2 ayda 3456 BOŞANMA: "İnsanlar ailə-uşaq sahibi olmaq istəmir, ancaq öz kefləri üçün yaşayır"- TƏNQİD

2 ayda 3456 BOŞANMA: "İnsanlar ailə-uşaq sahibi olmaq istəmir, ancaq öz kefləri üçün yaşayır"- TƏNQİDƏdliyyə Nazirliyi 2024-cü ilin yanvar-fevral aylarında evlənib-boşananlarla bağlı statistika açıqlayıb. Statistikaya görə, 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Bir məsələ var ki, bir sıra ekspertlər ailələrin dağılmasında pandemiyanında rolu olduğunu deyib. Bəs bu səbəblər nə dərəcədə düzgündür? Azərbaycanda boşanmaların səbəbi nə ilə bağlıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, son statistika vəziyyətin necə faciəli və acınacaqlı olduğunu bir daha ortaya qoydu. Uzun illərdir həyacan təbili çalırıq ki, ailə dəyərlərimiz məhv olmağa doğru gedir. Əfsuslar olsun ki, heç bir reaksiya yoxdur və vəziyyət getdikcə pisləşir:

" Keçən il boşanmalar 40 faiz idisə, indi isə artıq 50 faizi keçib. Boşanmaların sayı çox sürətlə artır. Hu milli genofondun məhv olması deməkdir. Bu tendensiya o qədər sürətli gedir ki, artıq yaxın illərdə çox acınacaqlı vəziyyətin yaranacağına şübhə yoxdur. Boşanmalara müxtəlif səbəblər göstərilir. Mən həmin səbəblərin heç biri ilə razı deyiləm. Bu səbəblərin heç bir ciddi arqumenti yoxdur və fakta əsaslanmır. Hətta pandemiyanın burada heç bir rolu yoxdur. Sadəcə olaraq pandemiya bəzi toyların təxirə salınmasına səbəb oldu. Burada sosial səbəblər göstərilir. Amma onun rolu o qədər böyük deyil. Maksimum 20-30 civarındadır. Mən hesab edirəm ki, problem əsas səbəbi mənəvi deqradasiya ilə bağlıdır. Yəni artıq insanlar, xüsusilə gənclər mənəvi dəyərləri arxa plana atıb, maddi dəyərləri həyatlarını qurmağa çalışırlar. Bu müasirləşmək adı altında, guya Avropa dəyərlərinə inteqrasiyasının nəticəsidir. Artıq insanlar üçün mənəvi dəyərlərin heç bir təsiri qalmayıb. Ancaq ailəyə maddi dəyərlər üzərində baxırlar. Aparılan təbliğatların nəticəsində əxlaqsızlıq vüsat alıb".

Sosioloq deyib ki, evliliklərdə qarşı tərəfin mənəvi dəyərinə əhəmiyyət verilmir. İnsanlar ailə-usaq sahibi olmaq istəmir. Ancaq öz kefləri üçün yaşamağa üstünlük verirlər. Bunların hamısı birlikdə mənəvi deqradasiyanın nəticəsidir:

"Problemin əsas səbəbi bununla bağlıdır. Maksimum 20 faiz fərqli səbəblər ola bilər. Psixi problemi və narkotikə meyilliyi olanların ailələrinin dağılması normaldır. Çox ağır sosial vəziyyətində yaşayanlar arasında boşananlara rast gəlinir. Bu hallar isə çox azdır. Azərbaycan xalqının ən ağır yaşadığı vaxtlar Böyük Vətən və İkinci Dünya müharibəsi , o cümlədən 90-cı illərdir. Bu dövrlərdə demək olar ki, boşanmalar yox idi və çox cüzi idi. Bu o deməkdir ki, insanların mənəviyyatı güclüdürsə burada kasıbçılığın, maddi çətinliyin zərrə qədər rolu yoxdur. Vəziyyət yaxşı olanda kütləvi şəkildə boşanmalar gedir. Eyni zamanda bir arqument daha var. Dünya ölkələrində olan statistikalara baxan zaman görürük ki, məhz yoxsul və kasıb ölkələrdə boşanma faizləri çox minimumdur və daha imkanlı ölkələrdə isə bu göstərici maksimumdur. Azərbaycanda boşananların əksəriyyəti nisbətən imkanlı ailələrdir. Bu üç faktor onu sübut edir ki, əsas səbəb mənəvi deqradasiyadır".

Elçin Bayramlının sözlərinə görə, boşanmalarda sosial-iqtisadi səbəblər isə çox cüzidir. Bunun üçün milli-mənəvi dəyərlərimizə qarşı aparılan təbliğatın qarşısı alınmalıdır:

"Televiziyalarda və internetdə bu təbliğatlar açıq şəkildə aparılır. Müasirlik adı altında bu təbliğatlar dəyərləri dəyişdirir. Biz bunun nəticələrini görürük. Biz dövlət və gələcək olaraq sağlam milli genofond istəyiriksə, bu təbliğatlara qarşı ciddi mübarizə aparmalıyıq. Son vaxtlar boşanmaların asanlaşdırılması prosesi gedir. Bir çox vəkillər var ki, boşanmalar ilə bağlı sanki yarışa giriblər. Ətrafdan da hamı buna dəstək verir. Sanki ailənin dağılmasına təkid edirik. Bir çox ölkələrdə ailələrin dağılmasının qarşısını almaq üçün boşanmalar çətinləşdirilir. Uzun müddət ailəli olan şəxslərə müəyyən güzəştlər edilir. Bu tədbirlər olmasa milli-mənəvi dəyərlərimizi tamamilə məhv olduğunu görəcəyik".

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 623   Tarix: 17 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Anar Bayramovun sədri olduğu AGENTLİKLƏ BAĞLI NÖVBƏTİ QALMAQAL - Vətəndaşı narazı saldılar: İş məhkəməlik oldu -

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yenidən məhkəməlik olub. xəbər verir ki, Əhmədov İlkin Mahiyyədin oğlu adlı vətəndaş bu dəfə Gəncə İnzibati Məhkəməsinə müraciət edib. Hakim Emin Axundovun icraatında olan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi

30 aprel
.

Ən yüksək qiymət təklifi verən şirkət qalib seçilib – TƏBİB-dən müəmmalı tender

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsində qanun pozuntusunun olduğu bildirilir. -a daxil olan məlumatda göstərilir ki, Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən yumşaq inventarların satınalınması zamanı tender müsabiqəsinin şərtləri pozulub

30 aprel
.

O, Masallıda velosipedlə işə gedib-gələn yeganə qadındır - Video

Masallıda İncira Ağayeva adlı qadın 14 ildir ki, işə velosipedlə gedib-gəlir. "Qafqazinfo" xəbər verir ki, bu barədə İTV reportaj hazırlayıb. Məlum olub ki, İ. Ağayeva Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində çalışır. O, bu nəqliyyat vasitəsilə həmin rayonda işə gedən yeganə qadındır

30 aprel
.

Üzərinə benzin tökülərək yandırılan qadın öldü

Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın Respublika Yanıq Mərkəzində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir neçə gün əvvəl ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Bakıya gətirilən 1990-cı il təvəllüdlü Türkanə Məmmədova dünən dünyasını dəyişib. Qeyd edə

30 aprel
.

"Ermənistan Naxçıvana gedən yolu və Başkəndi Azərbaycana güzəştə getməlidir" - ŞƏRH

Beynəlxalq Ədalət məhkəməsində Azərbaycan Ermənistan tərəfindən torpaqlarımıza dəymiş maddi və mənəvi ziyanın qarşılanmasını, yəni təzminatını tələb etdi. Amma bir məsələ var ki, Ermənistanın büdcəsi ortadadı. Qərbdən hər nə qədər maliyyə yardımı alsa da, bunu təzminat olaraq bizə yönləndirməz. Kompensasiyanı

30 aprel
.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yenidən məhkəməyə verildi - SƏBƏB

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yenidən məhkəməlik olub. xəbər verir ki, Abdullayev Samir Zahid oğlu agentliklə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət edib. Hakim Gülşən Əliyevanın icraatında olan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqəda

30 aprel
.

Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək, temperatur 4-8 dərəcə enəcək

Qarşıdakı 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-1

30 aprel
.

İmtahan nəticələri açıqlandı - 4 nəfər maksimum bal topladı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) -a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədi

30 aprel
.

Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq

Mayın 1-də Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq. Qaynarinfo xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Qeyd edək ki, 28 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, fai

30 aprel