Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİFDünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələrin 1 uşaqlı sistemə keçməsi arıtq bir çox sosioloqları dərindən narahat edir və bununla bağlı ciddi xəbərdarlıq edirlər. Ekspertlər bildirirlər ki, belə hal davam edərsə ölkədə vaxtından əhalinin qocalması və sayının azalması baş verə bilər. Azərbaycanda ailələr uşağa baxmağın maddi baxımında çətinliyi və şəraitlərinin olmaması səbəbindən 1 uşağın ayxud 2 uşağın doğulmasına üstünlük verirlər. Dünya ölkələrində əhalinin artımı, çoxuşaqlı ailələrə edilən yardımlar hamıya məlumdur. Ölkədə tez-tez uşaqpulu mövzusu gündəmə gəlir. Ölkədə mövcud sosial yardımlardan isə hamı yararlana bilmir. Müəyyən limitlərin tətbiqi ailələrin bu müavinətlərdən yararlanmasına mane olmur. Bu baxımdan əhali sayının normaya salınması, o cümlədən çoxuşaqlı ailələrə dətək məqsədilə bu kateqoriyadan olan üç uşaqlı ailələr üçün müavinətlər yaradıla bilər?

Mövzu ilə bağlı sosioloq Mail Yaqubov Sonxeber.az-a öz fikirlərini bölüşüb:

"Mən düşünürəm ki, ailələrdə uşaq artımı məqsədilə dövlət bu cür təşviqedici addımlar atmalıdır. Eyni zamanda, boşanmaların və uşaqların artımı məqsədilə bir sıra layihələr həyata keçirilməlidir. Çünki belə davam edərsə, beynəlxalq hesabatlara görə, Azərbaycanda 2100-cü ilə qədər əhalinin sayı 10 milyondan 8 milyona kimi azala bilər. Fakt budur ki, ailələr 1 yaxud iki uşaqla kifayətlənirlər. Hətta bəzi ailələr ancaq 1 uşağa üstünlük verirlər. Hələ bizdə boşanmaların sayı çoxdur və dünya liderliyindəyik. Bu baxımdan əhali artımının ləngiməsinə və azalasına təsir edən güclü bir amildir. Dövlət buna görə də, müdaxilə etməli müavinətlərin təyin edilməsi və bir sıra layihələrin həyata keçirilməsi üçün tədbirlər görülməlidir".

Qeyd edək ki, Ədliyyə Nazirliyi 2024-cü ilin yanvar-fevral aylarında evlənib-boşananlarla bağlı statistika açıqlayıb. Statistikaya görə, 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb. Mütəxəssislər bildirib ki, ailə institutu anlayışı məhv olmağa doğru gedir və bunun qarşısını almaq üçün ailələrin dəstəyə mütləq şəkildə ehtiyacı var.

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 754   Tarix: 19 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

1 may
.

Səkinənin sizin köməyinizə ehtiyacı var

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

1 may
.

Hitlerin sağ əlinin evindən vəhşiliyin izləri TAPILDI - FOTO

Adolf Hitlerin sağ əli, Milli Sosialist Alman Fəhlə Partiyasının qurucusu Hermann Görinqin evindən əlləri və ayaqları kəsilmiş insan skeletləri tapılıb. xarici mənbəyə istinadən xəbər verir ki, sözügedən skeletlərdən birinin körpəyə aid olduğu açıqlanıb. Hitlerin hərbi qərargahının bağçasındakı "Qur

2 may
.

Ölü tapılan Züleyxa Rəhiminin evindən görüntülər - FOTO/VİDEO

Ötən gün tanınmış xanəndə Züleyxa Rəhimi vəfat edib. xəbər verir ki, o, yaşadığı Kürdəxanı kəndində evində ölü tapılıb. "Elgizlə izlə" verilişinin çəkiliş komandası sənətçinin evinə yollanıb. Xanəndənin qonşuları və nəvəsi onun vəfatı ilə bağlı danışıb. Nəvəsi bildirib ki, Züleyxa Rəhimi qar

2 may
.

Neftçilər prospekti bağlandı

Bakının Səbail rayonu, Neftçilər prospekti istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, buna səbəb Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində su xəttində yaranan proble

2 may
.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saat 18:00-21:0

1 may
.

Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi - Fotolar

Məlumdur ki, Prezident İlham Əliyev 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir

1 may
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

1 may
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

1 may