Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısındaFövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Səbinə Nuriyeva iş üzrə hakim təyin edilib.

Şamo Ağayevin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.

Əldə etdiyimiz məlumatlarda iddia edilir ki, Şamo Ağayev bir müddət əvvəl işdən çıxarılıb. O, hesab edir ki, rəhbərliyin qərarı qanunsuzdur. Bu baxımdan, məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib.

"MKT İstehsalat Kommersiya" MMC 23 aprel 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 357 263 923,51 manatdır. Şirkətin qanuni təmsilçisi Həsənov Rövşən Həsəın oğludur.

Uzun illərdir ki, şirkətin Kəmaləddin Heydərova məxsus olduğu haqqında mediada yazılır. Həmçinin iddia edilir ki, nazirin bu şirkətdə ortaqları da var. Yəni,
"MKT İstehsalat Kommersiya" MMC tam olaraq Kəmaləddin Heydərova məxsus deyil.

Heydərovun nəzarətində olduğu deyilən şirkət ölkədən valyuta çıxarmaqda ittiham olunur

Bir neçə gün əvvəl nazirin başqa bir şirkəti - "Baku İnternational Tabacco"nun barəsində inzibati iş başlanıb. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham irəli sürülüb. İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1609   Tarix: 18 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır

30 aprel
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

1 may
.

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir. "Qafqazinfo" xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuro

30 aprel
.

Plastik-cərrah Ülviyyə Ağazadənin növbəti QURBANI: Bədən şəkilləndirmə edən xanımı az qala öldürürdü - FOTO

" "-ya müraciət edən vətəndaş N.Baxşəliyeva (Ad və soyadları şərti verilib – red.) bildirir ki, estetik bədən şəkilləndirmə əməliyyat etdirmək üçün "Azer Türk Med" kilnikasında plastik-cərrah həkimi Ülviyyə Ağazadəyə müraciət edib. Lakin əməliyyat zamanı vətəndaşın vəziyyəti sözü

1 may
.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

1 may
.

BDU-nun tələbəsi qəzada öldü - FOTO

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. BDU-nun mətbuat xidmətindən -a verilən məlumata görə, Murad Şəmistan oğlu Məmmədov Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Ağstafad

1 may
.

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. -ın məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Şəhər sakinləri bildiriblər ki, son illə

30 aprel
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

1 may
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

1 may