"Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi" - İLLƏRİN SİRRİ AÇILIR

"Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi" - İLLƏRİN SİRRİ AÇILIR"İlhamə xanım gözəl insan idi, mələk idi. Ondan danışanda göz yaşlarım sel olur. O mənim dostum idi. Mənə ana, bacı, rəfiqə olub. O mənə "bacı" deyirdi, mən ona "ana" deyirdim. Hələ o vaxt balaca qız idim. Televizorun qarşısında əyləşib onun mahnılarına qulaq asırdım. Səsi gələndə anama deyirdim ki, televizoru söndürmə. Onu uşaqlıqdan çox istəmişdim. Hissiyyatım məni İlhamə xanımın yanına gətirdi. Tale elə gətirdi ki, biz doğmalaşdıq. 10 il olardı ki, onu tanıyırdım. Amma yanında 4 ay olmuşam. Zuğulbada tanış olmuşduq. Eks-spiker Oqtay Əsədovun qayınanası Rəfiqə xanım xəstə idi. Mən ona baxırdım. İlhamə xanım da Zuğulbada qalırdı. Görürdü ki, mən Rəfiqə xanıma necə könüldən baxıram, qulluq edirəm. Bütün günü görüşüb söhbətləşirdik, dərdləşirdik. Bir pişiyi də var idi. Xəstə olanda dedi ki, "Fatyanı çağırın, mənə baxsın. Mənə ondan yaxşı heç kim baxmaz".

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti İlhamə Quliyevanın yaxını, köməkçisi Fatma Əliyeva deyib.

"İlhamə xanım heç kimə inanmırdı, güvənmirdi. O mənə o qədər sözlər danışıb. Onun haqqında yalan danışan insanların istəyirəm gedib gözlərini çıxarıb qoyum yerə. Öz doğmalarına demədiklərini mənə danışırdı. Hələ bir dəfə üstümə hirslənməyib, qışqırmayıb. Sonuncu dəfə Tolikin (Tarix Əliyev - red.) ad günündə olduq. 2-3 dənə mahnı da oxudu. Onu oxşayırdım, əzizləyirdim. Nə geyinirdisə, deyirdim ki, görün nə gözəl yaraşır sizə. Mən ona təmənnasız baxmışam, evinə dost kimi getmişəm. Mənə çox hörmət edib. Ömür boyu itirmərəm onun etdiyi yaxşılıqları", - deyə Fatma xanım bildirib.

Fatimə Əliyeva onu da əlavə edib ki, İlhamə xanım var-dövlətindən ona da miras qoyacağını bildirib.

"Deyirdi ki, Fatya, mən dünyadan gedəcəyəm, o ev-eşiyi keçirəcəyəm sənin adına. Bank işçisi ilə də danışdı, dedi ki, Fatyanın sənədləşməsini edin, o mənə yiyə durub. Mən də deyirdim ki, var-dövlətini oğluna ver, Əli Mirəliyevə ver, onun qızı Samirəyə, dayın oğluna ver. Deyirdi ki, yox! Cümə günü getməli idik notariusa. Amma 2-ci gün dünyasını dəyişdi. Mən nə edirəm var-dövləti?! Ona görə ağlamıram ki... Ondan mənə Allahın bir yaylığı da qalmadı. O evdən ağlaya-ağlaya çıxdım. Səhərə qədər cənazənin yanında dil töküb ağlamışam. Buna bütün televiziyalar, sənəd yoldaşları da şahiddirlər", - deyə o bildirib.

Fatma Əliyeva İlhamə Quliyevanın son saatlarını belə xatırlayıb:

"Televizoru izləyirdi, bir də gördü ki, Röya Ayxanı göstərirlər. Röya xanım müsahibə verib deyirdi ki, "İlhamə xanım son günlər yaman qalmaqallıdır". İlhamə xanım hirsləndi. Dedi ki, "buna ad verdirmişəm, kömək etmişəm, danışığına bax". Həmin gecə evə bir jurnalist zəng etdi. Vallah bilmədim kim idi... Anonim zənglər gəlirdi. Telefonun dəstəyini əlindən aldım, həmin xanıma dedim ki, "bəsdirin də, bunu öldürmək istəyirsiniz?" Gördüm ki, İlhamə xanımın əlləri, ayaqları əsir. Yalan-yalan sözlərlə şantaj edirdilər. Qadın stres yaşadı. Gecəni bir təhər keçirdik. Səhər saat 10-a qalırdı. Gördüm ki, məni çağırır. Ondan qabaq gəlib dərmanlarını vermişdim. Aşağıda aptekə düşüb bir dərman aldım. Vəziyyəti yaxşı deyildi. Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Leyla Seyidbəyovaya zəng edib dedim ki, İlhamə xanım yaxşı deyil. Təcili tibbi yardım maşını göndərdilər. Əli Mirəliyevin qızı Samirəyə yığdım ki, tez gəlin. Onlar da gəldilər. Təcili yardım maşını gələnə qədər İlhamə xanım mənim qollarımda dünyasını dəyişdi. 14-cü mərtəbədə elə qışqırdım ki... Son sözü bu oldu ki, "Fatya ölürəm, mənim üçün elə bir adam çağır ki, gəlib məni sağaltsın".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1213   Tarix: 03 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə BURAXMADILAR - FOTO

Əməkdar artist Lalə Məmmədova mərhum türkiyəli müğənni Kayahanın arvadı İpek Acarın TRT-də yayımlanan proqramında qonaq olub. Müğənninin veriliş üçün hazırlanan libası narazıçılıq yaradıb. Bu haqda müğənni Elnarə Xəlilova sosial şəbəkədə paylaşım edərək, Laləyə və onunla çalışan stilist Elnur Həsənov

5 may
.

SON DƏQİQƏ! Əməkdar artist vəfat etdi

Rusiyanın əməkdar artisti Qalina Davydova 49 yaşında vəfat edib. -a istinadla xəbər verir ki, aktrisanın ölümü ilə bağlı onun işlədiyi Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) saytında məlumat verilib. Rusiya Federasiyasının əməkdar artistinin ölüm səbəbi göstərilmir. Davydova 1975-ci ildə anadan olub

5 may
.

Roza rəylərə əsəbiləşdi: "Mərifətiniz, qanacağınız olsun!" - VİDEO

Müğənni Roza Zərgərli neqativ şərh yazanlara mesaj göndərib. "Xəzər axşamı" verilişinin qonağı olan sənətçi son günlər sosial şəbəkələrdə yazılan şərhləri oxuduğunu bildirib:. "Hər zaman aktiv sosial media istifadəçisi olmuşam, amma son 5-6 gündə aktiv oxuyucuya çevrilmişəm. Dostlarımın

2 may
.

Yıldız Tilbe qəzaya düşdü

Məşhur türkiyəli müğənni Yıldız Tilbe ötən gün qəza keçirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Bildirilib ki, Y. Tilbe avtomobili ilə eyni istiqamətdə hərəkət edən digər avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Qəzada

4 may
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

5 may
.

Hüseyn Həsənov vergilərə 153 milyon borcludur

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun vergilərə 153 milyon rubl (2,8 milyon manatdan çox) borcu var. "Qafqazinfo" "Baza" teleqram kanalına istinadən xəbər verir ki, Rusiya Federal Vergi Xidməti onun restoran işi və yemək çatdırılması ilə məşğul olan şirkətinin hesabların

6 may
.

Britni Spirs oteldə infarkt keçirib? - FOTO

Şəxsi həyatı ilə gündəmdən düşməyən məşhur müğənni Britni Spirsin qaldığı oteldə infarkt keçirdiyi bildirilib. xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi "Chateau Marmontda"kı otel otağına gələrək orada sevgilisi Pol Riçard Solizlə mübahisə edib. Həmin vaxt sənətçi infarkt keçirərək ayağında

4 may
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

4 may
.

Talıb Talenin toyudur

Müğənni Talıb Tale evlənməyə hazırlaşır. -ın əldə etdiyi məlumata görə, ifaçı Bahar adlı xanımla ailə həyatı qurur. Onların toyu 25 may tarixində şəhər restoranlarının birində baş tutacaq. Qeyd edək ki, 43 yaşlı müğənni bir müddət öncə evlənəcəyi qadının özündən 15 yaş kiçik olduğunu söyləmişdi

9 may