Rusiya sülhməramlıları Qarabağı bu səbəbdən TƏRK EDİR - AÇIQLAMA

Rusiya sülhməramlıları Qarabağı bu səbəbdən TƏRK EDİR - AÇIQLAMAXəbər verdiymiz kimi, Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Mənzərə onu göstərir ki, Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağı tərk edə bilər. Amma gələcəkdə bu taborun Rusiya tərəfindən hans məqsədlə istifadə edəcəyi isə sual altındadır. Bəs Rusiya sülhməramlıları Qarabağı tamamilə tərk etdikdən sonra Ukrayna müharibəsində gedən döyüşlərə göndərilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, yayılan xəbərlə onu göstərir ki, Rusiya sülhməramlıları artıq mərhələli şəkildə Azərbaycan ərazisini tərk edir. Təbii ki, bu razılığa görə gələn il baş verməli idi. Amma hazırda vəziyyət elədir ki, sülhməramlılara Qarabağda heç bir ehtiyac yoxdur:

"Faktiki olaraq heç bir missiyanı yerinə yetirmədikləri kimi sülhməramlıların bölgədə qalması Rusiyanın özü üçün əlavə yükdür. Hazırda Rusiyanın əlavə hərbçiyə ehtiyacı olduğu vaxtdır. 2 minə yaxın peşakar hərbçi Qarabağdadır. Bu qədər hərbçinin heç bir iş görmədən Qarabağda qalması onlara sərf etmir. Bu baxımdan daha çox tez çıxma prosesi gedir. Çıxarılma prosesinin nə vaxt başa çatacağı tam bilinməsə də, artıq başladığı üçün yaxin dövrdə onların çıxması başa çata bilər. Rusiyanın bu qoşunlardan necə istifadə edəcəyi hələ sual altındadır. Çünki Ukrayna cəbhəsində müharibənin getdiyi bir vaxtda Rusiyanın əlavə qoşuna ehtiyacı var. İstisna edilməməlidir ki, onlar Ukrayna müharibəsinə cəlb edilsinlər. Amma burada başqa bir məsələ var. Bu tabor sırf sülhməramlı taborudur. Xüsusi olaraq sülhməramlı missiyası üçün yaradılıb. Bundan əvvəl Rusiya başqa bir ölkədə bu missiyanı həyata keçirib".

Siyasi şərhçinin sözlərinə görə, məlumatlar var idi ki, hətta Qarabağda həmin tabordan istifadə edilib. Bu taborun birbaşa müharibəyə cəlb edilməsi bir qədər düşündürücüdür:

"Çünki Rusiyanın əvvəldən məqsədi odur ki, sülhməramlı missiyasını BMT səviyyəsində qəbul etdirsin. Amma indiki halda bu taborun birbaşa Ukrayna müharibəsinə göndərilməsi Rusiyanın istəklərinin reallaşdırılmasının önünə keçə bilər. Hər iki ehtimal mümkündür və onların zəif güclü tərəfləri var. Yəqinki bunu proses göstərəcək. Mənim fikrimcə bu hərbçilər Ukrayna müharibəsinə cəlb edilməkdən daha çox, Rusiyanın hansısa ərazisində Rusiyanın hərbi məsələlərində istifadə edilə bilər. Həmin tabor sülhməramlı adı altında qala bilər və hərbçilər isə sonradan müharibədə istifadə edilə bilər. Bu hal istisna edilməməlidir. Ancaq sırf Qarabağdan çıxarılıb Ukrayna müharibəsinə göndərilməsi ehtimalı azdır".

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1689   Tarix: 17 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...

Ən çox içki içən uşaqların olduğu ölkənin adı açıqlanıb. xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmasının nəticələri sübut edir. Araşdırmaya görə, Böyük Britaniyadan olan uşaqlar dünyanın ən çox içənləri olub. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, İngiltərədə 11 yaşl

30 aprel
.

Ali məktəblərdə magistratura ixtisaslarının illik ödənişi niyə yüksəkdir? - ARAŞDIRMA + VİDEO

Təhsil ili üç-dörd min manat olan magistratura ixtisasları. -ın məlumatına görə, əczaçılıq, dirijorluq, heykəltəraşlıq, rəngkarlıq və digər bu kimi ixtisasların magistratura pilləsində təhsil almaq istəyən tələbə iki il ərzində səkkiz min manat ödəniş etməlidir. Bəs gənclərə bu qiymətin əvəzində yetərinc

30 aprel
.

Yaşlı qadın şiddətli küləyin qurbanına çevrilməkdən son anda xilas oldu - ANBAAN VİDEO

Rusiyanın Omsk şəhərində əsən güclü külək sakinlərin həyatına təhlükə yaradıb. Şəhərdə müşahidə kameralarına düşən görüntüdə qadının yalnız xoş təsadüf nəticəsində ciddi xəsarət almadığı görünür. Belə ki, ticarət köşkünün çətiri yaxınlıqdan keçən qadının üzərinə düşüb. Xoşbəxtlikdən qadın ciddi xəsarə

30 aprel
.

Bu xəstəliklər geniş yayılacaq - Səhiyyə naziri səbəbini açıqladı

Əhalinin sayı artmaqdadır və 2050-ci il üçün dünyada 60-dan çox yaşı olan əhalinin sayı iki dəfə artacaq. "Yeni Sabah" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev REAL TV-yə müsahibəsində deyib. Mir Şahinin suallarını cavablandıran nazir bildirib ki, bu uzunömürlülük nəticəsində bəz

30 aprel
.

Parlamentdə müzakirələr yenə dava ilə nəticələndi - VİDEO

Gürcüstanda "xarici agentlər" barədə qanun layihəsinin müzakirəsi parlamentdə yenə davaya səbəb olub. Bu dəfə "Avro-optimist" deputat Xatiya Dekanoidze "Xalqın Gücü" partiyasının deputatı Quram Maçaraşvilinin başına su butulkası atıb. İnsident Hüquq Məsələləri Komitəsini

30 aprel
.

Hədəfdə yeni "44" var: Azərbaycana qarşı planın GİZLİNLƏRİ

ABŞ Konqresinin üzvü, ermənipərəst və erməni lobbisinin sifarişlərinin icraçısı Dina Titus Azərbaycana qarşı qanun layihəsini Nümayəndələr Palatasına təqdim etdiyini bildirib. Onun sanksiya siyahısına 44 nəfəri daxil etməsi xüsusi diqqət çəkib və Ordumuzun tarixi Zəfəri ilə bitən 44 günlük müharibəy

29 aprel
.

"Ulduz" filminin bir hissəsinin çəkildiyi MƏŞHUR YER: Həmin anlar belə xatırlandı - VİDEO

" Bu Azərbaycan çayıdır. Çay yarpaqlarını yığmağa başlayanda əvvəla onun çiçəyi açan hissəsini ehtiyatla yığmalıyıq. Onun çiçəklərindən hazırlanan çay əla növ çay hesab olunur". Sözügedən bu cümlələr bəlkə də bir çoxlarımıza tanışdır. Azərbaycan kinosunun incilərindən sayılan məşhur "Ulduz"filmini

29 aprel
.

Qanunvericilikdə "12345" QADAĞASI: Hansı DƏYİŞİKLİK OLACAQ?

İngiltərədə internetə qoşulan cihazların təhlükəsizliyini yaxşılaşdırmaq üçün yeni qanunlar paketi təqdim edib. xarici mənbəyə istinadən xəbər verir ki, Elm, İnnovasiya və Texnologiya Nazirliyi tərəfindən açıqlanan bu qanunlar smartfonlar, televizorlar və qapı zəngləri kimi cihazların kiberhücumlarda

30 aprel
.

Emin erməniəsilli müğənnini Bakıya gətirməsindən danışdı

"Pulum tam olmadığı üçün yox, vəziyyət çətin idi. Amma vəziyyət ağır idi. Biznesin bir hissəsi pandemiya dövründə bağlandı: fitnes mərkəzləri, restoranlar. Heç kimi işdən çıxartmadım, komandanı saxlamağa çalışdım. Maaşları vermək üçün avtomobillərimi satdım". Axşam.az xəbər verir ki, bu sözlər

29 aprel