Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir.

"Qaynarinfo" xəbər verir ki, birinci məhkəmə instansiyasında və apellyasiya mərhələsində iddiası təmin edilməyən Vidadi Zeynalov Ali Məhkəməyə kassasiya şikayəti verib. Əhməd Nurməmmədov iş üzrə hakim təyin edilib.

Məlumat üçün deyək ki, Vidadi Zeynalovla paralel onun övdladları Zeynal Zeynallı, Lalə Zeynalova, Pərviz Zeynalov və xanımı Natəvan Zeynalova da adıçəkilən qurumlar barəsində iddia qaldırıb.

Bundan başqa, Vidadi Zeynalovun ailə üzvləri Binəqədi Rayon Məhkəməsində Baş Prokurorluğa qarşı iddia qaldırıb. Bu işin nəticəsi barədə məlumat yoxdur.

Məhkəmə çəkişməsinin kökündə Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş əmlakları dayanır. Keçmiş məmur 43 milyon manat dəyərində olduğu bildirilən əmlaklarını geri almaq istəyir.

Vidadi Zeynalov 2015-ci il noyabr ayının 13-də həbs edilib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi. O, 2019-cu ilin mart ayında azadlığa buraxılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 537   Tarix: 18 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir. "Qafqazinfo" xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuro

30 aprel
.

Nazir oliqarxın oğlunu yüksək vəzifəyə gətirmək istəyir - İddia (Foto)

Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri indiki vəzifəsini trampilin kimi görür. Keçən ilin son ayında Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat alan, keçmiş məmur oğlu Coşqun Əliyevlə bağlı xəbər var. -un əldə etdiyi məlumat

1 may
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyina

1 may
.

"Kristal Abşeron"un keyfiyyətsiz mənzil "KAMPANİYASI": Vətəndaş pulunu şirkətdən geri ala bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, deputat Ağalar Vəliyevə məxsus olan "Kristal Abşeron"dakı mənzillərin keyfiyyətsiz olması ilə bağlı daha bir fakt ortaya çıxıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sumqayıt şəhəri, 10-cu mikrorayonda "Kristal Abşeron" yaşayış kompleksində çəkilə

1 may
.

Bakıda DƏHŞƏT! - Sərnişin avtobusu azyaşlını vuraraq öldürdü - VİDEO

Ötən gecə Qaradağ rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. -in məlumatına görə, hadisə zamanı 114 B saylı marşrut xətti üzrə hərəkət edən avtobus 12 yaşlı azyaşlını vurub. Nəticədə uşaq hadisə yerindəcə ölüb. Qəza ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Medi

1 may
.

Məşhur azərbaycanlı bəstəkar vəfat etdi

Cazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev vəfat edib. axşam.az-a istinadən bildirir ki, bu barədə vokalist, bəstəkar Qasım Xəlilov məlumat yayıb. Onun sözlərinə görə, R.Rzayev 30 aprel - Beynəlxalq Caz Günündə dünyasını dəyişib. Qeyd edək ki, R.Rzayev mərhum Xalq artistləri Müslüm Maqomaye

1 may
.

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

2024-cü ilin may ayında bir sıra maqnit qasırğaları gözlənilir. -a istinadən xəbər verir ki, ayın əvvəlində orta, sonunda isə daha güclü tufanlar gözlənilir. Geomaqnit qasırğaları rifahınıza, əhvalınıza və ümumi sağlamlığınıza təsir edə bilər. Buna görə də, hava şəraitindən asılı insanlar üçün hans

1 may
.

Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO

Binəqədi rayonu Rəsulzadə qəsəbəsində ev sahibi və kirayəçi arasında mübahisə düşüb. Buna səbəb isə, kirayəçi Həsən Qurbanovun 13 ildir yaşadığı bu evin ona aid olmasını iddia etməsidir. Ev sahibi Samirə Orucova bildirib ki, Həsən Qurbanov yanvar ayından etibarən kirayəni verməkdən və evdən çıxmaqda

1 may
.

"Met-Ak" ölkədən külli miqdarda pul çıxarıb?

"Met-Ak" MMC barəsində cərimə protokolu tərtib edilib. MMC böyük məbləğdə cərimə edilə bilər. xəbər verir ki, "Met-Ak" İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərd

1 may