Yalnız "qadınlardan" ibarət olan "troll fabriki"ni nazirliklə nəsə bağlayır? – Fotofaktlar

Yalnız "qadınlardan" ibarət olan "troll fabriki"ni nazirliklə nəsə bağlayır? – Fotofaktlar27 mart 2024-cü il tarixində Yeniavaz.com saytında "Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur" sərlövhəli yazı dərc olunub.

Yazı eyni gündə saytın "Facebook" sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb.

Yazı sosial şəbəkə hesabında paylaşıldıqdan sonra rəy bölməsində eyni üslub və eyni dəsti-xətt ilə ondan çox rəy yazılıb. Rəy yazanlar pensiya ödənişi müddətinə görə Azərbaycanın regionda sonuncu sırada olmasına haqq qazandırmğa cəhd ediblər.

Paylaşıma rəy yazan istifadəçilərlə bağlı diqqət çəkən bir sıra məqamlar var:

- Rəy yazan istifadəçilərin hamısı qadın ad-soyadından istifadə edir.
- İstifadəçilərin heç birinin real profil fotosu mövcud deyil.

- İstifadəçilərin iş yerləri ilə bağlı qeydləri saxtadır. Məsələn, "Gunay Ibraqimova" adlı istifadəçi iş yeri olaraq "Yelo Bank"ı göstərib. Lakin, "Yelo Bank"dan Yeniavaz.com-a verilən məlumatda onların belə bir işçisinin olmadığı bildirilib.

- İstifadəçilərin hamısı yazdıqları rəylərdə oxşar orfoqrafiq səhvlərə yol verirlər.
- Sosial şəbəkə hesablarındakı paylaşımlarda oxşarlıqlar var. Adətən müxtəlif yeməklər, güllər, arxadan çəkilən qadın fotoları və s. paylaşırlar.
- Bu istifadəçilər sosial şəbəkələrdə ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə aid olan paylaşımlara rəy yazırlar. Həmin istifadəçilərdən istənilən birinin ad-soyadını "Facebook"un axtarış bölməsinə yazdıqda bu fakt ortaya çıxır.
- Bu istifadəçilərin əksəriyyəti ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Facebook" səhifəsini bəyənirlər.

- Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdilinin paylaşdığı bir məlumatı bu istifadəçilərdən bəziləri eyni anda paylaşıblar.

Məlumat üçün onu da bildirək ki, Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytında yayımlanan "Troll fabriki" necə işləyir?" adlı məqalədə kimlərin "troll" hesab oluna biləcəyi qeyd olunur. Həmin məqalədə "trolları" müəyyən edən bəzi əlamətlər göstərilib. Həmin əlamətlərin bəziləri bizim yuxarıda haqqında bəhs etdiyimiz istifadəçilərin əlamətləri ilə üst-üstə düşür.
Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytında yayımlanan həmin məqalədə, həmçinin qeyd olunur ki, "trollar"ın fəaliyyətinə qarşı mübarizə aparılmadığı təqdirdə, onların ictimai rəyə güclü təsir imkanı yaranır: "Bu isə, cəmiyyət üçün olduqca təhlükəli haldır. Belə halların qarşısının alınması üçün sosial şəbəkələrdə sözügedən saxta "troll" hesabları haqqında saytlar və ya sosial şəbəkə rəhbərlərinə təcili qaydada məsələ ilə bağlı şikayətlə müraciət etmək məqsədəuyğundur".
Yalnız "qadınlardan" ibarət olan "troll fabriki"ni nazirliklə nəsə bağlayır? – FotofaktlarYalnız "qadınlardan" ibarət olan "troll fabriki"ni nazirliklə nəsə bağlayır? – FotofaktlarYalnız "qadınlardan" ibarət olan "troll fabriki"ni nazirliklə nəsə bağlayır? – Fotofaktlar


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1473   Tarix: 29 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı

285 saylı məktəbin müəllimi Təranə Yusifova yeni direktor təyin edilən Nuranə Yəhyayeva tərəfindən işdən qanunsuz olaraq uzaqlaşdırıldığını iddia edir. O, bu barədə -a açıqlamasında bildirib. 35 il pedaqoji stajı olduğunu qeyd edən T.Yusifovanın sözlərinə görə, 1994-cü ildən isə Suraxanı rayon B.Qulamoğl

27 aprel
.

Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: "Hər ikisinin təhsili yoxdur" - VİDEO

Bakıda qaçırılan 16 yaşlı qızın atası danışıb. -ın məlumatına görə, hadisə aprelin 17-si Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 16 yaşlı qız kredit ödənişi üçün evdən çıxıb və geri qayıtmayıb. Məlumata görə, o, özündən bir yaş böyük oğlana qoşulub qaçıb. Yeniyetmə qızın atası bildiri

27 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

"Kristal Abşeron"un binasında dəhşətli görüntülər-VİDEO

Adı müxtəlif qalmaqallarda hallanan "Kristal Abşeron" şirkətinin tikdiyi binalardakı ciddi nöqsanlarla bağlı sosial şəbəkələrdə növbəti video şikayət yayılıb. xəbər verir ki, şirkətin Sumqayıt şəhəri 10-cu mikrorayonda inşa etdiyi binanın mənzillərindən birinin sahibi tam təmirli formada aldığ

27 aprel
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26 aprel
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel
.

Müştərilər "AFB Bank"dan pullarını geri götürür – Bank zərərlə işləyir

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən 23 bankdan 19-u 2024-cü ilin 1-cü rübü üçün maliyyə hesabatını açıqlayıb. xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklar arasında yalnız "AFB Bank" zərər edib. Səhmlərinin 99,6%-i fiziki şəxs İsmayılov Hikmət Əbuzər oğluna məxsu

27 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel