Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMABizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağı qayğısına qalmaq Ailə Məcəlləsində, həm də Konstitusiyada olan bir öhdəlikdir. Valideyn əgər alimenti ödəməkdən böyün qaçırırsa, ona cərimələr və yaxud bir aya qədər həbs cəzası müəyyən olunur. Əgər inzibati məsuliyyətdən sonra yenidən həmin şəxs alimenti ödəməkdən boyun qaçırırsa, cinayət məsuliyyəti yarana bilir. Cinayət məsuliyyəti zamanı cərimələr, 1 ildən 3 ilə qədər azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Bu baxmdan uşaqlara ödənilən aliment qaydaları məlumdur. Mövzunun başqa bir tərəfi daha var. Aliment uşağa yetkinlik çatana qədər ödənilir. Bəs yetkinlik yaşına çatmış övlad valideynə aliment ödəyə bilərmi?

Mövzu ilə bağlı hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sonxeber.az-a açıqlama verib:

"Ailə Məcəlləsinə görə yetkinlik yaşına çatmış övlad maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan ailələrini saxlamağa, onlara qayğı göstərməyə borcludur. Bu məhkəmə qaydasında olur. Bununla bağlı olaraq valideynlər könüllü sazişdə bağlaya bilərlər. Bu olmadıqda isə valideyn məhkəməyə müraciət edə bilər. Məhkəmə hər bir övladın ondan tutulan məbləği, maddi və ailə vəziyyətini, maraqlarını nəzərə almaqla hər ay sabit pul məbləği müəyyən edir. Bu qayda mümkündür. Burada başqa bir məsələ var. Uşaqlar valideynlik hüququndan məhrum edilən valideynlərə aliment ödəməli deyil. Bu əsas vacib məqamdır. Elə hallar olub ki, uşağa baxmadığına görə, valideynlər bu hüquqdan vaxtilə məhrum edilib. Bu qaydalar onlara aid deyil. Qanun çərçivəsində həmin şəxslər valideyn deyil. Amma uşaqların belə valideynlərə öhdəliyi yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 417   Tarix: 18 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda COVID-19-a yoluxma, demək olar, yox səviyyəsindədir - RƏSMİ

Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma, demək olar, yox səviyyəsindədir. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, gün ərzində maksimum 10-15 yoluxma hadisəs

30 aprel
.

İllər sonra "Arşın mal alan" filminin çəkilişindən olan NADİR FOTOLAR üzə çıxdı - VİDEO

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti kino-rejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub. AzTV-də yayımlanan "Telesəhər" verilişindəki süjetdə aşkar olunan fotosənədi

30 aprel
.

Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO

Binəqədi rayonu Rəsulzadə qəsəbəsində ev sahibi və kirayəçi arasında mübahisə düşüb. Buna səbəb isə, kirayəçi Həsən Qurbanovun 13 ildir yaşadığı bu evin ona aid olmasını iddia etməsidir. Ev sahibi Samirə Orucova bildirib ki, Həsən Qurbanov yanvar ayından etibarən kirayəni verməkdən və evdən çıxmaqda

1 may
.

Uşaq evdən 45 min oğurlayıb bağda gizlətdi

Lənkəranda evdən 23 500 dollar (39 950 AZN ) və 500 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğun ev sahibinin azyaşl

1 may
.

Korrupsiya əməliyyatı aparılan qurumdan GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

"Hazırda yoxlama var, hamı gedib, mənə deyiblər qapını heç kimə açma. Mən kiməm ki qapını açım". Bu fikirlər Baku TV-yə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində deyilib. Qeyd edək ki, bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübariz

30 aprel
.

AXTARILIR! - Bakıda 48 yaşlı daun sindromlu kişi itkin düşüb - FOTO

Bakı şəhər Binəqədi rayonu 7-ci mikrorayon ərazisində 48 yaşlı daun sindromlu şəxs itkin düşüb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, Həzi Əhmədov adlı şəxs "Talışların binası" adlanan ərazidən yoxa çıxıb. Onu görənlərdən 070-449-49-10 nömrəsi ilə əlaq

30 aprel
.

Nazir oliqarxın oğlunu yüksək vəzifəyə gətirmək istəyir - İddia (Foto)

Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri indiki vəzifəsini trampilin kimi görür. Keçən ilin son ayında Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat alan, keçmiş məmur oğlu Coşqun Əliyevlə bağlı xəbər var. -un əldə etdiyi məlumat

1 may
.

Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir. -ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib. Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətini

30 aprel
.

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. -ın məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Şəhər sakinləri bildiriblər ki, son illə

30 aprel