"TikTok"da qeyri-etik davranışlar edən şəxsləri hansı cəza GÖZLƏYİR? - Açıqlama

"TikTok"da qeyri-etik davranışlar edən şəxsləri hansı cəza GÖZLƏYİR? - AçıqlamaSosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Həmin şəxsləri hansı cəza gözləyir.

Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Sonxeber.az-a açıqlama verib.
"TikTok"da qeyri-etik davranışlar edən şəxsləri hansı cəza GÖZLƏYİR? - AçıqlamaVəkil məsələyə aydınlıq gətirib:

"Son dövrlər həbs olunan bloqerlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə- fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Kimisə təhqir etmək isə, inzibati deyil, cinayət məsuliyyətinə səbəb olur.

Belə ki, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1102   Tarix: 17 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

O, Masallıda velosipedlə işə gedib-gələn yeganə qadındır - Video

Masallıda İncira Ağayeva adlı qadın 14 ildir ki, işə velosipedlə gedib-gəlir. "Qafqazinfo" xəbər verir ki, bu barədə İTV reportaj hazırlayıb. Məlum olub ki, İ. Ağayeva Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində çalışır. O, bu nəqliyyat vasitəsilə həmin rayonda işə gedən yeganə qadındır

30 aprel
.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yenidən məhkəməyə verildi - SƏBƏB

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yenidən məhkəməlik olub. xəbər verir ki, Abdullayev Samir Zahid oğlu agentliklə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət edib. Hakim Gülşən Əliyevanın icraatında olan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqəda

30 aprel
.

Avtobuslar vaxtaşırı TƏMİZLƏNİR? - Açıqlama

Bəzən marşrut və avtobuslarındakı antisanitariya ilə bağlı narazılıq edən sərnişinlərlə rastlaşırıq. Yay aylarında sərnişinlərin səhhəti üçün vacib olan əsas amillərdən biri təmizlikdir. Bəs ictimai nəqliyyatdan bu təmizliyə riayət edir?. Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Ərşad Hüseynov -a açıqlam

30 aprel
.

Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq

Mayın 1-də Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq. Qaynarinfo xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Qeyd edək ki, 28 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, fai

30 aprel
.

Onlar imtahanda maksimum bal topladı - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 4 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. "Qafqazinfo" xəbər verir ki, 4 şagirddə

30 aprel
.

Azərbaycanlı model koreyalı bəylə ailə qurdu

"Miss Azerbaijan 2013" Nərmin Səfərova ailə qurub. OLAY yazır ki, model Cənubi Koreyadan olan bəylə niklaha daxil olub. Onların toyları və çəkilişləri Bakıda baş tutub. Cütlüyün foto-videolarını Zeynal Məmmədli lentə alıb

30 aprel
.

Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?

Kirants kəndinin sakinlərinin təklifi Ermənistan hökuməti tərəfindən rədd edilib. xəbər verir ki, bu barədə kənd sakinlərindən biri jurnalistlərlə söhbətində məlumat verib. Aprelin 29-da bir qrup Kirants sakini baş nazir Nikol Paşinyanla görüşmək üçün İrəvana gəlib. Görüşün sonunda iştirakçılar son dərəc

30 aprel
.

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır

30 aprel
.

İmtahan nəticələri açıqlandı - 4 nəfər maksimum bal topladı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) -a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədi

30 aprel