Özbəklər və çeçenlər barda azərbaycanlını ölümcül döydülər - VİDEO

Özbəklər və çeçenlər barda azərbaycanlını ölümcül döydülər - VİDEORusiyanın Saratov vilayətinin Balakovo şəhərində miqrantlar azərbaycanlını döyüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, davaya səbəb azərbaycanlının Rusiya Silahlı Qüvvələrinə (SVO) dəstək verməsi olub.

Bu barədə zərərçəkən Sənar Xəlilli "Balakovo Reporter" qəzetinin redaktoruna danışıb.

Həmin şəxs aprelin 14-də Balakovdakı gecə klublarından birində olduğunu, orada etnik zəmində münaqişə yarandığını deyib. Onun sözlərinə görə, digər miqrantlar onu rus bilib döyüblər.

Qeyd olunur ki, Sənar barda olarkən SVO mövzusu ilə bağlı başqa bir qonaqla mübahisə edib.

Azərbaycanlının sözlərinə görə, o, xüsusi əməliyyatı dəstəkləyir və bu sözləri digər ziyarətçilər də eşidib. Onlar Sənarı dərhal yerə yıxaraq döyüblər.

Zərərçəkənin sözlərinə görə, davada çeçen, özbək və azərbaycanlı iştirak edib.

Nəticədə kişi ağır bədən xəsarətləri alıb.

"Məni döyəndə təcili yardım çağırmağı xahiş etdim, amma heç kim bunu etmək istəmədi. Bir qız kömək etdi. Hadisəni görən çox idi", deyə Sənar bildirib.

O qeyd edib ki, davadan sonra gecə klubunun mühafizəsi davanın izlərini yığışdırmağa başlayıbş. Mühafizəçilər qanı yuyub və dava zamanı zərərçəkəni heç bir şəkildə müdafiə etməyiblər.

Sənar dəymiş ziyanı qeydə aldıqdan sonra polisə ifadə verib. O, həmçinin "rusla səhv salındığı üçün" davanın etnik zəmində baş verdiyinə inanır.

Klub nümayəndələri də öz növbəsində Sənarı nalayiq davranışda ittiham edib.

Vəziyyətə polisin reaksiyası barədə hələlik məlumat yoxdur.

Özbəklər və çeçenlər barda azərbaycanlını ölümcül döydülər - VİDEO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1084   Tarix: 19 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əli Mirəliyev yeni imicindən DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO

"Mən heç vaxt imicimi dəyişməmişəm, bu barədə düşünməmişəm. Xahiş ediblər ki, 10 dəqiqəlik parik taxım, düz 10 gün dil töküblər, məcbur olub razılaşmışam". xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında müğənni Əli Mirəliyev illər sonra görünüşünün 180 dərəcə dəyişməsinə aydınlı

1 may
.

Dərs vəsaitində olan səhv müzakirələrə səbəb oldu - Kimdir GÜNAHKAR? - VİDEO

ATV Xəbərin qaynar xəttinə dərs vəsaitində edilən səhvi əks etdirən foto göndərilib. Əlbəttə ki, bu ilk dəfə deyil. Balaca məktəblilərin qarşısına çıxan suallar onları xeyli düşündürür. Sonra məlum olur ki, sual səhvdi. Bəs burada kimdir günahkar?. xəbər verir ki, təhsil məsələləri üzrə ekspert Kamra

2 may
.

"Çiyələk yarpaqlarını yemək olarmı?" deməyin: Görün nə qədər XEYİRLİDİR

Çiyələyin sağlamlıq üçün faydaları hər kəsə məlum olsa da, bir çox insan yarpaqlarını çıxarıb zibil qutusuna atmağa üstünlük verir. Ancaq əksinə, çiyələk yarpaqları ilə hazırlanan çay böyrək daşlarını bir-bir çıxarır. Görün onun yarpaqlarının hansı təsirləri var. xarici medaya istinadən xəbər verir ki

1 may
.

"Aparıcılar zəng edib deyirlər ki, başını açmaq istəsən..." - Xuramandan ETİRAF

"Hamı özündən belə şey çıxarır ki, Xuraman başını açır, əvvəlki tərzinə qayıdır. İndi mən beləyəm, qəbullanın. Aparıcılar zəng edib deyirlər ki, "Belə fikrin varsa, bizim verilişdə et". Bu, oyun deyil! Sizin üçün uşaq deyiləm, ağlım başımdadır". xəbər verir ki, bu sözləri müğənn

2 may
.

Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...

Xəbər verildiyi kimi, Ermənistan İstintaq Komitəsi aprelin 24-də baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın "Tsitsernakaberd" memorial kompleksini ziyarəti zamanı baş vermiş insidentlə bağlı cinayət işi açıb. Belə ki, etirazçı ermənilər Anna Akopyanı görən kimi Paşinyana qarş

1 may
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

2 may
.

Ölən insanı yuxuda görmək nə deməkdir?

Bu cür yuxulara diqqət yetirmək və mesajı açmağa çalışmaq çox vacibdir. Vəfat etmiş sevilən bir insanı yuxuda görmək narahatlıq yarada bilər, çünki gözlənilməz xəbərlər və ya həyatda əhəmiyyətli dəyişikliklərdən xəbər verdiyinə inanılır. xarici mediaya istinadən xəbər verir ki, bəziləri bu cür yuxular

2 may
.

"Selfie" vərdişi - "İnsanlar populyarlıq üçün təhlükəli çəkilişlər edir" - VİDEO

Selfi fotoları, həm də özünü bu yolla videoya çəkmək bütün dünyada olduğu kimi Azərbaycanda da dəbdədir. Lakin bu bəzən həyat üçün təhlükə yaradır. Əlbəttə ki, bu selfinin hansı ərazidə reallaşdırılmasından asılıdır. Dağlıq ərazilərdə, maşın yolunda və avtomobil idarə edərkən bu yolverilməzdir. Misalla

1 may
.

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib. OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində ölü tapılıb. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ild

1 may