Putinin hazırladığı dəhşətli "Stalin zərbəsi" planı - Bu ölkələri fəlakət gözləyir

Putinin hazırladığı dəhşətli "Stalin zərbəsi" planı - Bu ölkələri fəlakət gözləyirVladimir Putin Avropa ölkələrinin Rusiyaya təzyiqlərini artırmaq imkanlarını kökündən azaltmaq üçün onlara qarşı qəti tədbirlər görməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu fikri məşhur rusiyalı iqtisadçı Mixail Xazin deyib.

Ekspert izaha edib ki, Rusiya lideri Stalinin 20-ci əsrin ortalarında SSRİ-nin geosiyasi rəqiblərə həlledici cavab verdiyi 10 məşhur zərbənin analoqundan istifadə etmək niyyətindədir. Onun sözlərinə görə, bu dəfə Rusiya ali rəhbərliyi əsasən iqtisadi vasitələrdən istifadə edəcək.

Xazinin sözlərinə görə, Putin Avropa iqtisadiyyatının əsl vəziyyətini, oradakı bütün iqtisadi sistemdə ən dərin böhranın nə olduğunu dəqiq bilir. Bu ona hesab etməyə imkan verir ki, Avropaya iqtisadiyyat və maliyyə sahəsində təzyiq edilərsə, onda parçalanma prosesləri başlayacaq.

Ekspert hesab edir ki, əgər Putin əlində olan iqtisadi mexanizmlərdən istifadə etsə, Avropa iqtisadiyyatı çox tez öz ahəngdarlığını itirə bilər.

"Elementləri bir-biri ilə aydın şəkildə qarşılıqlı əlaqədə olan bir böyük iqtisadi sistemin əvəzinə Avropa Birliyi bir neçə ayrı klasterə parçalana bilər. O zaman ümumi Avropa iqtisadiyyatını unuda bilərik. Hər bir ölkə yalnız öz milli maraqlarını güdərək proteksionizmlə məşğul olmağa başlayacaq", - iqtisadçı qeyd edib.

Analitik qeyd edib ki, əslində, bu proses bir çox cəhətdən artıq başlayıb. Getdikcə daha çox Aİ ölkəsi öz daxili valyutalarında ödənişlərə keçmək arzusunu ifadə edir.

Bundan əlavə, hər bir ayrı-ayrı ölkə tərəfindən ümumi xərclərin, o cümlədən ümumavropa təhlükəsizliyinin maliyyələşdirilməsində azalma tendensiyası açıq şəkildə müşahidə olunur. Oradakı ölkələrin hakimiyyət orqanları bu məsələdə ya ABŞ-ın hər cür köməyinə arxalanır, ya da bütün əsas yükü Almaniya və Fransanın üzərinə qoyurlar.

"Həmçinin, Putin avropalı bürokratların mövqeyinə "qaynar" təsir göstərmək əvəzinə, iqtisadi resursdan istifadə etməyə üstünlük verir", - Xəzin hesab edir. Bununla bağlı ekspert bildirib ki, bu gün Rusiyanın Şərqi Avropada hərəkətlərini sürətləndirəcəyini gözləmək lazım deyil. Analitikin fikrincə, indi bunun vaxtı deyil və başqa üsullara əl atmaq lazımdır.

Üstəlik, iqtisadçı bildirib ki, çox yaxın gələcəkdə Avropada sərhəd modeli tətbiq olunmağa başlaya bilər ki, bu modelə görə Şərqi Avropa ölkələrinin əksəriyyəti foreland, yəni hər hansı iqtisadi fəaliyyətin aparılması üçün tamamilə yararsız əraziyə çevriləcək.

"Üstəlik, Avropa qitəsinin bu hissəsinin "azad ov zonasına" çevrilməsi Rusiya tərəfindən deyil, Avrozona şəklində rəqibi aradan qaldırmalı olan Böyük Britaniya və ABŞ tərəfindən həyata keçiriləcək. Beləliklə, bu ssenari həyata keçirilərsə, Putinin "10 Stalin zərbəsi" nəhayət, Avropa güclərinin onsuz da fəlakətli vəziyyətini daha da pisləşdirə bilər", - Xazin yekunlaşdırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1325   Tarix: 17 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə pensiya kapitalından istifadəsinə ŞƏRAİT YARADILMALIDIR - TƏKLİF

Bildiyimiz kimi, bu gün ən aktual olan məsələlərdən biri, vətəndaşların pensiya yaşının azaldılmasıdır. Ölkədə pensiya yaşı yüksək olduğundan vətəndaş arasında həmn yaşa çatmadan ölüm hallarına rast gəlinir. Belə ki, Azərbaycanda pensiya yaşına çatmadan toplanan kapitalı istifadə edə bilməz. Bəs Azərbaycand

30 aprel
.

Ordumuz təhvil verilən kəndlərə daxil olub? - İDDİA

Azərbaycan Ordusunun bölmələrinin Qazaxın işğal altında olan 7 kəndindən azad edilən anklav olmayan 4 kəndinə daxil olduğu haqda iddia yayılıb. "Yeni Sabah" -a istinadən xəbər verir ki, bu barədə məlumatı erməni mediası tirajlayıb. Bildirilib ki, faktı yerində yoxlamaq üçün erməni deputat Qarni

29 aprel
.

Təlim zamanı törədilən qəzalar: Günahkar kimdir? - VİDEO

Paytaxt yollarında təlim avtomobili ilə törədilən qəzaların sayı artıb. Sürücülər bildiriblər ki, hərəkətin sıx olduğu yollarda təhlükə ilə üz-üzədirlər. Onlar yollarda qəza vəziyyətinin yaranmasında təlimçiləri günahlandırırlar. Bəs təlim zamanı törədilən qəzalarda günah kimdədir?. Daha ətraflı "AT

30 aprel
.

İstedadlı futbolçu Moskva üçün casusluq etdi: Vətənində həbs olundu

30-cu illərin sonunda vətəndaş müharibəsində Fransisko Frankonun diktatura rejiminə uduzan İspaniya respublikaçıları kütləvi şəkildə SSRİ-yə axışırdılar. Mühacirlər tez bir zamanda sovet həyatının müxtəlif sahələrinə, o cümlədən idmana öyrəşirlər. Rusiyanın futbol meydanlarında özünü tapanlardan bir

30 aprel
.

İmişlidə minik avtomobilləri toqquşub: Xəsarət alanların adları AÇIQLANDI - YENİLƏNİB + FOTO

İmişlidə minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı altı nəfərə çatıb. AZƏRTAC xəbər verir ki, hadisə saat 22 radələrində İmişli şəhəri Nəcməddin Savalanov küçəsində qeydə alınıb. "Mercedes" və VAZ-2107 markalı minik avtomobillər

30 aprel
.

Göyçayda oğul atasını döyə-döyə öldürüb - YENİLƏNİB

Göyçayda oğul atasını döyərək öldürüb. xəbər verir ki, bu barədə Göyçay Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, aprelin 29-da saat 21 radələrində Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Qeyd olunub ki, araşdırma zaman

30 aprel
.

Dünyanın ən ağıllı 10 şəhəri açıqlanıb, Azərbaycan siyahıda yoxdur

Dünyanın ən ağıllı 10 şəhəri açıqlanıb. Həmin şəhərlərin siyahısını təqdim edirik:. 1. Sürix, İsveçrə. 2. Oslo, Norveç. 3. Kaberra, Avstraliya. 4. Cenevrə, İsveçrə. 5. Sinqapur. 6. Kopenhagen, Danimarka. 7. Lozanna, İsveçrə. 8. London, İngiltərə. 9. Helsinki, Finlandiya. 10. Əbu-Dabi, BƏƏ. Ağıllı şəhə

29 aprel
.

Ali məktəblərdə magistratura ixtisaslarının illik ödənişi niyə yüksəkdir? - ARAŞDIRMA + VİDEO

Təhsil ili üç-dörd min manat olan magistratura ixtisasları. -ın məlumatına görə, əczaçılıq, dirijorluq, heykəltəraşlıq, rəngkarlıq və digər bu kimi ixtisasların magistratura pilləsində təhsil almaq istəyən tələbə iki il ərzində səkkiz min manat ödəniş etməlidir. Bəs gənclərə bu qiymətin əvəzində yetərinc

30 aprel
.

"Ulduz" filminin bir hissəsinin çəkildiyi MƏŞHUR YER: Həmin anlar belə xatırlandı - VİDEO

" Bu Azərbaycan çayıdır. Çay yarpaqlarını yığmağa başlayanda əvvəla onun çiçəyi açan hissəsini ehtiyatla yığmalıyıq. Onun çiçəklərindən hazırlanan çay əla növ çay hesab olunur". Sözügedən bu cümlələr bəlkə də bir çoxlarımıza tanışdır. Azərbaycan kinosunun incilərindən sayılan məşhur "Ulduz"filmini

29 aprel