Ronaldo qalmaqala səbəb oldu, meydandan qovuldu - Video

Ronaldo qalmaqala səbəb oldu, meydandan qovuldu - VideoÖtən gün "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Əl-Hilal" ilə keçirilən oyunda meydandan qovulub.

"Qafqazinfo" xəbər verir ki, buna səbəb ulduz futbolçunun rəqibinə dirsəklə vurması olub. Nəticədə tərəflər arasında qalmaqal yaranıb.

Belə ki, Ronaldo bu hərəkətinə görə qırmızı vərəqə alıb və meydanı tərk edib. Portuqaliyalı superulduz referinin qərarını istehza ilə alqışlayıb.

"Əl-Nəsr"in baş məşqçisi Luiş Kaştru oyundan sonra keçirilən mətbuat konfransında sözügedən epizod haqqında danışıb: "Rəqib sifətinə vurulan zərbədən şikayətlənib. Mən təkrar epizoda baxdım. Futbolçunun üzünə hər hansı təmas olmayıb. Düşünürəm ki, hakim rəqibin teatral davranışına görə qırmızı vərəqə verdi".

"Əl-Hilal"ın baş məşqçisi Jorze Jezuş da Ronaldonun qırmızı vərəqə almasına münasibət bildirib: "O, dünyanın ən vacib oyunçularından biridir və çoxlarına nümunədir. Lakin uduzmağı sevmir. Ona görə də uduzanda başını və oyuna diqqətini itirir".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal" "Əl-Nəsr"ə 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 675   Tarix: 09 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

FIFA prezidenti "Qarabağ"ı təbrik edib

FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibi olmuş "Qarabağ" klubunu təbrik edib. xəbər verir ki, funksioner bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb. "Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu "Qarabağ" FK-n

27 aprel
.

Azərbaycan cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo üzrə milli yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq bu günə qədər ən yaxşı nəticəni əldə edib (1993-cü ildən bəri). -ın məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarix

28 aprel
.

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib. "Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barsa" rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavil

27 aprel
.

Azərbaycanda klubun baş məşqçisi cəzalandırıldı

"Ağdaş" klubunun baş məşqçisi Ruslan Hüseynov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, buna mütəxəssisin II Liqada XXII turun "Kür-Araz"a qarşı səfər oyununun 49-cu dəqiqəsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəq

26 aprel
.

"Mançester Yunayted" Çempionlar Liqasında oynamayacaq - SƏBƏB

"Mançester Yunayted" növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün riyazi şansını itirib. Belə ki, komanda İngiltərə Premyer Liqasının 35-ci turunda "Börnli" ilə heç-heçə edib - 1:1. İngiltərə çempionatının 34 oyunundan sonra Erik ten Haqın rəhbərliyi altında "Mançester Yunayted"

28 aprel
.

Azərbaycanda federasiyanın sabiq baş məşqçisi vəfat etdi

1983-85-ci illərdə "Araz" futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib. Bu barədə "Araz-Naxçıvan"ın Mətbuat Xidməti məlumat yayıb. Naxçıvan təmsilçisi sabiq mütəxəssisin vəfatından kədərləndiyini bildirib. Qeyd edək ki, Hafiz Əliyev müxtəlif illərdə Naxçıva

24 aprel
.

Levandovski hazırda dünyanın ən yaxşı 2 oyunçusunun adını AÇIQLADI

"Barselona"nın polşalı hücumçusu Robert Levandovski hazırda kimləri dünyanın ən yaxşı futbolçuları hesab etdiyini açıqlayıb. -in xəbərinə görə, bu barədə "Marca"nın məlumatında deyilir. "Bunu demək çətindir. Çünki qarşıda hələ Avropa çempionatı və Çempionlar Liqasının son, həlledic

29 aprel
.

"Real"ın gələcək futbolçusu sevgilisi ilə qəribə müqavilə imzaladı

Braziliyalı hücumçu Endrik sevdiyi qızla bir neçə qəribə bəndin yer aldığı müqavilə bağladığını bildirib. xarici mediaya istinadla bildirir ki, futbolçunun 17 yaşı olsa da, onu böyük gələcəyin gözlədiyi aydındır. 16 yaşında "Palmeiras"da debüt edib və 2022-ci ilin dekabrında "Real"

24 aprel
.

Ən sürətli futbolçuların adları açıqlandı - SİYAHI

Müasir futbolda hansı mövqedə çıxış etməsindən asılı olmayaraq, futbolçu üçün vazkeçilməz sayılan ən mühüm xüsusiyyət sürətdir. xarici mediaya istinadən xəbər verir ki, 2024-cü ildə dünyanın bütün zamanlarının ən sürətli futbolçuları açıqlanıb. Ulduz futbolçu Kriştiano Ronaldo bu siyahıda sonuncu yer

25 aprel