"Xəstə uşaqların pullarını yeyiblər, indi artistlik edirlər"

"Xəstə uşaqların pullarını yeyiblər, indi artistlik edirlər"alassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri ələ keçirməkdə ittiham olunan "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa təqsirləndirilən Nuridə Seyidovanın vəkili gəlməyib.

Sədrlik edən hakim Azad Məcidov deyib ki, vəkil Lətifə Kərimova artıq ikinci dəfədir, məhkəməyə gəlmir. Bu səbəbdən Vəkillər Kollegiyasına müraciət ediləcək. Belə ki, N.Seyidova bir müddət əvvəl dövlət hesabına vəkillə təmin olunmasına baxmayaraq, müdafiəçidən imtina edib, Lətifə Kərimova ilə müqavilə bağlayıb. Lakin həmin vəkil iclaslarda iştirak etmir.

"Biz məhkəmə istintaqını başlaya bilmirik. Vəkil hər dəfə məhkəmə iclasını qəsdən pozur. Get özünə başqa vəkil tut", - hakim müttəhim Seyidovaya deyib.

Prosesdən sonra zərərçəkmişlə təqsirləndirilən şəxslərdən birinin yaxını arasında mübahisə yaranıb.

Təqsirləndirilən şəxsin yaxını zərərçəkmişə şikayət etdiyi üçün qarğış edib.

"Xəstə uşaqların pullarını yeyiblər, indi artistlik edirlər", - deyə talassemiyalı uşağın atası cavab verib.

Məhkəmə prosesi aprelin 17-si davam edəcək.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova həbsdədir. Digərləri haqda həbsə alternativ qətimkan tədbiri seçilib.("Qafqazinfo")


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 649   Tarix: 04 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Vardanyanın həbs müddəti uzadıldı - YENİLƏNİB

Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan barəsində seçilmiş həbsqətimkan tədbirinin müddəti uzadılıb. xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbsqətimkan tədbiri daha 5 ay uzadılıb. 11:12. Qarabağdakı keçmiş qondarma qurumun "dövlə

16 may
.

Direktor müavininin qatil olduğu TƏHSİL OCAĞI: Qan tökülən məktəbdən GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

Ötən gün Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə mühafizəçi kimi çalışan Natiq Mehdinin qətlə yetirilməsi ilə bağlı məlumat yayılıb. Onun qətlində elə bu məktəbdə çalışan Elsevər İslamov şübhəli bilinir. Qətlin hansı zəmində baş verdiyi isə naməlumdur. APA TV-nin çəkiliş qrupu hadisənin baş verdiy

15 may
.

Azərbaycanda hüquq məsləhətçisi vəfat edib

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti tərkibində "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun əməkdaşı Samir Nizami oğlu Hüseynov 46 yaşında qəfildən vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, o, institutd

16 may
.

Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO

Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşını sosial şəbəkələrdə diqqət çəkib. xəbər verir ki, yayılan görüntülərdə xəstələrin istifadəyə yararsız hala gəlmiş avtomobildə müayinə olunması əks olunub. Təcili tibbi yardımın həkimi də şəraitdən gileylənərə

15 may
.

Azərbaycanda vəzifəli şəxs cinayət başında YAXALANDI

Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsind

16 may
.

May ayında Azərbaycana qar yağdı - VİDEO

Son bir neçə gündür ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. xəbər verir ki, hər zaman isti hava ilə müşahidə edilən may ayında bu dəfə də qar yağıb. Naxçıvan rayonun Şərur rayonu ağ örpəyə bürünüb. Bu barədə "Günə son" proqramında kadrlar nümayiş olunub. Görüntülərin Şərurun Kərimbəyl

16 may
.

"Hazırda aliment məbləği uşağın bir aylıq xərcləri üçün kifayət deyil" - İqtisadçı

2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdır. Bəs bu məbləq bir uşağın yaşayış xərclərini kifayət edirmi?. Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov -a açıqlama verib:. O bildiirb ki, hazırda aliment məbləği bir uşağın bir ay ərzində keyfiyyətli təhsil, səhiyyə

15 may
.

Məhkum yoldaşının boğazını kəsib - Kitabçasına baxdığına görə...

Cəzaçəkmə müəssisəsində iki məhkum arasındakı dava birinin ağır xəsarət alması ilə sonlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə ötən il Qaradağ rayonu ərazisində yerləşən "zon"ların birində baş verib. İstintaq materiallarına əsasən, əlbəyaxa dava uzun illərdir həbsdə olan Azə

16 may
.

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliy

15 may