Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.

Dəyanət Quliyevin vəkil Ramiz Qarayev deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs həm istintaq, həm də məhkəmədə ifadəsi zamanı dayısı Müşfiq Atakişiyev tərəfindən Tariyel Əhmədovun öldürməsi barədə sifariş almadığını deyib. Həmçinin vəkil təqsirləndirilən Dəyanət Quliyevin hüquq-mühafizə orqanlarına könüllü təslim olduğunu deyib.

Daha sonra digər təqsirləndirilən Samir Quliyevin vəkili Səfər Hüseynov müdafiə etdiyi şəxsin cinayəti könüllü sürətdə etiraf etdiyini nəzərə alaraq məhkəmədən ona sanksiyada nəzərdə tutulmuş cəzadan aşağı həddə cəza təyin edilməsini istəyib.

Müşfiq Atakişiyevin vəkili Kamran Əliyev isə bildirib ki, müvəkkili elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. Vəkil deyib ki, Müşfiq Atakişiyev Tariyel Əhmədovun qətlini sifariş verməyib və bu hadisədən xəbəri olmayıb, ona əsassız ittiham verilib.

Vəkil Müşfiq Atakişiyevin ittiham olunduğu işi üzrə nəzərdə tutulan müddətin keçdiyini nəzərə alaraq cinayət işinə xitam verilməsinin və onun məhkəmə zalından azad edilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Zaur Əhmədov qərarı məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Sonra hakim Siyavuş Hacıyev təqsirləndirilən şəxslərə son sözlə çıxış etmək təklifi edib.

Təqsirləndirilən Dəyanət Quliyev çıxışı zamanı özünü qismən təqsirli bildiyini deyib. Təqsirləndirilən Samir Quliyev isə özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bildiyini deyib.

Daha sonra təqsirləndirilən Müşfiq Atakişiyev son sözə hazırlaşmaq üçün vaxt istəyib.

Proses aprelin 26-da davam etdiriləcək.

Qeyd edək ki, dövlət ittihamçısı Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər birinin 15 il azadlıqdan məhrum edilməsini istəyib.

Baş Prokurorluğun yaydığı məlumata görə, "Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti"nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.

İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşfiq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşfiq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərti ilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.

Müşfiq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. "Təfəkkür" Universiteti 2017-ci ildə ləğv edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 363   Tarix: 19 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

1 may
.

Sabiq icra başçısına məxsus olduğu bildirilən klinika cərimələnir

"Vimay-med" MMC-yə inzibati protokol tərtib edilib. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fizik

2 may
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

1 may
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

2 may
.

Səkinənin sizin köməyinizə ehtiyacı var

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

1 may
.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saat 18:00-21:0

1 may
.

"Kristal Abşeron"un keyfiyyətsiz mənzil "KAMPANİYASI": Vətəndaş pulunu şirkətdən geri ala bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, deputat Ağalar Vəliyevə məxsus olan "Kristal Abşeron"dakı mənzillərin keyfiyyətsiz olması ilə bağlı daha bir fakt ortaya çıxıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sumqayıt şəhəri, 10-cu mikrorayonda "Kristal Abşeron" yaşayış kompleksində çəkilə

1 may
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

1 may
.

Bakının bu rayonunda qaz olmayacaq

Bu gün Bakının Yasamal rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, Yasamal rayonu, Dadaş Bünyadzadə və Əsəd Əhmədov küçələrində yeni çəkilmiş qaz xəttinin mövcu

2 may