsində də xarici ölkələrdən asılı vəziyyətə düşə bilərik: "Bir ara pambıqçılığın, taxılçılığın, tütünçülüyün inkişafı ilə bağlı müəyyən genişmiqyaslı tədbirlər həyata keçirildi. Bunlar da örüş sahələrinin azalmasına gətirib çıxarıb ki, heyvandarlığı ciddi zərbə altında qoyur. İndi də bunun acı nəticələrini hiss edirik. İdxalın genişlənməsi təbiidir. Çünki yerli tələbatı ödəyə bilmirik. Kənardan gətirilən ət məhsulları maya dəyəri və qiymət baxımından ucuzdur. Çünki bu ətlər keyfiyyətsizdir. Odur ki, bütün bu məqamlara diqqət artırılmalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 431   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14 aprel
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

24 aprel
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21 aprel
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14 aprel
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21 aprel
.

Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər

Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər. "Vedomosti"nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb. Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiy

14 aprel
.

Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO

Bir kiloqramı üç, dörd, hətta beş manata təklif olunur. Xəzər TV-yə istinadən bildirir ki, paytaxt bazarlarında Şəmkir kartofu müxtəlif qiymətlərə təklif olunur. Elə satıcılar var ki, sözügedən kartofu üç manata, bəziləri isə beş manata satışa çıxarırlar. Alıcılar isə kartof alan zaman onun hansı bölgədə

14 aprel
.

Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirilə

20 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel