ETSN: İlin bu dövründə dolu və qar xarakterik atmosfer hadisəsidir

ETSN: İlin bu dövründə dolu və qar xarakterik atmosfer hadisəsidirMilli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, martın 30-da ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə yağıntılar qısamüddətli leysan xarakteri daşıyıb.

Xidmətin rəisi Nazim Mahmudov "Report"a bildirib ki, bəzi bölgələrə yaz fəsli üçün xarakterik olan dolu düşüb.

"Gəncə şəhərinə axşam saatlarında qısamüddətli leysan xarakterli yağışla bərabər diametri 8-10 mm, Daşkəsən rayonuna isə 13 mm dolu yağması müşahidə olunub. Dağlıq ərazilərə isə qar yağıb. Şahdağda 47 sm, Qrızda 5, Xınalıqda isə 3 sm hündürlüyündə qar yağması qeydə alınıb", - o qeyd edib.

Xidmət rəsmisi çoxillik müşahidə məlumatları əsasında qeyd edib ki, mart ayında isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində qısa zaman ərzində temperatur və təzyiq fərqləri yaranır, bəzi günlərdə hava şəraiti qeyri-sabit, yağıntılı olur ki, bu da ilin keçid dövrlərində qar, dolu ilə müşahidə edilən atmosfer hadisəsidir.

N.Mahmudov martın 31-i və aprelin 1-ə gözlənilən hava məlumatlarını da diqqətə çatdırıb: "Əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bakıda və Abşeron yarımadasında da hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 397   Tarix: 31 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetişdiyi ən böyük şəxsiyyətlərdən biridir" - Emil Əkbərov

"Ümummilli lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyi və bütövlüyü uğrunda düşünmədən canını fəda etməyə hazır olan dahi şəxsiyyət olub". Bu sözləri -a danışan "BİG Media" MMC-nin rəhbəri Emil Əkbərov deyib. Emil Əkbərov bildirib ki, müstəqil Azərbaycan dövlətini

8 may
.

Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, həmin gün qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. "2

8 may
.

Hüseyn Həsənov Ədalət Şükürovun qızının toyunda

Rusiyada populyarlaşan bloger Hüseyn Həsənov Əməkdar artist Ədalət Şükürovun qızının toyunda iştirak edib. OLAY yazır ki, Hüseyn Jalənin xoş günündə yer alıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Jalə bir neçə gün öncə Ənvər adlı bəylə ailə qurub

7 may
.

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Mayın 7-də Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğu

7 may
.

Azərbaycanda prokuror faciəli şəkildə öldü

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, qəza nəticəsində Müşfiq Abdullayev dünyasını dəyişib. O, Bakı Şəhər Prokurorluğunun şöbə prokuroru olub. Qeyd edək ki, M.Abdullayev Şəmkir rayonunun icra başçısı Aslan Aslanovun bacısı oğludur

7 may
.

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. xəbər verir ki, bu barədə "APA"ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. "Avtomobil nəqliyyatı haqqınd

7 may
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

8 may
.

Sinan Engin canlı yayımda stuldan yıxıldı - VİDEO

Türkiyənin "Beyaz TV" ekranlarında canlı yayımlanan futbol proqramında yaşananlar sosial şəbəkələrdə viral olub. xəbər verir ki, masada gərgin müzakirə getdiyi an futbol şərhçisi Sinan Engin oturduğu kresloda arxaya söykənmək istəyib. Lakin o qəfildən yıxılıb. Keçmiş hakim Ahmet Çakar tez Sinanı

7 may
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bunu etsəniz, 400 manat CƏRİMƏ OLUNACAQSINIZ

Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücülərə hələ də rast gəlinir. Həm öz, həm də digərlərinin həyatlarını təhlükəyə atmalarına rəğmən bəzi sürücülər sərxoş halda sükan arxasına əyləşirlər. xəbər verir ki, sərxoş halda avtomobil idarə etmək ən yaxşı halda qayda pozuntusu, ən pis hald

8 may