İranın İsrailə müəmmalı hücumu: Böyük savaşda kimlər maraqlıdır?

İranın İsrailə müəmmalı hücumu: Böyük savaşda kimlər maraqlıdır?İranın İsrailə dron və qanadlı raketlərlə hücumu bir daha göstərir ki, Yaxın Şərq regionu hələ uzun illər dünya siyasətində mühüm geosiyasi nöqtə olaraq qalacaq.

Hələ 2023-cü ilin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu İranı yenidən münaqişənin mərkəzinə gətirib. Çünki İraq, Suriya və Əfqanıstan münaqişəsi zamanı Tehranın adı bu və ya digər formada proseslərdə hallanırdı. Belə ki, İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) bu ölkələrdə "müqavimət hərəkatı" adı altında "Həşdi-Şəbi", "Zeynəbiyyun", "Fatimiyyun", husilərin "Ənsarullah" kimi qruplarını yaradıb. Bununla da o, regionu bu qruplar vasitəsilə qarışdırır, hərbi münaqişələrdə iştirak edirdi. Ancaq İsrailə hücumda İran hakimiyyəti özünü gizlədə bilmədi. Dəməşqdə Tehranın diiplomatik missiyasının binası saydığı yerin bombalanması və SEPAH-ın iki generalı da daxil olmaqla yüksək rütbəli yeddi zabitinin ölməsi gərginliyi artırdı. İranın iddiasına görə İsrail Suriyadakı diplomatik missiyanın binasını vurmaqla İslam Respublikasına hücum edib. Bu səbəbdən də beynəlxalq normalara görə İsraili günahkar sayır.

İran İslam Respublikası qurulduğu gündən İsrailə qənim kəsilib. Bu 45 ildə Tehran hakimiyyətinin birbaşa iştirak etdiyi ikinci savaşdır. Yenicə qurulan İslam Respublikası ötən əsrin 80-ci illərində Səddam Hüseyn rejimi ilə müharibə aparıb. Müharibə heç bir tərəfə uğur gətirməyib. Çünki İran Kərbəla və Nəcəfi ələ keçirməyi, oradan Qüds və Məkkəyə irəliləməyi hədəfləyirdi. Səddam Hüseyn isə İranın ərəblər yaşayan bölgəsini ələ keçirmək və Ərəb çayına tam nəzarət etmək istəyirdi. 1988-ci ildə müharibə atəşkəslə dayansa da, bu günə qədər tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Müharibədən sonrakı siyasətin hədəfi isə birbaşa İsrail idi. İran hakimiyyəti bu dövləti öz təhlükəsizliyinə təhdid kimi görməyə başladı və dini, siyasi və hərbi cəhətdən İsraili hədələdi: "Yanlış addım atacaqları halda İran Təl-Əviv və Hayfanı Yer üzündən siləcək". HƏMAS-ın İsrailə hücumu isə İrana 44 ildən sonra özünü göstərmək, güclü dövlət olduğunu təsdiqləmək üçün yenə şərait yaratdı.

Regiondakı hadisələr beynəlxalq aləmdə qütbləşməni aydın şəkildə göstərdi. İranın dünənki hücumu həm də dünya güclərinin Tehranın əli ilə ABŞ, İsrail və müttəfiqlərinə qarşı müharibə kimi də qiymətləndirilə bilər. Ehtimal etmək olar ki, Tehran hakimiyyətinə arxa olanlar Dəməşqdə baş verən hadisələrə görə İsrailin və ABŞ-nin İran tərəfindən "cəzalandırılmasını" istəyiblər. Çünki son günlər ABŞ-nin Dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron İranı İsrailə hücumdan çəkindirmək üçün cəhdlər göstərib. Belə görünür ki, HƏMAS-ın İsrailə hücumunda maraqlı olan tərəflər bu dəfə aksiyanın daha da böyüməsini istəyiblər. Odur ki, İsrail istiqamətində Yəməndən husilər, Livandan "Hizbullah", Suriyadan Bəşşar Əsəd qoşunu, İraqdan isə "Həşdi-Şəbi" fəaliyyət göstərməklə İrana dəstək verirlər. Başqa sözlə, Tehran regiondakı bütün komandası ilə birlikdə İsrail dövləti ilə müharibəyə başlayıb.

Yeri gəlmişkən, bu, 1941-ci il dekabrın 7-də Yaponiyanın ABŞ-nin Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına gözlənilməz hücumu yada salır. Yaponlar həmin hücumun acı nəticəsini təəssüf ki, günümüzədək yaşayır. İsrail hökuməti də İrana cavabın ağır olacağını bildirir.
Dünyanın aparıcı gücləri hazırda Yaxın Şərqdə və Ukraynada elan olunmamış dünya müharibəsi aparır. İranın 5 saatlıq hücumu regiona sabitlik deyil, gərginliyin artması üçün yeni əsas verib. Azərbaycan dövləti bütün mürəkkəb vəziyyətlərdə tənzimləyici rol oynayıb. Uzun illər qaynar bölgə sayılan Cənubi Qafqaz regionunda sabitliyi də məhz Azərbaycan bərpa edib. 2020-ci ildə 44 günlük müharibə bölgənin təhlükəsizliyi üçün güclü stimula çevrilib. İndi bölgədə sülh və əməkdaşlıq kimi həyati vacib məsələlər müzakirə olunur. Rəsmi Bakının yürütdüyü siyasət Azərbaycanı təhlükəsiz və iqtisadi baxımdan səmərəli ölkəyə çevirib. Azərbaycan bu baxımdan bölgənin sabitləşdirici faktoru olaraq çıxış edir. Həm Rusiya, həm də İran hazırda Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyir.

Buna baxmayaraq, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın iştirakı ilə keçirilən məlum toplantıdan sonra Azərbaycanın narahatlığı əbəs deyil. Bu toplantıya beynəlxalq səviyyədə sərt münasibət göstərilməməsi gələcəkdə Cənubi Qafqazda yeni eskalasiyaya səbəb ola bilər. Yaxın Şərqdə baş verən son hadisələrin də bizim regionda fərqli şəkildə təkrarlanması riski artır. Odur ki, Azərbaycanın təhlükəsizlik və sabitlik modeli bütün beynəlxalq aktorlar üçün nümunə olmalıdır.

"Report" İnformasiya Agentliyi


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 494   Tarix: 14 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

12-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Moskvanın cənub-şərqində üç yaşlı uşaq 12-ci mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb. -in xəbərinə görə, bu barədə Moskva vilayətinin prokurorluğu özünün teleqram kanalında məlumat yayıb. Hadisə Kapotnyada baş verib. Üç yaşlı uşaq hündürmərtəbəli mənzilin pəncərəsindən yıxılıb. Uşaq sağ qalıb və xəstəxanay

29 aprel
.

Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

Roma Papası Fransisk Venesiyaya səyahəti zamanı gəncləri mobil telefondan istifadəni minimuma endirməyə, televizora həddən artıq baxmaqdan imtina etməyə və bir-birləriylə aktiv ünsiyyət qurmağa çağırıb. -ın "Vatican News"-a istinadən verdiyi xəbərə görə, Roma Papası deyib ki, gənclər özlərin

28 aprel
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28 aprel
.

Arvadını öldürüb, görün nə aldı - Ağlagəlməz OLAY

ABŞ-da kişi arvadını öldürüb, onun sığorta pulunu nağdlaşdırıb və onunla seks kuklası alıb. "DailyStar"a istinadla xəbər verir ki, o, həyat yoldaşının ölümünü intihar kimi göstərməyə çalışıb. Məlumata görə, 31 oktyabr 2019-cu il səhər saatlarında Kolbi Trikl polisə zəng edərək həyat yoldaş

29 aprel
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

28 aprel
.

Kişi ondan küsən arvadını bıçaqladı

Rusiyanın Samara vilayətində kişi arvadını onunla danışmaq istəmədiyi üçün bıçaqlayıb. yerli mediaya istinadla bildirir ki, hadisə Tolyatti şəhərində baş verib. Həmin şəxsə qarşı cinayət işi mahiyyəti üzrə baxılması üçün Samara vilayəti məhkəməsinə verilib. Regional İstintaq Komitəsinin məlumatına görə

27 aprel
.

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürüb. Hadisə Zelenoqrad şəhərində baş verib. Bildirilir ki, "QAZel" markalı avtomobilin sürücüsü maşının mühərrikini söndürmədən yükünü boşaltmağa gedib, bu zaman bir qız maşının kabinəsinə minib. Prokurorluğun yaydığ

28 aprel
.

Piknik edən şəxs qayalıqdan yıxılaraq öldü

Ailəsi ilə gəzintiyə çıxan şəxs uşaqları ilə top oynayarkən qayadan yıxılaraq ağır yaralanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Xəstəxanaya aparılan yaralı bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib. Hadisə Şehzadeler rayonunda Spil dağının ətəyində baş verib

29 aprel
.

18 aylıq, 4 yaşında övladını və arvadını öldürən kişi dama çıxaraq intihar etdi

Arvadını öldürən kişi daha sonra dama çıxaraq intihar edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Manisanın Alaşehir rayonunda 24 yaşlı kişi arvadını tüfənglə vuraraq öldürüb, daha sonra intihar edib. Alverçisi işləyəN 24yaşlı Həmzə Demir adlı şəxs 18 aylıq, 4 yaşında ola

29 aprel