"Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil"

"Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil""Bu gün yazarlarımız yox dərəcəsindədir. O vaxt Seyfəddin Dağlı, Salam Qədirzadə, İsi Məlikzadə, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi yazarlar ssenarilər qələmə alırdılar. Bu gün Əhməd Orucoğlu, Rafiq Səməndər kimi peşəkarlar az qalıb. Mən bu sadaladığım insanların ssenarilərini oynamışam. Bu ssenarilərdə mən də, digər böyük sənətkarlarımız da improvizə edirdilər. İndi yazarlar cılızlaşdığına görə improvizə də yoxdur. İmprovizə etmək üçün material, əsər olmalıdır, məqam gəlməlidir. O məqam yoxdur. Ona görə də yersiz, şit parodiyalar çoxalıb. Səviyyəsiz dərəcəyə gəlib çıxır. Təbii ki, peşəkarcasına oynayan uşaqlar da var, onlara uğurlar arzulayıram"

Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili teatrın aparıcı aktyoru, əməkdar artist Çingiz Əhmədov deyib. O daha sonra əlavə edib.

"Aktyor gərək anadan aktyor doğulsun. Sonra da getsin oxumağa. O vaxt mənim yadımdadır ki, Əliağa Ağayev, Fazil Salayev sənətə gələndə aktyor kimi peşəkar idilər. Bu gün Mədəniyyət və İncəsənət Universitetində təhsil alanlar var ki, hamısı aktyor olmayacaq. Universiteti bitirib alverə, satışa gedirlər. Bu sənət də heyif olur. Mən gözləmirdim ki, oğlum İbrahim gəlib peşəkar aktyor olacaq. Təbii ki, evin içində hər şeyi görüb-götürüb, sonra da universitetə daxil oldu. Maşallah bu gün reytinqdə mənimlə eyni balansdadır. Sənəti sevib gəlmək lazımdır" deyə aktyor bildirib.Çingiz Əhmədov bildirib ki, hansısa sənətkardan öyrənmək olar, amma onu yamsılamaq yox.

"Mən 10 yaşımdan televiziyada böyümüşəm. Hamını görmüşəm. Hərəsindən nəsə götürmüşəm, amma özümü kiməsə bənzətməmişəm. Odur ki, Əliağa əmi (aktyor Əliağa Ağayev) həmişə mənə deyirdi ki, "sən özünü qoru, gələcəyin var". Bu mənim qulağımda qalıb. Nəsibə Zeynalova, Eldəniz Zeynalov evimizin içi idi. Mən onları da yamsılamamışam. Aktrisa Ofeliya Məmmədzadənin ruhu qarşısında baş əyirəm ki, o 1984-cü ildə məni teatra apardı. Nəhənglərlə çalışıb onlardan çox şey öyrənmişəm, amma öz yolumu getmişəm. Heç kəsi də təbliğ, təkrar etməyi sevməmişəm. Allah Hacıbaba Bağırova rəhmət etsin, sağlığında öz rollarını mənə verib, kənara çəkildi. 40 il olacaq ki, teatrda çalışıram. Hacıbaba Bağırov deyirdi sevinirəm ki, teatrda davamçım var, təlxək yox, o da Çingiz Əhmədovdur" deyə aktyor bildirib.
"Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil""Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 647   Tarix: 16 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda bacı həbsdəki qardaşına narkotik keçirmək istədi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətdən -a verilən məlumata görə, məhkum Namiq Sədrəddin oğlu Cavadova bacısı tərəfindən gətirilmiş sovqata baxı

27 aprel
.

Dünyanın ən ağıllı 10 şəhəri açıqlanıb, Azərbaycan siyahıda yoxdur

Dünyanın ən ağıllı 10 şəhəri açıqlanıb. Həmin şəhərlərin siyahısını təqdim edirik:. 1. Sürix, İsveçrə. 2. Oslo, Norveç. 3. Kaberra, Avstraliya. 4. Cenevrə, İsveçrə. 5. Sinqapur. 6. Kopenhagen, Danimarka. 7. Lozanna, İsveçrə. 8. London, İngiltərə. 9. Helsinki, Finlandiya. 10. Əbu-Dabi, BƏƏ. Ağıllı şəhə

29 aprel
.

1989-cu ildə Qorbaçov Qarabağın idarə olunmasını kimə tapşırıb? - ARAŞDIRMA + VİDEO

1989-cu ildə Sovet İttifaqının ilk və son prezidenti Mixail Qorbaçov Qarabağın idarə olunmasını Arkadi Volskiyə tapşırıb. İTV mövzu ilə bağlı süjet hazırlayıb. Görüntülərdə 20 -ci yüzillikdə baş verən hadisələrdən bəhs olunub. Ətraflı videoda:

29 aprel
.

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - VİDEO

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində digə

26 aprel
.

Paşinyan ordu ilə bacara bilmir: Ermənistanda hərbi çevriliş olacaq? - VİDEO

Ermənistanda müxtəlif qruplar Azərbaycana qaytarılan kəndlər ətrafında gərginlik yaratmaqda davam edirlər. Aprelin 27-də bir qrup hərbçi ordu sıralarından yayınaraq sərhədlərin delimitasiyasına etiraz edən narazı kütləyə qoşulub. Onların bu addımı uzun müddətdir davam edən hərbi çevrilişlə bağlı müzakirələr

29 aprel
.

ABŞ prezidentliyinə namizəd SAXLANILDI

Sent-Luisdəki Vaşinqton Universitetində Fələstin tərəfdarlarının keçirdikləri etiraz aksiyasında Yaşıllar Partiyasından ABŞ prezidentliyinə namizəd Cill Stayn saxlanılıb. xəbər verir ki, bu barədə məlumat siyasətçinin X sosial şəbəkəsindəki səhifəsində dərc olunub. Seçki kampaniyasının meneceri Ceyso

29 aprel
.

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Haaqa Beynəlxalq Ədalət Məhkəməsində (Niderland) Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia çərçivəsində irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı açıq dinləmələr başa çatıb. bildirir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin saytında məluma

27 aprel
.

Sədərəkdə partlayışda həlak olan şəxsin nəvəsi: "Çaşır yığmağa gediblər" - VİDEO

"Çaşır yığmağa gediblər, hər il bunu edirdilər". Bunu Baku TV-yə açıqlamasında bu gün Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan Vilayət Həsən oğlu Rzayevin nəvəsi Aytac Abbasova deyib. Qeyd edək ki, b

29 aprel
.

Avtomobilin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülərin DİQQƏTİNƏ: Cərimələnə bilərsiniz - VİDEO

Avtomobillərin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülər cərimələnə bilərlər. Sürücülərin əksəriyyəti bu işıq siqnallarını qəza halından başqa məqsədlər üçün də istifadə edirlər. Kimisi piyada keçidində yol verən zaman, kimisi sərnişin düşürərkən və sairə. Nəqliyyat məsələləri üzrə eksper

29 aprel