Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: "Məcburdurlar..."

Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: "Məcburdurlar...""Elza Seyidcahan düz deyir, onunla mən də razıyam. Onlar toy tutmaq üçün hər şeyə gedirlər. Bu gün incəsənət bərbad gündədir".

Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Samirə Yusifqızı bəstəkar Elza Seyidcahanın "bəzi meyxanaçılar bizim uşaqlarımızın tərbiyəsini pozurlar" ifadəsinə münasibət bildirərkən deyib.

Meyxanaçı bildirib ki, bu gün deyilən meyxanalar cəmiyyətin tələbi ilə uyğunlaşır:

"Meyxanaçılarda da günah yoxdur, bu gün dinləyici onlardan ancaq elə sözlər gözləyir. Normal sözləri eşidəndə dinləmirlər. Meyxanaçı məcburdur ki, qeyri-etik sözlər işlətsin. Səliqəli meyxanaya heç kim əl çalmır, şabaş vermir. Meyxanaçılar da toy bazarı üçün səhnəyə çıxır. Cəmiyyət içərisində, uşaqların arasında "hallıyam", "kayfdayam", "kayfım zordur" və s. sözlərini işlətmək olmaz. Bunlar uşaqların tərbiyəsinə pis təsir edir. Təmiz, gözəl, səliqəli şəkildə deyilən meyxananı hamı kimi Elza da sevir".

Samirə Yusifqızı hesab edir ki, Elza Seyidcahan bu fikirlərini bütün meyxanaçılara şamil etməyib:

"Bəzi meyxanaçıları nəzərdə tutur. Amma mən Elza ilə razıyam, düz deyir. Elə sözlər var ki, onu cəmiyyət içərisində demək olmaz. Elza sözü düz danışan adamdır, doğrudan da elə meyxanaçılarımız var".

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan meyxanaçıları tənqid edib. O, meyxanaçılar qeyri-etik ifadələr işlətməkdə ittiham edib:

"Bəzi meyxanaçılar qafiyə tapmayanda, küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Vacib deyil ki, söz tapmırsansa, sus. Küçə sözlərini, pis vərdişlərlə bağlı sözləri uşaqlara aşılayırlar. Heç hərflərimizi, sözlərimizi də düzgün tələffüz etmirlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3427   Tarix: 28 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. Sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətləri ilə qonaqların diqqətini çəkiblər. Aygün Namiqi

22 aprel
.

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı GÖRÜN NƏ PAYLAŞDI- FOTO

Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. OLAY yazır ki, o, instaqramın hekayə bölməsində müğənninin ölüm xəbərini paylaşaraq "Allah rəhmət etsin", - deyə, bildirib. Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgi

21 aprel
.

"Qızlarıma cehiz vermək üçün bağımı satdım" -Əməkdar artist

Əməkdar artist Qorxmaz Əlili bağını satma səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində qızlarına cehiz almaq üçün bunu etdiyini deyib:. "Bağım var idi. Qızlarımı köçürəndə onlar üçün cehiz almaq lazım idi. Məcburiyyətdən o bağı satdım. Dörd nəfərik, ind

23 aprel
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23 aprel
.

Cavanşir Məmmədovun dəfn YERİNDƏN VİDEO

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub. report-a istinadən xəbər verir ki, mərhum sənətçi bu gün "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, həmkarları və mədəniyyət nümayəndələri iştirak ediblər

20 aprel
.

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini

21 aprel
.

Mələkxanım Eyubovanın qızının toyundan - Video

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. Axşam.az xəbər verir ki, xanəndənin övladı müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində qeyd olunur. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvə

22 aprel
.

Azərbaycanın səslərini Aysel açıqlayacaq

"Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın səslərini açıqlayacaq şəxs bəlli olub. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, bu missiya "Avroviziya-2009" təmsilçimiz Aysel Teymurzadəyə həvalə olunub. "12 points go to. Mayın 11-i İctimai Televiziyanı

17 aprel
.

Aparıcı ilə xanəndə arasında qalmaqal yaşanıb

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22 aprel