Arvadını öldürən intellegent qatil... - Gələcəyin Baş naziri idi

Arvadını öldürən intellegent qatil... - Gələcəyin Baş naziri idiBirinci hissə...

İnsanların ailə xəyalı onları bəzən yanlış həyata sürükləyir. Zorakılığa dözən istənilən qadından soruşsaz, ailəmi qorumağa çalışırdım deyəcək. Onlar ümid edirlər, ümid edirlər ki, düzələcək, özlərini deyil, ailə saydıqları birgəliyi xilas etməyə çalışırlar. Uşaqlarıma görə dözürdüm deyən qadın da, əslində, birgəliyini qorumağa çalışır – ailə olmaq istəyir. Çünki zorakılığa uşaqları olmayan qadınlar da dözür.

Bu hadisə keçən il Qazaxıstanda baş verib. Ölkənin keçmiş iqtisadiyyat naziri 44 yaşlı Kuandık Bişimbayev 31 yaşlı həyat yoldaşı Saltanat Nukenevanı döyə-döyə öldürüb. Hadisə Bişimbayevin öz restoranında baş verib, kameralara düşüb. Qatil çəkilişi sildirsə də, istintaq geri qaytara bilib. İlk baxışda Bişimbayev 3 ali məktəb bitirmiş, ABŞ təhsili görmüş, imkanlı, ziyalı ailədə böyümüş, cavan yaşında nazir postuna kimi yüksəlmiş, şəxsi biznesi olan parlaq, uğurlu kişi obrazı idi. Onu gələcəyin baş naziri kimi görənlər də vardı. Uğurlu evliliyi, uğurlu karyerası – 4 uşaq, 3 diplom, böyük ümidlər...

Atası uzun illər rektor işləyib, ölkənin tanınmış alimidir. Anası pedoqogika üzrə fəlsəfə doktorudur. Burada nağıl bitir. Bir gün Kuandık korrupsiyaya görə həbs edilir, 10 il iş alır, iki ildən sonra ərizələri, vəsatətləri işə yarıyır, ailəsi, təhsili, gələcəyi nəzərə alınaraq azadlığa buraxılır. Ona şans verilir. Bu şansdan necə yararlanır? Əvvəlcə 14 illik evliliyi sona çatır, həyat yoldaşı ondan boşanır. İki il sonra Saltanat adlı gözəl, təhsilli, astroloq olan qızla təkrar evlənir, toy da edir. Bir ildən sonra isə onu öldürməkdə ittiham edilir.

Qazaxıstan prokurorluğu məhkəməni "Youtube" üzərindən canlı yayınlayır. Qarşımızda melodik danışığı, məsum üzü, kübar görünüşü olan, sözləri seçərək savadla işlədən bir tip var. Deyil kimisə öldürməsi, hansısa cinayət edə bilməsi belə ağıla gəlməz. Filmlərdə göstərilən qorxunc cinayətkarları görüb həyatda da belə olduqlarına inanmışıq. Cinayət edənlərin üzündə isə "mən cinayətkaram" yazılmır. Çox sadə, hətta avam görünə, intellegent də ola bilərlər. Bu faciədə məni düşündürən bir neçə məsələdən yazacağam.

Zorakı cinayətkar varsa, qurban da var. Psixologiyada zorakı adama abyuzer deyilir. O, əvvəlcə özünə bir şikar tapır, onu yalanlarla ələ alır, sonra psixologiyasını dağıdır və hekayə qətləcən gedib çıxa bilir. Qadın aldandığını anlayanda artıq psixoloji asılı vəziyyətdə olur.

Bütün hallarda çoxluğun verəcəyi sual da tapılır: Görən, nə edib ki, əri öldürüb? Heç nə etmədiyi məlum olanda isə başqa sual verilir: Niyə ayrılmayıb?
Biləsiniz, qurban heç vaxt günahkar olmur. O sadəcə qurbandır. Bu, özgüvənlə, təhsillə bağlı da deyil. İstənilən qadın abyuzerin qurbanı ola bilər.

İkinci sualın cavabı elə birincinin izahında yatır deyə açmağa çalışaq.

Qadınlar niyə həyatlarını qaraldan adamdan getmirlər? Abyuzerdən getmək çox çətindir. Onun psixotipi başqalarından fərqlidir. O sizi ələ almağın, manipulyasiya etməyin, basqı altında saxlamağın, bütün mümkün üsullarını bilir. O bu mövzuda peşəkardır. Çox ağır olsa da deməliyəm: Qadınlar iradəsizlikdən getmirlər. Belə münasibətlərdə onların zaman-zaman iradəsi sınır, gücü tükənir, özlərinə güvənləri dağılır və tamamilə öz abyuzerlərindən asılı vəziyyətə düşürlər. Fərqi yoxdur: mənəvi, fiziki... qadın ölür. Ölüdən addım gözləmək anlamsızdı.

Qadın gedir. Bir müddət sonra kişi dil tökür, dəyişəcəyinə inandırır, jestlər edir, yalvarıb onu geri qaytarır. Qadın hər şeyin dəyişəcəyinə inanmaq istəyir, bağışlayır. Həm özünə, həm ona şans verdiyini düşünür. Heç nə dəyişmir, halqa təkrarlanır.

Səbəblər də var - öyrəncə, sevgi, həyat düzəni, "nə deyərlər" qayğısı, seçimsizlik, maddi asılılıq...övladlar. Faktlar göstərir ki, birgə övladları olmayan qadınlar da zorakı münasibətlərə dözürlər. Saltanatın da övladı yox idi, hətta nikahları da rəsmi yox, dini idi...amma gedib, gedib qayıdırdı.

Saltanatın təhlükədə olduğundan kimsənin xəbəri yox idimi? Var idi. Ətrafda hər kəs bu münasibətin anormallığını görürdü. O, rəfiqəsinə, bacısına, qardaşına da bildirmişdi. Ərinin də ailəsi, çevrəsi, işçiləri bilirdi. Hamı "yola getmirlər" kimi qəbul edirdi. Daha düzü, "ailə məsələsi" kimi. Heçmi kömək etmək istəyən tapılmadı? Belə deyil. Qardaşının yazdığı mesajlar var: Tək deyilsən, mənə güvənə bilərsən, gəlim səni aparım... Bunu ona təklif edənlər olurdu. Bir gün üz-gözünün döyülməkdən göyərmiş fotosunu qardaşına göndərir. Qardaşı gecəylə onlara gedir, əriylə əlbəyaxa olur, Saltanatı aparmaq istəyir. Qadın nə edir? Getmir. Ailə məsələmdi, həll etməyə çalışacam, narahat olma... Saltanat ərindən şikayət etsə də, ona "ayrıl" deyən kimi geri çəkilirdi, itirdi, qarışmağa imkan vermirdi.

Şikar yenə öz tələsinə geri qayıdırdı. Saltanat yüzlərlə qadın kimi cəhənnəmdən özü-tək keçməyə çalışırdı, keçə bilmədi.

Ardı var... (Qafqazinfo)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 561   Tarix: 23 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Elə bilirlər, o kafelər mənimdir" - İqbal Ağazadə ilə QEYRİ-RƏSMİ SÖHBƏT

–ın "Rəsmilərlə qeyri-rəsmi söhbət" rubrikasında qonağımız Ümid partiyasının sədri, 3 çağırış Milli Məclisin deputatı olmuş İqbal Ağazadədir. - İqbal bəy, xeyli çəki atmış görünürsünüz. Formada neçə qalırsınız?. - İdman edirəm. Hər gün mütləq 100 addım atıram, fiziki aktivlik mütləqdir. Hə

3 may
.

"A.M.A.Y"ın külli miqdarda borcu var - "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında

İş adamı Abdulla Abdullayevə məxsus "A.M.A.Y Holding" MMC-nin vergi borcu yaranıb. Qaynarinfo-ya daxil olan məlumata görə, şirkətin hazırda 20 842,09 manat vergi borcu var. Abdulla Abdullayev hansısa səbəblərdən borcu ödəmir. Bu baxımdan, ona məxsus şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlə

2 may
.

Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ

Bakının Nizami rayonunda 200-ci il təvəllüdlü Vüsal sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib. xəbər verir ki, hadisə Nizami rayonu, B.Çobanzadə küçəsində baş verib. Vüsal Aydanın yaşadığı binanın blokunda onun sifət nahiyəsinə şillə, ağız nahiyəsinə yumruqla xəsarə

3 may
.

Azərbaycanlıların maşınların əllərindən alındı, özləri həbs olundu - VİDEO

Rusiyanın paytaxtı Moskvada bir qrup azərbaycanlı avtomobillərini yolun ortasında saxlayaraq rəqs ediblər. Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Moskvanın Malaya Bronnaya yolunda qeydə alınıb. Məlumata görə, 8 azərbaycanlı gənc maşınların qapılarını açıb, yüksək səslə şərq musiqisini açıb rəqs etməy

2 may
.

Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO/VİDEO

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfər edən dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar. AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin mərkəzi meydanına gəlib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəs

3 may
.

Bakının bu rayonunda evlər ucuz qiymətə kütləvi satışa çıxarılır - Səbəb nədir?

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində evlər kütləvi şəkildə satışa çıxarılır. Evlərin qiyməti isə olduqca ucuzdur. Əmlak saytlarında "Zabrat-1", "Zabrat-2" kimi tanınan massivlərdə həyət evlərinin satışı ilə bağlı elanların sayı da kəskin artıb. Əmlak ekspertləri bunu makle

3 may
.

Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ

Bakının Yasamal rayonunda 1990-cı il təvəllüdlü oğlu Kamran İsrafilovu qətlə yetirən 68 yaşlı Ramiz İsrafilovun məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.İsrafilov 9 il müddətinə azadlıqdan məhrum edilib. Oğulun ölümünə, atanın həbsə düşməsinə səbəb olan hadisə ötə

2 may
.

"Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq"

"4 iyun tarixində Heydər Əliyev adına sarayda "Ömrün Xanım fəsli" adlı yaradıcılıq gecəm keçiriləcək. Artıq uzun illərdir ki, mən yaradıcılıq gecəsi keçirmirəm. Bu fikrə sevənlərimin, pərəstişkarlarımın istəyi ilə gəldim. Öz istəyim də onların istəyi ilə üst-üstə düşdü. Düşündüm ki, hə

3 may
.

"Oralarda necədir?": Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır - VİDEO

Gülnar Muradovanın təqdimatında yayımlanan "Oralarda necədir?" rubrikasının yeni buraxılışı efirə gedib. Bu dəfə fərqli mədəniyyəti, gülərüz insanları, texnoloji çağın önündə gedən və qeyri-adi adətləri olan Yaponiyadan bəhs olunub. Yaponiya əhalisinin sayı 125 milyon nəfərdir. Amma gündoğa

3 may