Xocalı şəhərində insan qalıqları tapılıb

Xocalı şəhərində insan qalıqları tapılıbXocalı şəhərində 3 nəfərə məxsus insan qalıqları aşkarlanıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqlar Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə tapılıb.

Daxil olmuş məlumat əsasında Baş Prokurorluğun, Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi" Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus olması müəyyən edilib.

Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Axtarış işləri tam yekunlaşdıqdan və müavfiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 262   Tarix: 30 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO

Bakıda hotellərin birində zəhərlənən dörd dostla bağlı ilginc faktlar üzə çıxıb. Zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib ediblər. Onlar iddia ediblər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildiriblər ki, hoteldə verilən göbələk onları zəhərləyib. İçkidən zəhərlənmələr

9 may
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

8 may
.

Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, həmin gün qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. "2

8 may
.

Ən yüksək pensiya verilən ölkələr - SİYAHI

Müxtəlif ölkələrdə pensiya ödənişlərinin səviyyəsi iqtisadi sabitlik, sosial təminat sistemi və digər şərtlərdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. xarici mətbuata istinadən bildirir ki, ən yüksək pensiyalar yüksək həyat səviyyəsi və yaxşı işləyən sosial təminat sistemi olan inkişaf etmi

7 may
.

DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyik

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər

8 may
.

Oteldə zəhərlənən 4 dost barədə ilginc faktlar - Prezident ona ev vermişdi… - FOTO

Bakıda "My Music" hotelində zəhərlənən 4 dostla bağlı ilginc faktlar üzə çıxıb. xəbər verir ki, zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildirirlər ki, oteldə verilən göbələk onları zəhərləyib

8 may
.

3 ildir axtarılan qadın həbs edilib

Üç ildir insan alverinə görə axtarışda olan 40 yaşlı Aygün Kərimova (ad-soyad şərti) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) maddəsi il

8 may
.

Naməlum şəhid kimi dəfn edilmişdi, kimliyi bilindi - Video

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Habil Oruc oğlu İsmayılovun qalıqları ailəsinə təhvil verilib. APA-ya istinadən xəbər verir ki, şəhidin qalıqları Lənkəranda dəfn edilib. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Habi

8 may
.

Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO

"Məşhurluq çox çətin məsələdir. Özü də Bəşir Səfəroğlunun qızı olmaq çox çətindir". xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib. Tədbirlərdən birində sevənləri ilə görüşən Bəşirqızı onların suallarını cavablandırıb. Aktrisa qeyd edib ki, o mütəmadi olaraq teatrda çalışmaqda

7 may