Kərbəlada snayper hücumu, səfirə sui-qəsd - İranın yeni "Qasım Süleymani"si kimdir?

Kərbəlada snayper hücumu, səfirə sui-qəsd - İranın yeni "Qasım Süleymani"si kimdir?İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) İraq, Livan, Yəmən, Suriya və digər ölkələrdə "müqavimət qurşağı" adı verdiyi proksi qüvvələrin, silahlı qruplaşmaların kurasiyasını aktiv həyata keçirir. Bu prosesdə SEPAH-ın komandirlərinin şəxsi nüfuzu, xarizması da böyük rol oynayır.

İran İslam İnqilabının Keşikçiləri Korpusunun tərkibinə daxil olan elit Qüds Qüvvələrinin Komandiri olamuş Qasım Süleymani məhz belə nüfuzlu şəxslərdən biri idi.

Onun ABŞ-ın 2020-ci ilin yanvarın 3-də Bağdadda həyata keçirdiyi hücumda öldürülməsindən sonra İran yaranmış boşluğu doldurmaq üçün SEPAH-ın komandir heyətində yeni namizədlərin axtarışına çıxıb.

Lent.az xəbər verir ki, İranın yeni "Qasım Süleymani"si husilərə dəstək üçün Yəmənə göndərilib. Hazırda husilərin Qırmızı dənizdə gəmilərə raket və dron hücumlarına rəhbərlik edən SEPAH generalı Əbdül Rza Şahlaydır.

İran İslam İnqilabının Keşikçiləri Korpusunun tərkibinə daxil olan elit Qüds Qüvvələrinin

komandirlərindən biri olan Əbdül Rza Şahlayın bioqrafiyası gizli saxlanılır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) onun təxminən 1957-ci ildə anadan olduğunu təxmin edir.

Əbdül Rza Şahlayın bir sıra saxta adlardan istifadə edərək dünyanı gəzdiyi, Yaxın Şərq ölkələrində Yusuf Əbu əl-Kərx və Hacı Yusif kimi tanındığı məlumdur.

Əbdül Rza Şahlay 2000-ci illərdə SEPAH-ın İraqda ABŞ ordusuna müqavimət göstərən radikal şiə qruplaşmalarına dəstək verib. Onun İraqda koalisiya qoşunlarına çoxsaylı hücumlar planlaşdırdığı, şiə qruplaşmalarını silah və partlayıcılarla təmin etdiyi iddia olunur.

ABŞ onu 2007-ci il yanvarın 20-də İraqın Kərbəla şəhərində 5 ABŞ əsgərinin ölümü və 3-nün yaralanması ilə nəticələnən hücumu planlaşdırmaqda ittiham edib.

Bundan başqa, Əbdül Rza Şahlay SEPAH-ın əsas maliyyəçisi və yüksək rütbəli rəsmisi kimi 2011-ci ildə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinin Vaşinqtonda öldürülməsi planını maliyyələşdirib, hazırlamaqda əsas təqsirli sayılır. ABŞ kəşfiyyatı SEPAH generalının hücumlarının uğurla həyata keçiriləcəyi təqdirdə ABŞ-da ən azı 200 günahsız vətəndaşın ölə biləcəyini təxmin edib.

11 oktyabr 2011-ci ildə ABŞ Maliyyə Nazirliyi onu o zamankı Prezident Barak Obamanın göstərişi ilə xüsusi kateqoriyaya aid beynəlxalq terrorçu (Specially Designated Global Terrorist) elan edib. Əbdül Rza Şahlay İraq hökumətinin və İraq dövlətinin təhlükəsizliyi üçün də təhdid adlandırılıb.

Onun beynəlxalq terrorçu statusu 2018-c ildən ABŞ-la yanaşı, Bəhreyn, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Böyük Britaniya tərəfindən də tanınıb.

ABŞ kəşfiyyatı Yəməndə Şahlaya qarşı bir neçə sui-qəsd hücumu təşkil etsə də, bu cəhdlər uğursuzluqla nəticələnib.

ABŞ "Ədalət üçün yardım" kampaniyası çərçivəsində Əbdül Rza Şahlayın maliyyə fəaliyyəti, əlaqələri və tərəfdaşları haqqında məlumat üçün 15 milyon dollara qədər mükafat təklif edir.
Kərbəlada snayper hücumu, səfirə sui-qəsd - İranın yeni "Qasım Süleymani"si kimdir?Hazırda SEPAH tərəfindən Yəmənin paytaxtı Sənaya göndərilən general husi qüvvələrinin 2023-cü ilin oktyabrından bəri Qırmızı dənizə gedən ticarət gəmilərinə dron və raket hücumunu koordinasiya edir.

İranda çoxları regional münaqişələrdə aktiv iştirakına görə, Əbdül Rza Şahlayı Qasım Süleymaninin varisi hesab edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 805   Tarix: 29 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bunu etsəniz, 400 manat CƏRİMƏ OLUNACAQSINIZ

Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücülərə hələ də rast gəlinir. Həm öz, həm də digərlərinin həyatlarını təhlükəyə atmalarına rəğmən bəzi sürücülər sərxoş halda sükan arxasına əyləşirlər. xəbər verir ki, sərxoş halda avtomobil idarə etmək ən yaxşı halda qayda pozuntusu, ən pis hald

8 may
.

Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO

"Məşhurluq çox çətin məsələdir. Özü də Bəşir Səfəroğlunun qızı olmaq çox çətindir". xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib. Tədbirlərdən birində sevənləri ilə görüşən Bəşirqızı onların suallarını cavablandırıb. Aktrisa qeyd edib ki, o mütəmadi olaraq teatrda çalışmaqda

7 may
.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

7 may
.

Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO

Keşlə bazarının söküntüsü həyata keçiriləcək. xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Səbəb olaraq isə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinin başlamasını göstəriblər

7 may
.

Deputat oğlunun Londondakı şirkəti aktivlərini artırıb

Millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadənin rəhbərlik etdiyi və 2007-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan "Ugano Limited" adlı şirkət maliyyə hesabatını açıqlayıb. Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Orxan Quluzadəni

8 may
.

Qərbi azərbaycanlılara qaçqın statusu VERİLMƏLİDİR - TƏKLİF

Bu gün qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı dövlətin prioritet vəzifələrindən biridir. Bunun həyata keçirilməsi üçün müvafiq işlərə başlanılıb. Artıq mərhələli şəkildə Qarabağa keçmiş məcburi köçkünlərin mərhələli yerləşdirilməsi prosesi gedir. Bununla da, Qarabağa yerləşdirilən keçmiş məcbur

8 may
.

Qələbə Gününün havası

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağış günün ikinci yarısında tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

8 may
.

Azərbaycanda 102 yaşlı qadın təltif edilib - FOTO

9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib. Xidmətdən APA-ya verilən məlumata görə, görüş zamanı Dövlət Xidməti rəisinin müavini general-leytenan

8 may
.

"Səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib" - Rəsmi açıqlama

Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətin

8 may