Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TəfərrüatElm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 2000043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərslik və metodik vəsaitləri hazırlaycaq, həmçinin hazırlanan dərslik və metodik vəsaitləri təkrar nəşr üçün təkmilləşdirəcək.
Məlumat üçün bildirək ki, "Şərq-Qərb" ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir.

ASC ilə eyni ünvanda "Şərq-Qərb Mülk" MMC, "Şərq-Qərb Nəşriyyat Evi" MMC və "Qlobal East West" MMC də yerləşir.
Qeyd edək ki, bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək "Şərq-Qərb" ASC-yə çevrilib.
Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestr məlumatlarında göstərilib ki, "Şərq-Qərb" ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna məxsusdur.
Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyat küç., ev 9, m. 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş Prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır.
Qeyd edək ki, Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev hal-hazırda Fövqəladə hallar nazirinin müavinidir. Ramiz Mehdiyevin müəllifi olduğu əksər kitablar da "Şərq-Qərb" nəşriyyatında çap olunub.

Onu da bildirək ki, bir neçə il əvvəl Hesablama Palatası Baş Prokurorluğa müraciət edib ki, 2019-cu ildə AMEA ilə "Şərq-Qərb" ASC arasında imzalanan 10,4 milyon manatlıq müqavilədə cinayət tərkibi olduğu üçün istintaq başlatsınlar. Hesablama Palatasının haqqında bəhs etdiyi müqavilə imzalanan zaman Ramiz Mehdiyev AMEA-nın prezidenti olub.

Maraqlıdır ki, barəsində Baş Prokurorluğa müraciət edilən "Şərq-Qərb" ASC əvvəlki tender müsabiqələrindən fərqli olaraq bu dəfə Elm və Təhsil Nazirliyinin satınalmalarında müsabiqəsiz qalib seçilib. Üstəlik satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.
Başqa bir məqam satınalmanın bir mənbədən satınalma metodu əsasında keçirilməsidir.
Bildiyimiz kimi, "Dövlət satınalmaları haqqında" Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, dərslik və metodik vəsaitlərin hazırlanmasının Qanunda göstərilən bu şərtlərdən hansına uyğun gəldiyi başa düşülən deyil.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 769   Tarix: 19 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnsanlar ölüm anlarında nələr görür? - Həkim AÇIQLADI

Buffaloda palliativ baxım həkimi olan Dr.Kristopher Kerr, 100-dən çox xəstənin problemini öyrəndiyi bir araşdırmaya əsaslanaraq, insanların həyatlarının son anlarında gördükləri və söylədikləri ilə bağlı təəccüblü açıqlamalar paylaşıb. xarici KİV-ə istinadən xəbər verir ki, onun müşahidələrinə görə

30 aprel
.

Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: "Artıq gedə biləcəyimiz bir məzar var" - VİDEO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib. Onlardan biri də Seyfəddin Nəcəfov olub. O, 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə əsir düşüb. Onun qızı Aytəkin Nəcəfova isə 30 il ata həsrət

30 aprel
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

30 aprel
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 242 nəfər a

1 may
.

Qarabağda ermənilər üçün ayrıca məktəblər AÇILACAQ? - AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə azsayda olsa da ermənilər yaşayır. Ö cümlədən həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilir. Bir məsələ var ki, burada hər iki tərəfin təhsil məsələsi var. İlkin vaxtlarda məlum neçə illiyin düşmənçiliyidə var. Çünk

1 may
.

Bakıda DƏHŞƏT! - Sərnişin avtobusu azyaşlını vuraraq öldürdü - VİDEO

Ötən gecə Qaradağ rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. -in məlumatına görə, hadisə zamanı 114 B saylı marşrut xətti üzrə hərəkət edən avtobus 12 yaşlı azyaşlını vurub. Nəticədə uşaq hadisə yerindəcə ölüb. Qəza ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Medi

1 may
.

Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir. -ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib. Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətini

30 aprel
.

TƏBİB-də yeni təyinat

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Nigar Rüstəmli Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinə rəhbər təyin edilib. O bu barədə sosial media hesabında paylaşım edib. "TƏBİB-in prioritet istiqamətlərindən olan səhiyyəmizin beynəlxalq arenada tanınması üçün yolumuz uzun, enerjimi

1 may
.

"WhatsApp"dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…

"WhatsApp"ın son versiyasında yaranan səhv istifadəçilərin video göndərməsinə mane olur. Naməlum xəta səbəbindən "Android cihazlarda "WhatsApp" messencerinin istifadəçiləri söhbətlərdə çəkdikləri videoları göndərə bilmirlər. xəbər verir ki, bu barədə "9to5Google" portal

30 aprel