"Fransanın ölkəmizə qarşı təhdid və təzyiqləri heç bir nəticə verməyəcək" - DEPUTAT
Xəbər verdiyimiz kimi Fransa Azərbaycandakı səfirini geri çağırıb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Fransanın bu addımı atması bizi təəccübləndirmədi:
"Fransa Azərbaycan qarşı hər zaman qərəzli münasibət bəsləyib. Fransa vasitəçi ölkə olmasına baxmayaraq 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları atmaqdadır. Bu ölkə dəfələrlə qarayaxma kampaniyası aparsa da Azərbaycan hər zaman dialoq qapılarını açıq saxlayıb. Son 3 il yarım müddətdə Fransanın atdığı addımlar regionda vəziyyəti yenidən gərginləşdirməyə xidmət edir. Eyni zaman bu ölkə ciddi cəhdlə Azərbaycanla-Ermənistan arasında əlaqələrin normallaşdırılmasına və sülh müqaviləsinin imzalanmasına maneə olmağa çalışır. Bilirsiniz ki, Fransa dəfələrlə BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında və digər beynəlxalq platformalarda Azərbaycan əleyhinə sənəd layihələrinin qəbul olunmasında təşəbbüskar olub. Azərbaycan bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu hər dəfə sübut edib".
Deputat vurğulayıb ki, səfirliyimizə qarşı edilən hücumlar və 19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir:
"Bu gün Fransa Ermənistanı silahlandıraraq bölgədə yenidən müharibə qığılcımlarını yaratmağa çalışır. Fransa bilməlidir ki, Azərbaycan öz milli maraqlarının və suverenliyini qorunmaq üçün bütün zəruri tədbirlər görəcək. Buna nə Fransa, nə də Ermənistana himayədarlıq edən digər dövlət və təşkilatlar maneə ola bilməyəcək. Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa edib. Fransanın ölkəmizə qarşı təhdid və təzyiqləri heç bir nəticə verməyəcək. Qaldı ki, Azərbaycanın da Fransadakı səfirini geri çağması məsələsinə, əminəm ki, dövlətimiz bu istiqamətdə ən doğru qərarı vercək".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 377 Tarix: 17 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşƏhaliyə CİDDİ XƏBƏRDARLIQ! Sabah axşamdan may ayının 3-dək...
Sabah Bakıda geomaqnit qasırğası olacaq. Axşam saat 21:00-dan etibarən başlayan qasırğa zəif kimi təsnifləndirilib. Geomaqnit qasırğası may ayının 3-dək davam edəcək. Maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Bu zaman meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlıla
28 aprelAzərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək
Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca
28 aprelTƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Bu barədə -a TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qaza
29 aprelİntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında
Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilə
29 aprelSabirabadda istixanada FACİƏ: Gənc oğlan öldü
Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürüb. APA-ya istinadən məlumatına görə, Sabirabad rayonunun Polad Toğayı kənd sakini, 28 yaşlı Məmmədov Ramil Mübariz oğlunu istixanada elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır
29 aprel"Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq"
"Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb". "Qafqazinfo" xəbər verir ki, bunu Əsir və itki
29 aprelAzərbaycanın Əməkdar jurnalisti vəfat edib
Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca
29 aprel"Temperatur iqlim normasından yüksəkdir"
Son günlər cənubdan ölkə ərazisinə daxil olan isti hava dalğasının təsiri nəticəsində mülayim cənub-şərq küləkləri fonunda ölkə ərazisində yüksək temperatur şəraiti qeydə alınır. xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Xidmət rəisi qeyd edib ki, müşahid
29 aprel