Kosmetoloq paylaşıma görə cəzalandırıldı

Kosmetoloq paylaşıma görə cəzalandırıldıBarəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub.

Sonxeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in (LBC) baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfət Nigarın şikayəti əsasında baş tutub.

Onlar Elnarə Rzayevanın "Instagram" səhifəsində klinika barəsində təhqir və böhtanlar yazdığını bildiriblər. Qeyd edilib ki, Elnarə Rzayeva sosial şəbəkədə "Laser Beauty Clinic" barəsində "Fikirlərinizi əsirgəməyin, bumeranq... Hər kəs bilməlidir ki, bütün etdiklərini, yaşatdıqlarını yaşamadan ölməyəcək insan. Bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi, bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim. Etmədikləri pislik qalmamışdı, heç vaxt qisasımı almadım, bunların səviyyəsinə düşmədim. Sadəcə illər öncə Allaha tapşırdım, bu da son. Əminəm ki, pulla hamını həmişəki kimi satın ala bilməyəcəklər, ən azı bu dəfə..." - deyə sözlərini yazıb.

Xüsusi ittiham qaydasında şikayət edən LBC-nin baş həkimi Rəna Soltanova və həkim kosmetoloqu Rüfət Nigar Elnarə Rzayevanın Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılmasını tələb ediblər.

Elnarə Rzayeva bildirib ki, onun status paylaşmasından əvvəl xalq artistinin gəlininin LBC estetik kosmetoloji klinikada uğursuz əməliyyat olunması barədə mediada xəbərlər yayılıb. Xəbər saytı tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, estetik klinika əməliyyat aparması üçün uyğun lisenziyaya malik deyil:

"Xəbər səhifələrində paylaşımların altında klinika və onun həkimləri barədə təhqir xarakterli neqativ yazılmış rəylər hələ də qalmaqdadır. Nədənsə klinikanın həkimləri mənim barəmdə məhkəməyə müraciət edib. Çünki mən işimdə uğur qazanmışam, onların əsas rəqibiyəm. Belə etməklə məni sarsıtmaq, psixoloji təzyiq edərək nüfuzdan salmağa çalışırlar. Bildirmək istəyirəm ki, həmin xəbər saytları daha geniş kütləyə malikdir və yayılmış məlumat əgər yanlışdırsa, bu xəbərin ictimaiyyətləşdiriməsi klinikanın nüfuzuna daha çox xələl gətirə bilər".

Nərimanov Rayon Məhkəməsi kosmetoloq Elnarə Rzayevaya Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri üzrə bəraət verib. Lakin ona 148-ci, yəni təhqir maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzası verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 775   Tarix: 16 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AYNA məhkəməyə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti və "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsi məhkəməyə verilib. -ın xəbərinə görə, qurumlarla bağlı Bakı İnzibati Məhkəməsinə müraciəti "R group Azerbaijan" şirkəti edib. Mahiyyət

29 aprel
.

Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbətində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. "Report"

28 aprel
.

Əhaliyə CİDDİ XƏBƏRDARLIQ! Sabah axşamdan may ayının 3-dək...

Sabah Bakıda geomaqnit qasırğası olacaq. Axşam saat 21:00-dan etibarən başlayan qasırğa zəif kimi təsnifləndirilib. Geomaqnit qasırğası may ayının 3-dək davam edəcək. Maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Bu zaman meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlıla

28 aprel
.

Qətldə şübhəli bilinirdi - İnfarkt keçirib öldü

Xəbər verdiyimiz kimi, dünən saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Əhmədov Sadiq Hüseyin oğlu qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Natiq Dadaşov hadisədən təxminən 1 saat sonr

29 aprel
.

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - Video

Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənat edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün bir çox ərazilərdə olduğu kimi işğaldan azad edilən Kəlbəcər rayonunda da "AzərEnerji" tərəfindən kompleks işlə

29 aprel
.

Sabirabadda istixanada FACİƏ: Gənc oğlan öldü

Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürüb. APA-ya istinadən məlumatına görə, Sabirabad rayonunun Polad Toğayı kənd sakini, 28 yaşlı Məmmədov Ramil Mübariz oğlunu istixanada elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır

29 aprel
.

Azərbaycanda bu məhsulun qiyməti ucuzlaşdı - VİDEO

Bazarlarda kartofun qiymətində ucuzlaşma müşahidə olunur. Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda Tovuzda kartofun kiloqramının qiyməti 30 qəpikdən tutmuş iki manata qədər dəyişir. Satıcılar ümumiyyətlə fəsillə əlaqədar kartofa tələbatın azaldığını bildirirlər. Cəlilabadlı fermerlər də məhsuldarlığı

28 aprel
.

"Cəmiyyətimizə ağır zərbələr vuran sosial verilişlərə nəzarət gücləndirilməlidir" - DEPUTAT

"Televiziyalarda yayımlanan verlişlərə nəzarət gücləndirilməlidir". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, həm televiziyalara nəzarət edən qurum, həm də telekanalın rəhbəri verlişlərə ciddi şəkildə nəzarət etməlidir:. "Hazırda Azərbaycan telekanalları

29 aprel
.

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB

Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Bu barədə -a TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qaza

29 aprel