Bakıda gecəyarısı sevgilisini maşında gördü: "Səsləri gəlirdi..." - Şok təfərrüat

Bakıda gecəyarısı sevgilisini maşında gördü: "Səsləri gəlirdi..." - Şok təfərrüatBakının Xəzər rayonunda 2004-cü il təvəllüdlü Telman qısqanclıq zəminində mübahisə zamanı sevgilisi Ləmanla münasibət saxlayan Ayaza (adlar şərti verilib - red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Telman 22 iyun 2023-cü ildə gecə saat 04.00-da Xəzər rayonu, Qala qəsəbəsi, Yeni sahədə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Ləmanın sərnişin qismində əyləşdiyi taksi fəaliyyəti ilə məşğul olan Ayazın idarə etdiyi "Khazar LX" markalı avtomobildən düşdüyünü görüb.

O, Ayazla Ləmanın kişi-qadın münasibətində olmasını düşünüb. Bu münasibətlə bağlı dəqiqləşdirmə aparmadan özündə olan bıçaqla Ayazın bədəninin müxtəlif nahiyələrinə üç zərbə vurub.

Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ləmanla qeyri-rəsmi yaşayıb: "Hadisə günü saat təxminən 24.00-01.00-də Ləman mənə Xırdalan şəhərinə işə getdiyini dedi. Qısa müddət sonra özünü xəstə hiss etdiyini, işdə əyləşə bilmədiyini, bu səbəbdən Xocəsən qəsəbəsində tanışının yanına gedəcəyini söylədi. Sonra Xocəsən qəsəbəsində yaşayan tanışının da yanına gedəsi olmadığını, ürəyinin sıxıldığını və şəhərə getmək istədiyini dedi. Bu zaman aramızda mübahisə baş verdi.

Gecə saat 24:00-01:00 radələrində Ayaz adlı şəxsin avtomobilində olarkən mənə mesaj atdığından qısqandım. Saat təxminən 02.00-da Ləman mənə sevgilisi ilə olduğunu, evə getdiyini dedi. Daha ona heç nə yazmadım. Küçəyə çıxanda onların gəldiklərini gördüm. Küçədə avtomobil dayanmışdı. Ləman sağ tərəfdəki qapıdan düşəndə öpüşmə səsi eşitdim.

Bu hərəkətdən qısqanaraq sağ tərəfdən avtomobilin içərisinə daxil oldum, Ayazla mübahisə etməyə başladım. Avtomobili idarə etməyə başlayanda ona "maşını saxla" dedim, o isə sürməyə davam etdi. Bu səbəbdən bıçaq çıxardım. Lakin Ayaz mənə məhəl qoymadı. Bir-iki dəfə ona bıçaqla zərbələr endirsəm də, zərbələrin dəyib-dəymədiyini bilmədim".

Təqsirləndirilən şəxs bildirib ki, Ləmanla əvvəllər ev tutaraq birlikdə yaşayıb: "Hadisə olan dövrdə isə birlikdə yaşamırdıq. Ləman 27 yaşlı boşanmış qadındır. Hadisəyə yaxın zamanlarda artıq, demək olar ki, ayrılmışdıq. Ayazı vurduğum mətbəx bıçağını evdən götürmüşdüm. Mənim onu bıçaqlamaq fikrim olmayıb. Yalnız qorxutmaq istəmişəm".

İş üzrə zərərçəkmiş Ayazın sözlərinə görə, iyunun 21-də axşam saatlarında Ləman ona zəng edib: "Xırdalandan çıxdığını, onu evə aparmaq lazım olduğunu dedi. Ləmana "Sədərək" ticarət mərkəzində, yanımda müştəri olduğunu dedim. Daha sonra Lımanı Xocəsən qəsəbəsindən götürdüm. Avtomobilimdə əyləşən müştəriləri Lökbatan qəsəbəsində düşürtmüşdüm.

Metronun "Koroğlu" stansiyasının yaxınlığında Ləmanın mobil telefonla oynadığını, daha sonra isə yatdığını gördüm. Ona mobil telefonun yerə düşməməsi üçün "bardaçok"a qoymasını təklif etdim. Ünvana çatana yaxın Ləmanı oyadaraq harada saxlamalı olduğumu soruşdum. O, küçənin başında saxlamağımı bildirdi.

Ləman avtomobildən əşyalarını götürəndə Telman qabaq sərnişin tərəfdən avtomobilə əyləşdi, Ləmanı da içəri saldı.

Telman mənə əl-qol atmağa başladıqdan sonra qəflətən bədənimdən qan axdığını gördüm. Bıçaq qolumun altından dəymişdi. Mən Telman və Ləmanı avtomobildən düşürmək üçün maşını irəli sürməyə başladım. Daha sonra Ləman Telmanı, mən isə Ləmanı avtomobildən çölə çıxardım.

Dostumla əlaqə saxlayaraq onunla görüşdüm, tibbi bint aldım. Lakin hadisədən bir gün sonra halım pisləşdiyi üçün xəstəxanaya aparıldım".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Telman 6 il 3 ay 17 gün müddətə azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1039   Tarix: 16 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021