Rəmişin həyat yoldaşı: "Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki..."

Rəmişin həyat yoldaşı: "Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki...""Jurnalistlərə demək istəyirəm ki, Rəmiş yoxdursa, mən də yoxam. Əl çəksinlər məndən, yaşlı adamam, infarkt etməsinlər. Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki, mənim ünvanımı bütün Azərbaycanla bir edirlər?! Mən hamıdan uzaqlaşmışam. Yalandan yazırlar ki, evi 285 min manata satıb. Mənim evim villa deyil, bir şey deyil. Yalandan özlərindən qiymət qoyublar. Bu mənim şəxsi işimdir, heç kimin ixtiyarı yoxdur qarışsın. Xeyir ola, Gülü ilə maraqlanırlar?! Mən sakit həyat yaşamaq istəyirəm. Heç kimim yoxdur. Nə atam var, nə bacım-qardaşım, nə də övladım. Allah kimi mən də təkəm. Məni bu jurnalistlər çox incitdilər, qəlbimə dəydilər. Onsuz da, yaram özümə bəsdir. Niyə yenidən yaralayırlar? Ağlamaqdan sağ gözüm tutulub, görmürdü. Həkimə gedib müalicə aldım".

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rəmişin xanımın Gülü deyib. O, daha sonra əlavə edib.

"Ən böyük arzum tezliklə Rəmişə qovuşmaqdır. Başqa arzum yoxdur. Bu dünyadan doydum daha. Rəmiş rəhmətə gedəndə dövlətimiz məzarlıqda yer ayırdı. Onun yanında da kiçik bir yer var. Mənim də yerim oradır. Dünyamı dəyişəndən sonra orada dəfn olunacağam. Dünən Rəmişin məzarını ziyarət etdim. Sağ olsunlar, gitara ifaçıları gəlib ziyarət ediblər, onu yada salıblar. Əklil də qoyublar. Rəmiş kimi şan-şöhrətli olsunlar. Hər dəqiqə onu yuxuda görmürəm. Bəzən görürəm. Yeri boş qalıb. Rəmişin pal-paltarını ehtiyacı olan insanlara verdim. Hər geyinəndə ona rəhmət oxusunlar. Gitarası, tarı, royalı, üzüyü, saatı isə evimdədir. Heç bir muzeyə verməyəcəyəm. İndi muzey var? Burdan alacaqlar, o yandan gedib satacaqlar. Bir oğul ki, atanı, ananı öldürür, kənara mənim nə etibarım ola bilər?!", - deyə sənətkarın xanımı bildirib.

Gülü xanım dolanışığından da danışıb.

"Camaat necə dolanırsa, mən də elə dolanıram. Hər şeyim var. Şükür Allaha, ac deyiləm. Rəmişin vaxtında nə pal-paltar almışamsa, onu geyinirəm. Bundan sonra heç nə alan deyiləm. 70 yaşım var, kimə qalacaq?! Paltarlarım heç köhnəlmir, səliqəli geyinirəm. Niyam Salaminin yanında restoranda çalışıram. Niyam məni heç yerə buraxmır. Allah ondan kömək olsun. Məni evdən heç kim çıxara bilmirdi, bunu ancaq Niyam bacardı. Mənə bacısı kimi münasibət bəsləyir. İş görməyə də qoymur. Deyir ki, başını qarışdır, yanımda gəz. Niyamdan başqa böyük sənətkarımız Qədir Rüstəmovun ailəsi, İmişlidən Cavid adlı şəxs var ki, mənə dəstək olurlar", - deyə o bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 883   Tarix: 07 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021
.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021